Respublikaçı Faşist Partiyası
Respublikaçı Faşist Partiyası ( Partito Fascista Repubblicano ) 1943-cü ildə İtaliyanın cənubunun müttəfiqlərin işğalı altına düşməsi ilə ləğv edilmiş olan Milli Faşist Partiyasının varisidir. Benito Mussolini və onun tərəfdarları tərəfindən İtaliya Sosial Respublikası ilə bərabərabər təsis edilmişdir. Almaniyanın Şimali və Mərkəzi İtaliyanı işğalı etməsi zamanı Benito Mussolininin rəhbərlik etmiş olduğu bu siyasi partiya bütün İtaliya ərazisinin müttəfiq qoşunlarının əlinə keçməsinə qədər İtaliya faşistlərinin mübarizəsini davam etdirdiyi bir təşkilat olmuşdur. Partiya siyasi baxışında isə əvvəlki kimi italyan faşizmini qəbul etsə də, həm də antimonarxist xüsusiyyət daşımağa başlamışdı. Artıq respublika dəyərləri müdafiə olunmağa başlanmış və adından da göründüyü kimi, İtaliyanın şimalında yeni bir İtaliya Sosial Respublikası yaradılmışdır. Partiyanın katibi isə Alessandro Pavolini olmuşdur.
Şimali İtaliyanı öz nəzarəti altında saxlamağa çalışan Respublikaçı Faşist Partiyası 1945-ci ilə qədər bunu bacara bilmişdir. İtalyan qoşunları 1945-ci ildə bütün İtaliyanı işğal etmiş olan Müttəfiq qüvvələrinə, yəni Amerika və Britaniya qoşunlarına təslim olmuşdurlar. Respublikaçı Faşist Partiyasının dağılması və İtaliya Sosial Respublikasının süqut etməsi ilə bərabər Mussolini tərəfdarları və sevgilisi ilə birlikdə İsveçrəyə qaçmağa çalışarkən, yolda kommunist partizanların əlinə keçirlər. Onlar 1945-ci il aprel ayının 28-də güllələnərək öldürülürlər.