Rolltreppe
Roman
OBASTAN VİKİ
ROM
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
CD-ROM
CD-ROM (ing. compact disc read-only memory) — müxtəlif məlumatlar yazılmış və ancaq oxunma üçün nəzərdə tutulan kompakt-disk. Tutumu 10-terabaytdır İlkin olaraq disk audio yazılışların saxlanması üçün hazırlanmışdır. Lakin sonralar digər rəqəmli informasiyaların saxlanılması üçün istifadə edilib. Daha sonra CD-ROM-un bazası əsasında çoxsaylı yazmalar üçün istifadə olunan CD-R və CD-RW kimi disklər yaradıldı. Daha sonra isə inkişaf etdirilərək DVD-ROM-lar yaradıldı.
Rom (içki)
Rom (ing. rum, isp. ron, fr. rhum) — alkoqollu içki növü. Şəkər çuğunduru suyu, tut və qalan distillə edilmiş üzüm suları su ilə qarışdırılmalıdır. Qurudulmuş üzüm də istifadə olunur. Zərurət 48 saatdan 5 günə qədər fermentasiya edildikdən sonra təzələnir. Palıd barellərdə geyildikdən sonra içməyə hazır olur. Şəkər çuğunduru istehsal edilən yerlərdə geniş şəkildə istehsal olunur. Spirt səviyyəsi ən azı 37,5% -dir.
Nero Burning ROM
Nero — köhnə adı Ahead Software. CD-dən CD-yə DVD-dən DVD-yə (diskdən disqə), faylı CD-yə və DVD-yə köçürməyə kömək edir. Bu proqramın Nero 6,7,8,9, və s. versiyaları vardır. Bu proqramla müxtəlif audio, video, animasiya və şəkilləri diskə köçürmək olur. Nero AG şirkəti tərəfindən istehsal edilmişdir.Microsoft Windows və Linux əməliyyat sistemləri üzərində işləyən bir disk yazma proqramıdır. Ümumiyətlə CD-yə və DVD-yə yazmaq üçün Nero Express varsiyası olur. CD-yə və DVD-yə fayl köçürmək ingilis dilində əsasən "Optical Disc Burning" deməkdir və bu azərbaycanca "Optik Disk Yandırmaq" mənasını daşıyır. Məşhur tarixə görə Roma İmperatoru Nero, Böyük Roma yanğınında lir çalıp,mahnı oxumuşdu. Almanca "Roma", "Rom" deməkdir.
Sen-Rom-de-Sernon
Sen-Rom-de-Sernon (fr. Saint-Rome-de-Cernon, oks. Sent Roma de Sarnon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Afrik kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12243. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 757 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 465 nəfər (15-64 yaş) arasında 350 nəfər iqtisadi cəhətdən fəal, 115 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.3%, 1999-cu ildə 64.8%).
Sen-Rom-de-Tarn
Sen-Rom-de-Tarn (fr. Saint-Rome-de-Tarn, oks. Sant Roma de Tarn) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12244. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 845 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 464 nəfər (15-64 yaş) arasında 345 nəfər iqtisadi fəal, 119 hərəkətsiz (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə bu 68.2%) idi.
Sen-Rom-de-Tarn (kanton)
Sen-Rom-de-Tarn (fr. Saint-Rome-de-Tarn) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1235. Sen-Rom-de-Tarn kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Sen-Rom-de-Tarn kommunasıdır. 2006-cı ildə əhalinin sayı 3 108 nəfər təşkil edirdi.
Cəmilə (roman)
Cəmilə — Orxan Kamalın yazdığı roman. Çox gənc yaşlarında həyat mübarizəsi ilə qarşılaşan Orxan Kamal ürəyində iz buraxan hər şeyi ədəbiyyata köçürüb. Yaşadıqları, şahidi olduqları, müşahidə etdikləri qələminin ucunda hekayəyə, romana, tamaşaya, şeirə çevrildi. O, həyatı çox sadə dildə təsvir etsə də, sanki ustad rəssamın fırçası ilə çəkirdi. Halbuki o, ağrı-acı, çarəsizlik və yoxsulluğu təsvir edərkən belə, misraları arasında həmişə yaşamaq sevinci, ümid var idi. "Cəmilə" Orxan Kamalın həyatından sətirləri aşıb-daşdıran bir romandır. Arxa planda 1934-cü ildə Adanada bir kasıb fəhlə məhəlləsi və işçilərin dolanışıq mübarizəsi izah edilir; Bosniyalı gözəl qız, fəhlə Cəmilə ilə ayda 24 lirə 95 kuruş cəza alan Katib Necatinin sevgi hekayəsi. Orxan Kamal öz qəhrəmanlarını və yaşadıqları mühiti özünəməxsus realizmi ilə təsvir edərkən, cəmiyyətin bütün yoxsulluğuna, düşmənçiliyinə, prinsipsizliyinə, duyarsızlığına qarşı insanları ayaqda tutan həmrəylik və dostluq bağlarının möhkəmliyini vurğulayır. Cemile — Orhan Kemal Cemile Cemile "Qanun Nəşriyyatı".
