raps

raps
rapport
rapsod 2021
OBASTAN VİKİ
Raps
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Raps mişarcısı
Raps mişarcısı-(lat. Athalia rosae) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ Yetkin fərd açıq-narıncı rənglidir. Başı qaradır. Belində qara ləkələr var. Erkəklər dişilərdən xeyli kiçikdir. Dişilərin mişarşəkilli yumurta qoyanı vardır. Uzunluğu 7–8 mm-dir. Yumurtası uzunsov ovalşəkilli olur, pupu sarıdır. Pupun uzunluğu 7 mm, baramanınki isə 6–11 mm-dir. Bir dişi fərd 300-ə qədər yumurta qoya bilir.
Rapsodiya
Rapsodiya (yun. ῥαψῳδία - nəğmə qoşan ) — xalq mövzuları əsasında parafraz formasında qurulan virtuoz instrumental pyes. Qədim Yunanıstanda epik poemaları (dastan) nəğmə oxuyan musiqiçilərə rapsod deyirdilər. Qədim rapsodiyalardan biri Homer və "İliada", "Odisseya" antik rapsodiyalardan sayılır. XIX yüzillikdə macar bəstəkarı və pianoçusu Ferens List xalq mövzuları əsasında fortepiano üçün rapsodiyalar bəstələyir. List qaraçı xalq musiqisi əsasında yazılmış 19 "Macar rapsodiyaları", eləcə də "İspan rapsodiyası"nın müəllifidir. Listdən öncə fortepiano rapsodiyası janrına X. F. D. Şubart (1786), V. R. Qallenberq (1802), V. Y. Tomaşek (1813), V. Y. Vorjişek (1814) də müraciət etmişlər. Daha sonra orkestr rapsodiyaları janrı ortaya çıxır və inkişaf edir. Orkestr üçün rapsodiyaların müəllifləri Antonin Dvorjak, Aleksandr Qlazunov, Corce Enesku, Moris Ravel və b.; orkestr və solist alət üçün rapsodiyaların müəllifləri isə Yohans Brams (+ xor), Eduard Lalo, Sergey Raxmaninov, Sergey Lyapunov, Corc Gerşvin olmuşlar.

Digər lüğətlərdə