Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Romalı Kalepodi
Romalı Kalepodi və ya Müqəddəs Kalepodi (it. San Calepodio; v. 232, Roma) — Roma xristian keşişi, əzabkeşi. O, Roma imperatoru Aleksandr Sever tərəfindən xristianların təqibləri zamanı öldürülmüşdür. Roma katakombalarından biri olan Kalepodi katakombası onun adını daşıyır. Onun agioqrafiyası xatırladır ki, Kalepodi işgəncələrə məruz qalmışdır. O, ardınca boynuna dəyirman daşı bağlanaraq Tiber çayına atılmışdır.
Romalı İppolit
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. == Bioqrafiyası == Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
İppolit Romalı
Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası. == Bioqrafiyası == Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi. Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.
Romalılar
Roma imperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 395-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur. == Tarixi == İmperiyanın tarixi qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.
Romalıların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Diplomat romanı
Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945-46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir. == Diplomat romanının yazılma tarixiDiplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb. == == Romanın qısa məzmunuRoman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda,o cümlədən,Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür. ==
Kəffarə romanı (Atonement)
== Süjet xülasəsi == Briony Tallis adlı 13 yaşlı ingilis qız, yazıçılıq qabiliyyətinə sahibdir, ailəsinin mülkündə, ata-anaları Cek və Emili Tallis ilə birlikdə yaşayır. Onun böyük bacısı Sesiliya bu yaxınlarda Kembric Universitetini Tallis ailəsinin xadiməsinin oğlu və Universitet təhsili Cek tərəfindən maliyyələşdirilən Sesiliyanın uşaqlıq dostu Robbi Turnerlə birlikdə bitirmişdir.1935-ci ilin yayında Brioninin ana tərəfdən əmiuşağı, 15 yaşlı Lola və 9 yaşlı əkizləri Cekson və Pierrot, valideynlərinin boşanması fonunda ailəyə baş çəkir. Brioni və Sesiliya'nın böyük qardaşı Leon Oksforddan olan dostu, imkanlı istehsalçı Pol Marşallın müşayiəti ilə Londondan qayıdır. Sesiliya və Robbi qırılaraq gölməçəyə düşən vaza üzərində mübahisə edirlər. Sesiliya alt paltarını çıxarır və parçaları götürmək üçün içəri girir və Robbini təəccübləndirir. Pəncərədən seyr edən Brioni, Sesiliya və Robbinin hərəkətləri qarşısında çaşqınlıq və maraq doğurur. O, psixoloji realizmi yazmağa başlamaq üçün ilhamlanır və oxucuya məlumat verilir ki, bu, nəhayət onun fantastikasına çevriləcək. Hovuzun kənarında baş verən hadisədən sonra Robbi Sesiliya ilə maraqlandığını anlayır və ona bir neçə sevgi məktubu yazır. O, məktubu Brioniyə verir ki, Sesiliyaya çatdırsın, lakin o, istəmədən ona imtina etmək istədiyi məktubu verir. Robbi səhvini anlayana qədər Brioni artıq məktubu ilə evə qayıtmışdır.
Ədən (Lemin romanı)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. == Hekayə == Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
“Minboğalar əfsanəsi” romanı
"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri == "Minboğalar əfsanəsi" romanı == "Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur. Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir.
