Retuşlama-retouching (eng.) ~ ретуширование(rus.) ~ rötuşlama(türk) ~ – fotoqrafiyada, yaxud illüstrasiyada olan qüsurları və lazımsız elementləri aradan qaldırmaq üçün onun dəyişdirilməsi. Rəqəmsal fotoşəkillərlə işləmək üçün rəsm proqramlarında bu məqsədlə xüsusi alətlər və süzgəclər nəzərdə tutulub.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Digər lüğətlərdə
RÉTUŞ
[fr.] Fotoqrafiyada şəkilləri çap
etmədən əvvəl şüşə və s. üzərində düzəltmə
işi, üsulu