Əli Əhmədov (riyaziyyatçı)
Əli Əhmədov (25 dekabr 1943, Əfəndilər, Cəbrayıl rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor.
== Həyatı ==
Əli Əhmədov 25 dekabr 1943-cü il Cəbrayıl rayonunun Əfəndilər kəndində anadan olub. 1950–1960-cı illərdə Füzuli rayonunun Arayatlı kənd orta məktəbdə oxuyub. 1961–1966-cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1966-cı ildən BDU-da çalışır.
=== Ailəsi ===
Ailəlidir, üç övladı var.
== Təhsili, elmi dərəcə və adları ==
1961–1966 — tələbə, Mexanika-riyaziyyat fakültəsi,
== Əmək fəaliyyəti ==
1996 — h/h, kafedra müdiri, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1995 — h/h , professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1972–1995, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1978–1979, elmi stajor, ABŞ-nin Viskonsin Universiteti
1966–1972, kiçik elmi işçi, Azərbaycan EA-nın Kibernetika İnstitutu
Apardığı dərslər: Funksional analiz, Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, Operatorlar nəzəriyyəsi (İxtisas kursu).
150-dən artıq elmi məqalənin, 1 monoqrafiyanın və 6 kitabın müəllifidir.
2 elmlər доктору вя 7 elmlər namizədi yetişdirmişdir.
== Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı ==
1969 — Bakı, Azərbaycan:Funksional analiz üzrə beynəlxalq konfrans
1982 — Minsk, Belorusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans
1985 — Novosibirsk, Rusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans
1988 — Voronej, Rusiya:Operatorlar nəzəriyyəsi üzrə ümumittifaq-məktəb beynəlxalq konfrans
1989 — Russe, Bolqarıstan:Diferensial tənliklər və tətbiqləri üzrə IV beynəlxalq konfrans
1995 — Bəhreyn:Xalis və tətbiqi riyaziyyat üzrə beynəlxalq konfrans
1997 — Təbriz, İran:İran riyaziyyatçılarının illik konfransı
2000 — Barselona,İspaniya:Riyaziyyatçıların III Avropa konqresi
2001 — Elazığ,Türkiyə: Türkdilli dövlətlərin riyaziyyat üzrə I beynəlxalq konfrans
2006 — Təbriz, İran: İran riyaziyyatçılarının illik konfransı
2006 — Ujqorod, Ukrayna:Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri üzrə beynəlxalq elmi konfrans
2007 — Zəncan, İran:İran riyaziyyatçılarının illik konfransı
2007 — Sakariya, Türkiyə: Türk dünyası matematik simpoziumu
2008 — Aliqarh, Hindistan: ICAA-2008
2008 — Novorossiysk, Rusiya: Furye sıraları və onların tətbiqləri- beynəlxalq simpozium
2008 — Bakı, Azərbaycan: İdarəetmə və sənayedə optimallaşdırmanın tətbiqləri -II beynəlxalq konfrans
2008 — Plovdiv, Bolqarıstan:Tətbiqi riyaziyyat və hesablama texnikası üzrə beynəlxalq konfrans
Intern.