Cəlladlar (Makdonaldın romanı)
Cəlladlar (ing. The Executioners) — Con Dann Makdonald tərəfindən yazılmış və 1957-ci ildə nəşr olunmuş psixoloji triller saspens romanı. Əsərin məzmunu vəkilin həbs edilməsində töhfəsi olduğu cinayətkar tərəfindən təqib edilməsi və işgəncələrə məruz qalması ilə bağlıdır."Cəlladlar" əsəri 1962-ci ildə və yenidən 1991-ci ildə iki dəfə "Qorxu burunu" adı ilə ekranlaşdırılmışdır. Birinci film adaptasiyası romanın məzmununa daha sadiqdir, 1991-ci ildəki adaptasiya isə xeyli dərəcədə daha qəddar və zorakı xarakter daşıyır. == Məzmun == Romanın əsas süjeti savadsız, qəddar təcavüzçü Maks Kedini cinayət başında yaxalayan Sem Bouden adlı vəkil ilə bağlıdır. Bouden daha sonra onun əleyhinə ifadə verir. Münsiflər heyəti Kedini günahkar hesab edir və Kedi on dörd il müddətinə həbsxanaya göndərilirş O, burada Boudenin onu bilərəkdən həbsxanaya göndərdiyinə görə ona qarşı qəzəb və nifrət ilə alovlanan obsessiv bir kin inkişaf etdirir və ona qulluq edir. Kedi şərti azadlığa buraxıldıqdan sonra Bouden və ailəsini təqib etməyə başlayır. O, nəinki qisas almaq, həm də Boudenin sahib olduqları şeylərə, xüsusən də Boudenin yeniyetmə qızına həsəd aparmağa başlayır. Kedinin vendettası yavaş-yavaş ailəni təqib etməkdən və qıcıqlandırmaqdan ailəsinə yaxın hesab etdiyi insanları öldürməyə cəhd göstərməyə qədər yüksəlir.
Fosforlu Cevriyə (Türk romanı)
Fosforlu Cevriyə (Türk romanı) (türkcə:Fosforlu Cevriye) — Türkiyə yazıçısı Suat Dərvişin 1944-1945-ci ildə mətbuatda yayınlanan, 1968-ci ildə kitab kimi nəşr etdirdiyi roman == Haqqında == Romanda 1930-cu illərdə İstanbulun Galata məhəlləsində yaşayan bir küçə qızı Cevriyenin polisdən qaçan bir kişiyə olan sevgisindən bəhs olunur. Sadə dildə yazılmış əsərdə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların obrazı yaradılmışdır. Roman dörd hissədən ibarətdir: "Polis bölməsində ayna var", "Qızın qolunda bir möhür var", "Gözlərindən bəllidir Cevriyəm" və "Qara bir sevginiz var". 1944-1945-ci illər arasında təfriqə halında yayınlanan romanın motivləri əsasında 1959-cu ildə “Fosforlu Cevriyə”, 1969-cu ildə isə “Mənə Fosforlu deyirlər” adı ilə film çəkilmişdir. 1968-ci ildə May Yayıncılık tərəfindən bir kitab kimi nəşr olunmuşdur. Müəllif 1972-ci ildə romanını ssenari şəklində işləyərək aktrisa Gülriz Sururiyə həsr etmişdir. Əsərə 2008-ci ildə bir musiqi mətni yazılmış və Gülriz Suririnin rəhbərliyi ilə Ankara Dövlət Teatrları tərəfindən səhnələşdirilmişdir. === Məzmun === Pozğun qadın olan Cevriyə, əlində heroin tutulduğuna görə sürgünə göndərilir, lakin sevdiyi adama qovuşmaq üçün sürgündən qaçır. Polis tərəfindən tutulduqda yenidən sürgün olunacağından qorxaraq polis bölməsinə girməyə qorxur. Vəziyyəti bilən dostu Top Melahət, onu dəstəkləyir və Cevriyənin qaçma planını izah edir.
