raqu
ram
OBASTAN VİKİ
Ralli Dakar
Ralli Dakar (qısaca "Dakar"; köhnə adıyla "Paris Dakar Rallisi", bu an "Lissabon Dakar Rallisi"), Amaury Sport Organisation tərəfindən hər il təşkil edilən prestijli yol xarici yarış. Yarış həvəskar və peşəkar yarışçılara açıqdır, həvəskarlar ümumi iştirakın 80 %-ini meydana gətirməkdədir. Adına baxmayaraq, bir rallidən çox yol xarici dayanıqlılıq yarışmasıdır. Parkur, çox pis vəziyyətdəki yollar və ya yol olmayan sahələrdən keçməkdə, yarışan vasitələr də rallilərdəki dəyişdirilmiş sedanlar yerinə gerçək yol xarici vasitələrindən seçilməkdədir. Şəxsi etapların çoxu yol xarici, qumluqlar, palçıqlı sahələr, qayalıqlar kimi yerlərdə aparılır. Hər etapda qət edilən yol bir neçə kilometr ilə bir neçə yüz kilometr arasında dəyişir. Ən uzun etap 800 Km.den arıqdır. 17 etapdan ibarətdir. Müsabiqə macəra axtaranlar üçün tapılmaz bir fürsət kimi görünsə də, bir çox təhlükələr və qəzaları da gözə almaq lazımdır. Müsabiqə başladığı 1978-ci ildən bu yana 30 il içərisində 56 adam həyatını itirmiş, bir çox insan da şikəst olmuşdur.
Dünya Ralli Çempionatı
Dünya Ralli Çempionatı (ing. World Rally Championship (WRC)) — 1973-cü ildə tarixi Monte Carlo Rallisi ilə başlamışdır. Dünyanın müxtəlif ölkələrində keçirilən bir avtomobil yarışıdır. 2003, 2004, 2005 və 2006-cı illərdə Türkiyədə də təşkil edilən yarış, 2007-ci ildə təqvimdən çıxarıldılmış; lakin 2008-ci il üçün yenidən təqvimə salınmışdır. 2009-cu ildən bəri hər rallinin iki ildən bir keçirilməsinə qərar verildi. Türkiyə Rallisi sonuncu dəfə 2010-cu ildə təşkil edilmiş və ondan sonra təqvimdən çıxardılmışdır. Təşkilatçılarla aparılan danışıqlar müsbət nəticələnmiş və Türkiyə Rallisi 2018-ci ildə yenidən təqvimə salınmışdır. 2021-ci ilin əvvəlində alınan qərarla Türkiyə yenidən təqvimdən çıxarılmışdır.
Monte Carlo Rallisi
Monte Karlo Rallisi (Rallye Automobile Monte Carlo), Formula 1 Monako yarışını və Monako Kart Kubokunu da təşkil edən Monaco Automobile Club tərəfindən təşkil edilən illik bir rallidir. Yarış, Monako Knyazlığındakı Fransa Rivierası ilə Fransanın cənub-şərqi arasında keçirilir.
Monte Karlo Rallisi
Monte Karlo Rallisi (Rallye Automobile Monte Carlo), Formula 1 Monako yarışını və Monako Kart Kubokunu da təşkil edən Monaco Automobile Club tərəfindən təşkil edilən illik bir rallidir. Yarış, Monako Knyazlığındakı Fransa Rivierası ilə Fransanın cənub-şərqi arasında keçirilir.
Rallidae
Sufərələri (lat. Rallidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə