raqa
ralli
OBASTAN VİKİ
Argentina raqulu balqabağı
Argentina raqulu balqabağı - Argentina mətbəxinə aid yemək. Bonduelle mərcisi, Bonduelle Gold qarğıdalısı, balqabaq, kartof, bibər, soğan, pomidor, keşniş (təzə yarpaqlar), kuraqa, kərə yağı, bitki yağı, sarımsaqdan istifadə olunmaqla hazırlanır, keşniş toxumu (koriandr), zirə kimi ədviyyatlar və duz (zövqə görə) əlavə olunur.
Raqub Məmmədov
Raqub Allahverdi oğlu Məmmədov (9 avqust 1961, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir. 1983–1986-cı illərdə Ağdam Rayon "İnqilab" üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1986–1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987–1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib 1991–1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir. 1993–2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 06.06.2018-ci il tarixli sərəncamına əsasən: R.A.Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsindən azad edilib.Yeni Azərbaycan Partiyasinin üzvüdür.
Raqub Əliyev
Raquel del Rosario
Rakel del Rozario Masias (3 noyabr 1982, Teror, Qran Kanariya, Las Palmas) — ispanıyalı müğənni, "Morfeyin yuxusu" (isp. Sueño de Morfeo) qrupunun solisti. == Həyatı == Rakel ailədə 6 uşaqdan 2-cisidi. O, 14 yaşından mahnılar yazmağa başlayıb. 17 yaşında kelt musiqi qrupunu rəhbərlik edən Asturias`dan David Feito`ya rast gəlir. 2000-ci ildə Rakel doğma Gran Kanariyanı Asturias üçün tərk edir və Xemà qrupuna qoşulur,nəhayət onlar ilk albomlarını çıxardırlar. Tezliklə David və Rakel Juan Luis Suárez`ə rast gəlirlər, və onlar El Sueño de Morfeo qrupunu yaradırlar. Rakel del Rosario ispan vokalistidir, David və Juan`nin köməyi ilə özlərinin bir çox mahnılarinı yazır və tərtib edir. == Şəxsi həyatı == 17 noyabr 2006-ci ildə Formula 1 pilotu Fernando Alonso ilə evlənir. Onlar İsveçrənin Mont-sur-Rolle şəhərinə köçmədən öncə İngiltərənin Oksford şəhərində yaşamışdırlar.
Raquf Orucov
Raquf İbrahim oğlu Orucov (12 iyul 1972, Cinli, Ağdam rayonu — 2 aprel 2016, Gəncə) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == === Erkən illəri === Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi. === Şəxsi həyatı === Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi. == Hərbi xidməti == Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi.
Raquza
Raquza(it. Ragusa, sic. Rausa) — İtaliyada Siciliya regionunun eyni adlı əyalətində inzibati mərkəz, şəhər. Cənubi İtaliyanın ən dinamik şəhərlərindən sayılan Raquza özünə məxsus tarixi, mədəniyyət və memarlığı ilə seçilir. 2002 ci ildən Siciliyanın digər yeddi şəhəri kimi Raquza da Siciliya barokkosu memarlığına görə UNESCO-nun ümumdünya irsinə aid edilmişdir. Raquza şəhəri 11 yanvar 1693 cü ildə baş verən dəhşətli zəlzələdən sonra tamamilə dağılmış, əhalisinin yarısı tələf olmuşdur. Şəhər yenidən o dövr üçün yüni bir çərəyan kimi yaranmış Siciliya barokkosu üslubunda tikilmişdir.
Raquza (əyalət)
Raquza (it. Provincia di Ragusa, sic. Pruvincia di Rausa) — İtaliyanın inzibati bölgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Raquza şəhəridir. Əyalətin sahəsi 1.614,02 km²olub, şimalda Kataniya əyaləti, şərqdə Sirakuza, qərbdə Kaltanissetta əyaləti və cənubda isə Aralıq dənizi suları ilə əhatələnmişdir. Əyalət 1927 ci ildə təsis edilmişdir.