Romaci
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. == Romanizasiyalar arsında fərqlər == Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Od (Bir Yunus romanı)
Od (Bir Yunus romanı) — İskəndər Palanın Yunus Əmrədən bəhs edən romanı. 2014-cü ilin may ayında kitabın cib ölçüsündə olan forması satışa çıxmışdır. == Məzmunu == == Musiqi == Kitab türkülərdən ibarət olan musiqi CD-i ilə birlikdə satışa buraxılmışdır. CD-dəki musiqi parçaları: Arayıp bulsam izini Aşk bezirgânı Aşkın aldı benden beni Ben yürürüm yane yane Bir kez gönül yıktın Dağlar ile taşlar ile Dolap neden inlersin Fenada bir garipsin Geldi geçti ömrüm benim Hak bir gönül verdi bana Ben bu yolumu bilmez idim Severim ben seni Şeyhimin illeri Yar yüreğim yar == Tərcümə və nəşr == Kitab türk dilində 380 000 tirajı çapdan çıxmışdır. Kitab 2012-ci ildə Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub. == İstinadlar == == Həmçinin bax == İskəndər Pala Yunus Əmrə == Xarici keçidlər == "Od — Bir "Yunus" Romanı / CD İlaveli" ( (türk.)). iskenderpala.net. 2015-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06. Tarih TV. "İskender Pala-Od,Bir Yunus Romanı Söyleşisi-17 Kasım 2011" (türk).
Sevgi Romanı (film, 2020)
Sevgi romanı — rejissor Vüsal Hacıqədir tərəfindən 2019-cı ildə çəkilən Azərbaycan tammetrajlı melodram janrlı filmi. == Məzmun == Cəmilə (Oksana Rəsulova) varlı bir iş adamının qızıdır. O yanlış sevginin qurbanı olaraq, atasının iş ortağının oğlu Xanlara (Azər Aydəmir) ərə gedir. Böyük sevgi məhəbbət əks etdirən Xanlar, Cəmilənin atasının ölümündən sonra sərt üzünü göstərir və Cəmilənin həyatını cəhənnəmə çevirir. Bu əzaba dözməyən Cəmilə evdən qaçmaqa qərar verir. Lakin Xanlar bununla faydalanmır və Cəmilənin təqibinə başlayır. Çünki Cəmilənin var-dövlətinin Xanların adına keçməsi üçün onun könüllü razılıqı lazımdır. Dünyada tək qaldıqını sanan Cəmilənin köməyinə, təsadüfən rastlaşdıqı Eldar(Şəhriyar Əbilov) çatır. Cəmilə onun bu fədakarlıqı qarşısında ona bir könüldən min könülə aşiq olur. Lakin ortada həll olunmamış böyük problem var.
Tarakanlar (Yu Nesbö romanı)
Tarakanlar (norv. Kakkerlakken) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ikinci əsəridir. Yarasa romanının nəşrindən əldə etdiyi uğurdan sonra Nesbö işdən çıxır və Taylanda növbəti kitab üçün ilham axtarmağa gedir. Burda qaldığı müddətdə o növbəti "Tarakanlar" əsərini yazır. Bu dəfə də əsərdə Harri Hole adlı polis əməkdaşının başına gələn macəralardan bəhs olunur, lakin bu dəfə hadisələr Taylandda cərəyan edir. == Süjet xətti == Norveç səfiri Taylandda Banqkok ətrafı ərazidə yerləşən fahişəxanaların birində ölü vəziyyətdə tapılır. Taylanddakı səfirin ölüm işinin təhqiqatını Norveç polisi olan Harri Hole aparır. Oslo polisinin Kriminalistika şöbəsinin əməkdaşı olaraq, Harri Hole Banqkokun qaranlıq rayonlarının cinayətkarları ilə qarışır və nəhayətində bu işdə vacib adamların əli olduğunu başa düşür. Harri həm də öz ailəsi - dul qalmış atası və Harrinin Taylanda getməsindən bir neçə ay əvvəl zorlanmaya məruz qalan bacısı üçün narahat olur.
