Reklam Prospekti

firmanın təklif etdiyi əmtəə və ya yaxın olan əmtəələr qrupu haqqında informasiyanın verildiyi rəngarəng nəşr, buklet.
Reklam Kampaniyası
Reklam Verən
OBASTAN VİKİ
Reklam
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Turizm sahəsində reklam
Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə həyata keçirilir: a) Dövlət və ya makrosəviyyədə b) Kommersiya strukturları səviyyəsində və ya mikrosəviyyədə Dövlət tənzimlənmə orqanları tərəfindən həyata keçirilir. ÜTT onları ümumiləşdirərək, Milli Turizm Təşkilatları (MTT) adlandırır. Regionların, bələdiyyələrin turizmi idarə edən orqanları və assosiasiyaları da belə təşkilatlar sırasına aid edilir. Makrosəviyyəli reklam əsas məqsədi: ölkənin və ya onun regionların xoş simasını yaratmaq potensial istehlakçıda öz səyahəti üçün çox saylı turist istiqamətləri arasında yalnız bu ölkəni və ya regionu seçməyə həvəs yaratmaqdır. Mikrosəviyyəli və ya kommersiya xarakterli reklamın əsas məqsədi ölkənin xoş simasını yaradan reklamdan fərqli olaraq, alıcını bazarda təklif edilən çoxsaylı məhsullar arasında yalnız konkret məhsul almağa sovq etməkdir. Turizmdə reklam vasitələrinə aşağıdakılar aid edilir: Kütləvi informasiya vasitələri Çap reklam nəşləri Kino və videoreklam Küçə reklamı Reklam suvenirləri Sərgilər, birjalar, yarmarkalar və s.
Ərəb ölkərində reklam
"Reklam araşdırmaları jurnalı"na əsasən ərəb dünyasında reklam üçün baş vasitə televiziyadır. Baxmayaraq ki, keçmişdə hökumətin televiziya izləməsinə qoyduğu məhdudiyyətlər səbəbindən reklam əsasən çap və digər mediada cəmləşmişdir. Jurnalda qeyd olunur ki, bir çox ərəb ölkələrində peyk televiziyasına yüksək tələb və geniş istifadə kommersiyanı aşağı qiymətlərlə təklif edir və bu da televiziyanı əsas marketing alətinə çevirir. Dubai Press Clubun[Press Club] qeydinə görə Ərəb dünyasında onlayn jurnalist xəbərləri alanların sayının çap vasitəsinin alanların sayından getdikcə artması çap reklam bazarını azaltmış və onlayn reklam imkanlarını isə artırmışdır. Lakin, Dubai Press Club eyni zamanda qeyd edir ki, internet hələ Ərəb ölkələrinin hər yerində mümkün deyil. "Business İnsider" əsasən qadınların ümumiyyətlə Ərəb dünyasındakı reklamlarda çəkilməməsi strereotipi yanlışdır. Lakin Qərb ölkələri ilə müqayisədə Ərəb ölkələrinin reklamlarında qadınlar daha az çəkilir. Bununla belə, qadının reklamda çəkilməsi konkret ərəb ölkəsindən və onun nə dərəcədə sosial konservativ olmasında asılıdır. Qeyd etdiyim kimi, sarışın saçlı qızlar Ərəb ölkələrində reklamlarda faktiki olaraq çəkilmir. Nəticədə xırda biznes sahibləri Ərəb dünyasında reklamdan istifaə etməmiş onun müxtəlif ərazilərində individual olaraq əvvəlcədən tədqiqat aparmalıdırlar.
Tokio Reklam Muzeyi
Tokio Reklam Muzeyi (アド・ミュージアム東京, Ado Myuciamu Tokyo) – Yaponiyanın Tokio şəhərinin Minato rayonunda yerləşən muzey. Muzey Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir. Tokio Reklam Muzeyi 1 dekabr 2002-ci ildə Yoşida Hideo Memorial Fondu tərəfindən Yoşida Hideonun 100 illik yubileyi münasibətilə yaradılmışdır. 2017-ci ilin dekabrında muzeydə yenidənqurma işləri həyata keçirilmişdir. Ümumi sahəsi 1078,3 m2 olan muzeydəki sərgilər xronoloji ardıcıllıq yerləşdirilmişdir. Muzey Edo dövründə iş adamlarının istifadə etdikləri reklam hiylələrinə həsr olunmuş sərgi ilə başlayır. Burada hikifudalar, nişiki-elər və ebiralar sərgilənir. Sərgidəki məlumatların iddiasına görə həmin dövrdə yaşamış Takatoşi Mitsui dünyanın ilk marketinq dahisi olmuşdur. Muzeydə ümumilikdə təxminən 330 min reklam materialı saxlanılır. Şova dövründə Yaponiyada reklam işi Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır və muzeyin kolleksiyasında həmin dövrə aid "Shiseido", "Calpis" və "Morinaga Milk Caramel" kimi brendlərin reklam məhsulları sərgilənir.