Raquza mühasirəsi (866–868)
Raquza (müasir Dubrovnik, Xorvatiya) mühasirəsi ― 866-cı ildən ifriqiyəli ağlabidlər sülaləsi tərəfindən həyata keçirilən və 868-ci ildə Bizans donanması yaxınlaşdıqdan sonra uğursuzluqla başa çatan mühasirə. Bu hərbi əməliyyat 15 ay davam etmişdir. Mühasirənin özünü doğrutmaması və bizanslıların Dalmatiya bölgəsinə yenidən gəlməsi təzə Bizans imperatoru I Vasili tərəfindən yeni təcavüzkar Qərb siyasətinin başlanğıcına gətirib çıxartdı. Bunun bilavasitə nəticəsi, həmin ərazilərdə Bizans hökmranlığının Dalmatiya feması adı altında bərpası və qərbi Balkanlarda yaşayan slavyanların xristianlaşmasının başlanğıcı oldu, bundan əlavə hadisədən bir neçə il sonra Bizans Cənubi İtaliyada da öz mövqeyini bərkitdi və o, bölgəyə təsiri daha da artdı. == Öncə gələn hadisələr == 867-ci ildə Makedoniyalı I Vasili hakimiyyətinin başlanğıcında Siciliya və Cənubi İtaliya üzərindəki Bizans hakimiyyəti ağlabidlərin İfriqiyədə genişlənməsinə görə xeyli zəiflədi; eynilə, Qərbi Balkanlarda xorvatlar, serblər, xumlar, travunlar, konavlyanlar, duklyalılar və neretevlyanlar kimi yerli slavyan qəbilələri Bizans süzerini qovuи, öz müstəqilliklərini yenidən elan etdilər. Nəticədə, Adriatik dənizi həm slavyan, həm də saratin quldurlarının qurbanına çevrildi, birincisi Dalmatiya sahillərindən fəaliyyət göstərirdisə, ikincisi İtaliyanın cənubundan, Bari, Taranto və Brindizidəki bazalarından öz quldurluq əməllərini həyata keçirirdi. == Mühasirə və sonraki hadisələr == I Vasilinin nəvəsi, X əsr imperatoru VII Konstantinin sözlərinə əsasən, 866-cı ildə ağlabidlər Səudan (Barinin ağlabid əmiri), tarentolu Səbanın və bərbər Kalfunun komandanlığı altında 36 gəmi ilə Dalmatiya sahillərinə qarşı böyük dəniz əməliyyatı başlatdılar. Ağlabid donanması Raquzanı (Dubrovnik) mühasirəyə almağa başlamazdan əvvəl Butova (Budva), Rosa (Risan) və Dekatera (Kotor) şəhərlərini qarət etdi. Raquzalılar ağlabid mühasirəsinə on beş ay müqavimət göstərməyi bacardılar, lakin qüvvələri azalanda kömək üçün Konstantinopola elçilər göndərdilər. İmperator Vasili onlara kömək etməyə razı oldu və təcrübəli və bacarıqlı patrisiat Nikita Oorifanın komandanlığı altında 100 gəmidən ibarət donanma təchiz etdi.
Raquzanın mühasirəsi (866–868)

Çintsiya Raquza
Çintsiya Raquza (24 may 1977, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Çintsiya Raquza, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Çintsiya Raquza, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Raquza Respublikası
Dubrovnik Respublikası (xorv. Dubrovačka republika, serb-xorv. Дубровачка Република / Dubrovačka Republika) və ya Raquza Respublikası (lat. Respublica Ragusina, it. Repubblica di Ragusa) — XIV əsrdən 1808-ci ilə qədər Adriatik dənizinin sahilində mövcud olmuş şəhər-dövlət. Respublikanın paytaxtı Dubrovnik liman şəhəri idi, bundan əlavə dövlətin ərazisinə Neumdan Kotor körfəzinə qədər Dalmasiya sahilləri, Peleşas yarımadası və Lastovo, Mlyet adaları və paytaxtın ətrafındakı bir sıra digər kiçik adalar daxil idi. Balkanlarda dəniz və quru ticarətinin mərkəzi kimi meydana çıxan Dubrovnik Respublikası XV–XVI əsrlərdə Osmanlı imperiyası və Avropa dövlətlərinin iqtisadi əlaqələrində əsas vasitəçilərdən birinə çevrilmiş, öz gücünün zirvəsinə çatmışdır. Əhalinin böyük əksəriyyətinin slavyanlar olmasına baxmayaraq, respublikanın ictimai-siyasi sistemi və hakim elitası İtaliyanın güclü təsiri altında idi. Respublika Napoleonun Fransa imperiyası tərəfindən fəth edilmiş və 1808-ci ildə İtaliya krallığı tərəfindən rəsmi olaraq ilhaq olunmuşdur. Bu dövrdə onun 30,000-ə yaxın əhalisi var idi, onlardan 5.000-i şəhər divarları arasında yaşayırdı.