Yaponiya Fentezi Romanı Mükafatı
Yaponiya Fentezi Romanı Mükafatı (yap. 日本ファンタジーノベル大賞 Nihon Fantashī Noberu Taishō) — 1989-cu ildə Yomiuri Shimbun və Shimizu Cəmiyyətinin təşkilatçılığı və Shinchosha Publishing Co, Ltd. nin nəşriyyat dəstəyi ilə yaradılmış illik mükafat. Qaliblər müqavilə bağlayırlar. Bu müqaviləyə əsasən, qalib, 5 milyon ¥ əldə etməli və Shinchōsha'nın tərəfindən yayınlanmamış işini dərc etdirilmək imkanı əldə edir. Əsərin yazıçı tərəfindən nəşr olunub, olunmamasından asılı olmayaraq, müsabiqə hər kəsə açıq olmuşdur. Müsabiqə 2013-cü ildə 25 illiyində dayandırıldı. == Seçki heyəti == === Tarixi: 1–7 === Mitsuo Anno Hiroshi Aramata Hisashi Inoue Genichirō Takahashi Sumiko Yagawa === Tarixi: 8–10 === Mitsuo Anno Hiroshi Aramata Hisashi Inoue Makoto Shiina Sumiko Yagawa === Tarixi: 11–13 === Hiroshi Aramata Hisashi Inoue Makoto Shiina Kōji Suzuki Sumiko Yagawa === Tarixi: 14–22 === Hiroshi Aramata Hisashi Inoue Mari Kotani Makoto Shiina Kōji Suzuki === Tarixi: 23–25 === Hiroshi Aramata Moto Hagio Mari Kotani Makoto Shiina Kōji Suzuki == Qaliblərin siyahısı == === 1-ci il, 1989 === Böyük mükafat: Ken'ichi Sakemi tərəfindən Kōkyū Shōsetsu Üstünlük mükafatı: Izumi Yamaguchi tərəfindən Uchū no Minamoto Xüsusi mükafatlar: Hiroaki Okazaki tərəfindən Tsuki no Shizuku 100% Juice; Takao Iwamoto tərəfindən Cosmic Beetle; Tatsuhiko Takeyoshi tərəfindən Īhatōbo no Bōkenhen === 2-ci il, 1990 === Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Kōji Suzuki tərəfindən Rakuen (İngilis tərcüməsi: Paradise); Hiroaki Okazaki tərəfindən Eiyū Rafashiden Xüsusi mükafatlar: Tetsuya Murakami tərəfindən Last Magic; Ayame Hara tərəfindən Nichirin'ō Densetsu; Masakazu Katō tərəfindən Nenjutsu Kozō === 3-cü il, 1991 === Böyük mükafat: Aki Satō tərəfindən Balthasar no Henreki Üstünlük mükafatı: Gakuto Hara tərəfindən Nanka Tōkaitakushi Xüsusi mükafatlar: Rin Sawamura tərəfindən Refrain; Yasuko Kawai tərəfindən Tenmei Dōji; Riku Onda tərəfindən Rokubanmei no Sayoko === 4-cü il, 1992 === Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Yūsaku Kitano, Mukashi, Kasei no Atta Basho Xüsusi mükafatlar:Kyō Fujiwara tərəfindən Fantasia; Satoshi Utsugi tərəfindən Aoi Eriru no Hana; Komoriten tərəfindən Yasha ga Ike Densetsu Ibun; Satoko Tatsuki tərəfindən Gāda no Hoshi === 5-ci il, 1993 === Böyük mükafat: Tetsuya Satō tərəfindən Irahai Üstünlük mükafatı: Takenori Nanjō tərəfindən Shusen Xüsusi mükafatlar: Fuyumi Ono tərəfindən Tōkei Ibun; Riku Onda tərəfindən Kyūkei no Kisetsu === 6-cı il, 1994 === Böyük mükafat:Eiichi Ikegami tərəfindən Bagājimanupanasu; Minoru Ginbayashi tərəfindən Tettō Musashinosen Üstünlük mükafatı: yoxdur Xüsusi mükafatlar: Fumio Takano tərəfindən Mujika Makīna; Rin Sawamura