reytarlar

reytarlar
reytar
reytinq
OBASTAN VİKİ
Reytarlar
Reytar (alm. reyter‎ — "atlı") — XVI–XVII əsrlərdə Avropada muzdlu atlı alaylar. Müasirləri kirasirlərdən fərqli olaraq reytarlar əsasən odlu silaha üstünlük verirdilər. Onların arsenalı bir neçə iri kalibrli tapançadan ibarət idi. Qılınc isə yardımçı səciyə daşıyırdı. XVI əsrin 50-ci illərinin əvvəllərində reytarlar tamamilə soyuq silahdan imtina etdilər. Əvəzində odlu silahların sayı 3 dən beşə qədər artdı. Misal üçün kirasirlər ancaq bir cüt tapança daşıyırdılar. Tapançaların baha olması səbəbindən reytar xidmətinə daxil olanlara birdəfəlik əlavə ödənişlər edilirdi. Rəqibləri də əsasən zirehli olduğundan reytarlar adətən düşmənə yaxın məsafədən atəş açırdılar.