rayber
rayberləmək
OBASTAN VİKİ
Rayberləmə
Rayberləmə dedikdə deşiklərin rayber aləti ilə sürtünmə effekti ilə mexaniki emalı nəzərdə tutulur. Bu tenologiya ilə deşiyin həm forma dəqilqiyi artır, həm də səthinin kələkötürlüyü yaxşılaşır. Rayberləmə deşikdə düzgün forma, yüksək ölçü dəqiqliyi və kələkötürlük almaq üçün rayber aləti (Rayber) tətbiq edilən tamamlama (təmiz emal) mexaniki emal üsuludur. Rayberləmədə qalınlığı maksiumum 0,5 mm olan pay çıxarılmaqla, deşikləri 2-3 dəqiqlik və 7-8-ci təmizlik siniflərində hazırlamaq olur. Xüsusi hallarda kəscilik qabiliyyəti yüksəldilmiş alətərin tətbiqi ilə bu parametrləri daha da yaxşılaşdırmaq olur. Proses yalnız soyuducu-yağlayıcı mayenin tətbiqi ilə aparılır. Təmiz rayberləmədə kəsmə dərinliyi 0,5-0,25 mm-i keçmir. Rayberləmədə kəsmə parametrləri şəkil 1-də verilmişdir. Kəsmə rejimləri rayber alətinin növündən asılı olaraq müxtəlif olur. Bir tilli alətlərdə nisbətən aşağı veriş verməklə böyük kəsmə sürətlərində (poladın emalında: v=25-90 m/dəq) emal aparmaq mümkündür.