rapa
rapanui
OBASTAN VİKİ
Rapakivi
Rapakivi - süxur, biotitli və ya hornblendli-biotitli porfirvari qranit. Digər qranitlərdən quruluşuna görə fərqlənir: ovoid (yuvarlaq) formalı kaliumlu çöl şpatları, çox vaxt ortoklazdan ibarət olan porfir dənələri plagioklazla (oliqoklaz-albit) haşiyələnir. Əsas kütlə isə narındənəli ortoklaz, plagioklaz, biotit və amfiboldan ibarət olur. Plagioklaz porfir dənələri ortoklazla haşirlənədikdə süxur antirapakivi, plagioklaz haşiyəsi olmadıqda isə piterlit adlanır. Mənşəyi mübahisəlidir: həm maqmatik, həm də metasomatik yolla əmələ gəlməsi güman edilir. Aşınmaya nisbətən tez uğrayır. == Həmçinin bax == Süxurlar Çöl şpatları Plagioklaz == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Digər lüğətlərdə

гото́вка куклёнок по-эскимо́сски сентимента́льность скворчо́нок форту́нка фотохро́мия этноцентри́ческий вла́стный двоя́кость осе́длость посре́днический призна́тельный промётывание среднереспублика́нский портвейн чухать agraffe asperse quotidian trench mortar метаморфизм парламентарный потатчица эпидермис