Cənab Prezident (roman)
Cənab Prezident (isp. El Señor Presidente) — Qvatemalalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Migel Anhel Asturiasın 1946-cı ildə ispan dilində yazdığı diktator romanı.
Cənaba sevgi ilə (roman)
Cənaba sevgi ilə (ing. To Sir, With Love) – Qayana yazıçısı E. R. Braytvayt tərəfindən 1959-cu ildə yazılan yarı avtobioqrafik roman. Roman 1950-ci illərin sonlarında Londonun şərqində ancaq varlı uşaqların təhsil aldıqları məktəbdə iş tapa bilən yoxsul ailədən çıxmış qaradərili müəllimin qarşılaşdığı çətinliklərdən bəhs edir. Həmin illərdə E. R. Braytvaytda Londonda belə məktəbdə təhsil almış və eyni problemlərlə qarşılaşmışdı. Yazıçı, diplomat və müəllim olan Edvard Rikardo Braytvayt qaradərililərə qarşı bəslənilən münasibət və irqçilik haqqında yazdığı əsərlər ilə tanınmışıdır. 1959-cu ildə yazılmış bu roman əsasında 1967-ci ildə İngiltərədə Ceyms Klavel tərəfindən eyniadlı film çəkilmişdir. Filmin baş rolunda amerikalı Sidney Poytyer oynamışdır. Filmdə həmçinin Kristian Roberts, Suzi Kendal, Cudi Qiison və Lulu rol almışdılar. Lulunun həmin film üçün bəstələdiyi "To Sir, with Love" mahnısı həmin il ABŞ-də pop mahnıya çevrilmişdi.
Dactylorchis romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dactylorhiza romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dactylorhiza romana subsp. libanotica
Dactylorhiza romana subsp. markusii
Dactylorhiza romana subsp. romana
Dactylorhiza romana subsp. siciliensis
Dactylorhiza romana var. markusii
Dactylorhiza romana var. sicula
Dactylorhiza sambucina subsp. romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dalmatsiya (Roma əyaləti)
Dalmatsiya (lat. Dalmatia) — adı böyük ehtimal ki, e.ə. I minillikdə Adriatik dənizinin şərq sahillərində məskunlaşmış illiriya qəbiləsi olan dalmatların adından alınmış Roma İmperiyası əyaləti.
Dalmaçiya (Roma əyaləti)
Dalmatsiya (lat. Dalmatia) — adı böyük ehtimal ki, e.ə. I minillikdə Adriatik dənizinin şərq sahillərində məskunlaşmış illiriya qəbiləsi olan dalmatların adından alınmış Roma İmperiyası əyaləti.
Desi (Roma imperatoru)
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Doxsan üçüncü il (roman)
Doxsan üçüncü il (fr. Quatrevingt-treize) — Viktor Hüqonun Böyük Fransa inqilabının son günləri haqqında qələmə aldığı axırıncı romanı. "93-cü il" romanı demək olar ki, Viktor Hüqonun yaradıcılığına yekun vuran axırıncı böyük əsəridir. Bu roman bir tarixi əsər olmaqdan başqa Viktor Hüqonun ümumi humanist görüşlərinin silsiləsində müəyyən dərəcədə xüsusi bir həlqəyə çevrilmişdir. Əsər iki dünyagörüşü, tarixə iki baxış və bir-birindən diametral surətdə fərqlənən müxtəlif dəyərlər sistemi arasında olan amansız mübarizədən bəhs edir. Markiz de Lantenak köhnə rejimin mücəssiməsidirsə, onun qardaşı oğlu özündə respublikaçıların inqilabi ideyalarını və yeni dövrü əks etdirir. Romanda, həmçinin Fransa İnqilabının üç əsas xadimi – Marat, Danton və Robespyerin də fəaliyyəti barədə söhbət açılıb... Kitab ilk dəfə 1874-cü ildə Fransada nəşr edilib. Roman Azərbaycan dilinə ilk dəfə Mikayıl Rəfili tərəfindən rus dilindən tərcümə edilib və 1948-ci ildə Bakıda nəşr edilib. Nigar Rəfibəyli tərəfindən edilən tərcümə Əkbər Ağayevin ön söz müəllifliyi və redaktorluğu ilə Bakıda, əvvəlcə kiril qrafikalı Azərbaycan əlifbası ilə, daha sonra Əsgər Quliyevin redaksiya heyəti baş redaktorluğu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə 2006-cı ildə Çaşıoğlu nəşriyyatında, 256 səhifədə, "Dünya Ədəbiyyatı" seriyasından, 5000 tirajla, 2015 və 2017-ci illərdə isə Bakı Kitab Klubunda 328 səhifədə, 100 tirajla çap edilib.