Andraşi prospekti
Andraşi prospekti (və yaxud Andarşşi, mac. Andrassy út) — Macarıstanın parad prospekti. Onun möhtəşəm zərif görünüşünə görə, prospekt, Budapeştin Yelisey bağları adlanır. Avstriya-Macarıstan Xarici İşlər naziri Dyüla Andraşının adını daşıyır. Andraşi prospektində, kontinental Avropanın ən qədim metrosunun ilk xətti çəkilmişdir. Andrassi prospekti, 1896-cı ildə memar Mikloş İblin möhtəşəm layihəsinə əsasən, Edön Lexner də daxil olmaqla, həmin dövrün bir çox görkəmli memarlarının iştirakı ilə, vətənlərinin Macarlar tərəfindən əldə edilməsinin minilliyin qeyd olunması ilə əlaqədar olaraq inşa edilmişdir. 1956-cı ilin inqilabi ilində Molodezinin prospektinə çevrilib, sonra 1989-cu ilədək Xalq Cəbhəsi adlandırıldı. 2002-ci ildə Andrassi prospekti UNESCO-nun Dünya İrs Siyahısına yazılmışdır. == Əsas görməli yerləri == Macar dövlət opera teatrı Dreksler sarayı Paris univermağı Terror muzeyi Ferens List adına Memorial və Araşdırma Mərkəzi Budapeşt kukla teatrı == Ədəbiyyat == Венгрия. Издательство "Вокруг света", 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл.
Azadlıq prospekti
Azadlıq prospekti (Rusiya)
Buyonnovski prospekti
Budyonnovski prospekti — Rostov-na-Donu şəhərində yerləşən mərkəzi prospektlərdən biri. Bolşoy Sadovaya küçəsi ilə kəsişərək, paralel şəkildə Voroşilov prospektinə çıxır. Əvvəllər müxtəlif cür adlandırılmışdır: Taqanroq yolu (XVIII əsr), Taqanroq küçəsi (XIX əsr), Taqanroq prospekti (XX əsr). == Tarixi == Küçə Semyon Mixayloviç Buyonnovskinin şərəfinə sdlandırılmışdır. O, sovet hərbi rəhbəri dövlət və partiya xadimi olmuşdur. Rusiyada baş vermiş vətəndaş müharibəsi zamanı 1-ci atlı ordusunun komandanı olmuşdur. Bolşoy Sadovnaya küçəsi ilə birləşən hissədə, ev 32 ünvanında barelyef qoyulmuşdur. Budyonnovski prospekti ilə Puşkinskaya küçəsinin kəsişməsində Budyonnovskiyə abidə ucaldılmışdır. == Coğrafiyası == Nömrələr cənubdan şimala doğru artır. Prospektdə yerləşir: Resker və Xosudovskinin gəlirli binası, Budyonnovski 10 (sökülmüşdür).
Emissiya prospekti
Emissiya prospekti — (ing. Prospectus)- Müəyyən qiymətli kağızın yeni buraxılışı (emissiyası) zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan kağız haqqında məlumatlar əks olunan sənəd.
Mərdəkan Prospekti
Mərdəkan prospekti — Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən ən uzun prospekt. Prospekt öz başlanğıcını Heydər Əliyev prospektinin sonundan götürür və Mərdəkan qəsəbəsinə qədər uzanır. Prospektin uzunluğu 8.40 km,eni isə 30 m-dir. Bəzi yerlərdə prospektin eni 55m-ə qədər genişlənir.
Mətbuat prospekti
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Neftçilər prospekti
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Paulista prospekti
Avenida Paulista və ya Paulista prospekti (port. Avenida Paulista) — Braziliyanın San-Paulu şəhərinin məşhur prospekti.
Rustaveli prospekti
Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə adlandırılan Tbilisinin mərkəzi prospektidir. Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor hoteli məhz Rustavelidə yerləşir. 1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir. 2007 və 2011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur. Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür. Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan — Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.
Şanzelize prospekti
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
Şoloxov prospekti
Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir. 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır. Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır.