Drakula (roman)
Drakula — İrlandiya yazıçısı Brem Stokerin əsəridir. Bu əsər ilk dəfə 1897-ci ilin may ayında çapdan çıxmışdır. Əsərin baş qəhrəmanı Qraf Drakuladır. Əsərdə Qraf Drakula öldükdən sonra dirilən bir varlıqdır. Lakin Conatan Harker adlı vəkil isə bundan xəbərsizdir. Conatan Drakulanın Londonda ev alması üçün Transilvaniyaya gəlir. Conatan Drakula ilə gün ərzində yalnız gecələr görüşə bilir. Conatanın işi qurtarsa da, Drakula onu qəsrdən getməyə imkan vermir. Qəsrin bütün qapılarının bağlı olduğunu görən Conatan artıq dustaq olduğunu başa düşür. Drakula Conatanı məcbur edir ki, o, hər ay evə məktub yazıb, yaxşı olduğunu və burada bir az qalacağını bildirsin.
Dumanlı Təbriz (roman)
Dumanlı Təbriz — Məmməd Səid Ordubadinin romanı. Ədib "Dumanlı Təbriz"əsəri ilə Azərbaycanda tarixi roman janrının ilk gözəl nümünəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dolğun təəssürat, bədii, əfsanəvi dona geydirilmiş zəngin, hərtərəfli məlumat bu əsərdə verilmişdir. M. S. Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən "Dumanlı Təbriz" romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. Əsərin əsas movzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı 20-ci əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905–1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Dərdimə şərik ol (roman)
Dəri Corab (romanlar silsiləsi)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki ona görə dünyaya gəlmişdi ki, hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Dəyirman (roman)
Dəyirman (türk. Değirmen) məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin 1941-ci ildə satirik üslubda yazdığı qısa roman. Roman ilk dəfə 1944-cü ildə nəşr edilmişdir. Romanın bəhs etdiyi dövr 1914-cü ildir və hadisələr Osmanlı imperiyasının Sarıpınar adlanan məntəqəsində cərəyan edir. "Dəyirman" romanında uydurma bir zəlzələ hadisəsinin böyüyərək Osmanlı dövlətinin və hətta dünyanın gündəminə girən bir məsələ halına gəlməsi təsvir edilir. Sarıpınar adlanan bir bölgədə meydana gəldiyi düşünülən bir zəlzələdən sonra baş verən tragikomik hadisələr, baş verməmiş zəlzələnin zəlzələ olubmuş kimi ortaya çıxarılması cəhdi canlandırılmışdır. Anadoludakı yoxsul bir qəsəbə olan Sarıpınarın 1914-cü ildə rəhbər vəzifədə çalışanlar ruh dünyası canlandırılmış, səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır. Romandan hasil olan qənaət budur ki, dövlət məmuru olmayan hadisələri sanki baş vermiş kimi göstərməməlidir və hər kəs öz vəzifə və məsuliyyətlərinə uyğun hərəkət etməlidir. Çünki ört-basdır edilən səhvlər daha böyük problemlərə səbəb olur. Xəlil Hilmi Efendi: Vilayətin valisi, mülayim xasiyyətli və nəzakətli bir adam Rəşid bəy: Vilayətin bələdiyyə başqanı, yardımsevər bir insan Arif bəy: Vilayətin həkimi, valinin ən yaxın dostu Ömər bəy: Vilayətin zənginləridən, səxavətli bir insan Xurşid: Valinin mühafizəçisi, saf niyyətli insan Həmid bəy : Vilayətin mutasarrıfı (qubernatoru) Rüfət : Bələdiyyənin baş katibi Kızanlıklı Naciyə: Şəhərdə düzənlənən əyləncələrdə oynayan rəqqasə "Dəyirman" romanı ilk dəfə 1944-cü ildə İstanbulda Semih Lütfi nəşriyyatında yayınlanmışdır.