Tbilisi prospekti
Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən Bakıxanov küçəsinə kimi uzanır. == Tarix == Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliliyərək yüzlərlə insanı öldürmüşdürlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşdurlar. 2024-cü ildə avtobuslar üçün nişanlanma və yol nişanlarının quraşdırıldığı xüsusi zolaq yaranıb. == Mühüm tikililər və heykəllər == Mehdi Hüseynzadənin heykəli. Heydər Əliyev adına idman-konsert kompleksi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin binası == Ədəbiyyat == Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
Heydər Əliyev prospekti
Heydər Əliyev prospekti — Bakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur. == Haqqında == Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur. 1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi. 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.
Leksinqton prospekti (Manhetten)
Leksinqton prospekti (ing. Lexington Avenue) — Nyu-York şəhəri Manhetten borosunun İst Sayd rayonunda yerləşən birtərəfli uzun küçə. Küçənin cənub sərhədi 21-ci küçədəki Qramersi Parkda yerləşir, şimal sərhədi isə 131-ci küçədə. Leksinqton prospektinin uzunluğu 8,9 kilometr təşkil edir və o, Harlem, Karnegi Hill, Yuxarı İst Sayd, Midtaun və Marri Hill kvartal və rayonlarından keçir. Qramersi Parkdan cənubda, 14-cüdən 20-ci küçələrə qədər prospekt xətti boyunca kiçik, iki tərəfli İrvinq Pleys küçəsi yerləşir. == İctimai nəqliyyat == Leksinqton prospekti boyunca Nyu-York metropoliteninin Leksinqton Avenyu, Ay Ar Ti xətti keçir. Həmçinin küçədə Mərkəzi vağzal — 42-ci küçə (7), Leksinqton Avenyu — 63-cü küçə (7) və Leksinqton Avenyu — 59-cu küçə (N, Q, R) kimi stansiyaların çıxışı yerləşir. 2013-cü ilin iyun ayına olan vəziyyətə əsasən Leksinqton prospektində M98, M101, M102 və M103 avtobus marşrutları xidmət göstərirlər. İrvinq Pleys küçəsində ictimai nəqliyyat vasitəsi xidmət göstərmir.
Mira prospekti (Vladiqafqaz)
Mira (Oset. Сабырдзинады prospekti) - Rusiya, Şimali Osetiya, Vladiqafqaz şəhərinin mərkəzi prospektidir. Şəhərin tarixi və mədəni mərkəzidir. İriston Bələdiyyə Mahalında, Azadlıq Meydanından başlayır və şimaldan Kirov küçəsinə keçir. Mira prospekti, Qorki, Djanaev, Mayakovski və Nikitin küçələri ilə kəsişir. Mira prospekti qərb tərəfdən , Lenin meydanı ilə kəsişir və Stanislavski zolağı və Nekrasov küçəsində başa çatır. Mira prospektindən şərqə Sereteli, Butırina, Kuybışeva və Petrovski küçələri başlayır. Prospekt 19-cu əsrin birinci yarısında hərbi Vladiqafqaz bölgəsinin ilk rəisi və qalanın komendantı general-leytenant Pyotr Nesterovun səyləri ilə qurulmağa başladı. XIX əsrin 40-cı illərində, onun təşəbbüsü ilə Monplezir parkı təşkil edildi - bu gün prospektə bitişik olan Kosta Xetaqurov Mərkəzi Mədəniyyət və İstirahət Parkının bir hissəsidir. Sonradan küçə onun adını daşıyırdı - Nesterovski Bulvarı.
Mətbuat prospekti (Bakı)
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Neftçilər prospekti (Bakı)
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Nobel prospekti (Bakı)
8 Noyabr prospekti — Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 zolaqlı küçə. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir. Yolun sonu Nargilə dairəsində bitir. 12 aprel 2021-ci ildə prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.
Tbilisi prospekti (Bakı)
Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən Bakıxanov küçəsinə kimi uzanır. Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliliyərək yüzlərlə insanı öldürmüşdürlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşdurlar. Mehdi Hüseynzadənin heykəli. Heydər Əliyev adına idman-konsert kompleksi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin binası Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
Yena prospekti (Paris)
Yena prospekti (fr. Avenue d'Iéna) — Parisin XVI arrondissmentinə aid küçələrindən biri. Azərbaycanın Fransadakı səfirliyi bu prospektdə yerləşir. Küçə 14 oktyabr 1806 cı ildə Yene yaxınlığında Napoleonun Prusiya qoşunu üzərindəki qələbəsinin şərəfinə adlandırılmışdır. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.