Ecazkar göz (roman)
Ecazkar göz (rus. Чудесное око) - Rus yazıçısı Aleksandr Belyayev tərəfindən yazılmış roman. Əsər ilk dəfə 1935-ci ildə ukrayn dilində çap edilmişdir. Aleksandr Belyayev ölümündən sonra isə kitab rus dilində çapdan çıxıb. Okean paraxodu Leviafan Atlantik okeanında qəzaya düşərək batıb. Qəza ilə birlikdə həm də sivilizasiya üçün olduqca dəyərli olan mühəndis-energetik, alim Blasko Xurqesin ixtiraları da suyun dibinə qərq olub. Təsadüfən isə, Xuqesin məktubu jurnalist Azoresə gəlib çıxır və qəhrəmanımız Argentinaya səfərə çıxmalı olur. Xurqesin çox dəyərli kəşflərini axtarıb-tapmaq üçün SSRİ-nın araşdırmaçılar qərargahı və dənizçiləri cəlb edilirlər. Axtarışlar rəqabətsiz ötüşmür. Qızılaxtaran avantürist Skott, Sovet heyəti ilə münaqişəyə daxil olur.
Ernst Romanov
Ernest İvanoviç Romanov (9 aprel 1936, Serov, Sverdlovsk vilayəti – 25 fevral 2024, Sankt-Peterburq) — Rusiya aktyoru. Ernest Romanov 9 aprel 1936-cı ildə Sverdlovsk vilayətində anadan olub. Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb (1957). 1957-ci ildən Rostov-Na-Donu, Ryazan, Estoniya, Latviya, 1969-cu ildən Sankt Peterburq, 1971-ci ildən A. S. Puşkin adına Akademik Teatrda, 1974-cü ildən Lenfilm kinostudiyasında çalışıb. Rusiyanın xalq artistidir. Birisigün, gecəyarısı...
Ervin Rommel
Ervin Oygen Yohannes Rommel (alm. Erwin Eugen Johannes Rommel‎; 15 noyabr 1891[…], Haydenhaym an der Brents[d], Vürtemberq krallığı[d], Almaniya imperiyası – 14 oktyabr 1944[…]) — "Səhra tülküsü" (alm. Wüstenfuchs‎) ləqəbli alman general-feldmarşalı. İkinci dünya müharibəsi gətirdiyi dağıntılar və fəlakətlərlə yanaşı bir neçə dahi şəxsiyyəti də tarixin səhifələrinə həkk etmişdir. Bu şəxsiyyətlərdən biri müttəfiq qüvvələr arasında "Səhra Tülküsü"(alman dilində "Wüstenfuchs")adı ilə tanınmış Ervin Rommel olmuşdur. Rommel Şimali Afrika uğrunda gedən döyüşlərdə Alman ordusunun qruplaşmalarına komandanlıq etmiş və ingilis generalı Montqomerinin ilkin planlarını alt-üst edərək saysız-hesabsız uğurlar qazanmışdır. Ervin Rommel 15 noyabr 1891-ci ildə Haydenxaymda anadan olmuşdur. Əvvəlcə mühəndis peşəsinə yiyələnmək istəsə də, 1910-cu ildə Rommel orduya qoşulmuş və 1914-cü ilin avqust ayında onun xidmət apardığı bölmə müharibəyə atılmışdır. 1915-ci ildə o, döyüşlərdə fərqləndiyinə görə 1-ci dərəcəli dəmir xaç ordeni ilə mükafatlandırılmışdır. Müharibədən sonra Rommel Drezden şəhərində piyada qoşunları məktəbində dərs demişdir və həmin ərəfədə "Piyada Hücumda" (İnfanterie greift an) adlı ilk kitabını yazmışdır.
Eşq (roman)
Eşq (türk. Aşk) — Elif Şafakın 2009-cu ildə işıq üzü görən romanıdır. Roman bu epiqrafla başlayır: "Ya Eşqin ortasındasan, mərkəzində; ya da xaricindəsən, həsrətində". Əsərin orijinalı ingilis dilindədir, türkcəyə tərcümə edən isə Kadir Yiğit Usdur. Qırx yaşlı Ella Rubinsteyn amerikalı evdar xanımdır. Tipik burjua dəyərlərinin hökmran olduğu zəngin bir ailəsi, qaydasında gedən və görüntü olaraq "problemsiz" görünən bir evliliyi var. Üç övladını böyütdükdən sonra nəşriyyatda redaktor köməkçisi olaraq işə başlayır. İlk işi isə A. Z. Zahara adlı tanınmayan bir yazarın sufizm fəlsəfəsi mövzusunda olan tarixi romanını dəyərləndirməkdir, lakin həyatının çox çətin bir mərhələsində əlinə aldığı bu kitab gözləmədiyi tərzdə Ellaya təsir edəcək və o, dünyavi eşqi kəşf etmək kimi çətin və təhlükəli səfərə çıxacaq. "Eşq" romanı kitab içində bir kitab, həyatın mənasını dərk etmək yolundakı eşq macərasıdır. "Eşq" Elif Şafakın axtarış, gerçəklik və kəşfetmə istiqamətində bir romanıdır.

Digər lüğətlərdə