tərəfindən Sekai no Hate ni Umarete; Min Ishidate tərəfindən Tobichi no Jimu === 7-ci il, 1995 === Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Masaya Fujita tərəfindən Funtai; Tatsushi Shimamoto tərəfindən Bus Stop no Shōsoku Xüsusi mükafatlar: Tetsuya Ueno tərəfindən Yōsorō 1983 ; Noboru Kihara tərəfindən Gakidō Sugoroku Soba Itohiki === 8-ci il, 1996 === Böyük mükafat: yoxdur Üstünlük mükafatı: Ken Hazuki tərəfindən Island; Mitsuko Kido tərəfindən Aonekoya Xüsusi mükafatlar: Mitsufumi Asagure tərəfindən Dabusuton Kaidō ; Shunichi Hashimoto tərəfindən Kaiyū Opera Fune kara no Dasshutsu ; Masayuki Yagi tərəfindən Uchū Bōeigun === 9-cu il, 1997 === Böyük mükafat: Kyōichi Imura tərəfindən Baisuboiru Book Üstünlük mükafatı: Shigeru Satō tərəfindən Kyōsō Kaiiki Xüsusi mükafatlar: Rin Sawamura tərəfindən Gonin Kazoku ; Ryōji Yokoyama tərəfindən Junkai no Senritsu ; Fumiko Hagiwara tərəfindən Nendaiki "Anoekumene Mercury" === 10-cu il, 1998 === Böyük mükafat: Yō Yamanoguchi tərəfindən Organist Üstünlük mükafatı: Rin Sawamura tərəfindən Yan no Ita Shima ; Yūichi Suzumoto tərəfindən Aoneko no Machi Xüsusi mükafatlar: Toshiro Kuwabara tərəfindən Gizō Shuki === 11-ci il, 1999 === Böyük mükafat: Haruaki Utsukibara tərəfindən Nobunaga Aruiha Taikanseru Androgynous Üstünlük mükafatı: Mori Seika tərəfindən BH85 Xüsusi mükafatlar: Tomomichi Nishiogi tərəfindən Crystal Memory ; Aoi Hitomi tərəfindən Jacob no Hashigo wo Kudari Kitaru Mono === 12-ci il, 2000 === Böyük mükafat:yoxdur Üstünlük mükafatı: Naoko Saitō tərəfindən Kasō no Kishi Xüsusi mükafatlar: Michimichi Okuno tərəfindən Namida Hime ; Yui Matsunomiya a.k.a. Hiroshi Matsumiya tərəfindən Koiwarai ; Matsui Ōhama tərəfindən Bachigaina Kōgeihin === 13-cü il, 2001 === Böyük mükafat: Chise Kasuya tərəfindən Taiyō to Shisha no Kiroku Üstünlük mükafatı: Megumi Hatakenaka tərəfindən Shabake Xüsusi mükafatlar: Jin Satō tərəfindən Undead Returners ; Osamu Koshigaya tərəfindən Apāto to Oni to Kisekae Ningyō === 14-cü il, 2002 === Böyük mükafat: Ken Nishizaki tərəfindən Short Stories a.k.a. Sekai no Hate no Niwa Üstünlük mükafatı: Ayumi Oyama tərəfindən Kai Xüsusi mükafatlar: Keiichi Izumi tərəfindən Kigeki no Naka no Kigeki: Minami no Kuni no Shakespeare ; Humika Nakajima tərəfindən Amanouzume no Yūutsu === 15-ci il, 2003 === Böyük mükafat: Tomihiko Morimi tərəfindən Taiyō no Tou / Pyrenees no Shiro a.k.a.
Yarasa (Yu Nesbö romanı)
Yarasa (norv. Flaggermusmannen) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ilk əsəridir. Başqa bir adı " Yarasanın uçuşu" adlanır. == Məzmunu == Norveç kral polis idarəsi zorlanmış, sonradan isə öldürülmüş keçmiş Norveç aktrisası İnqer Holterin təhqiqat işində Norveçi təmsil etmək üçün Harri Holeni Avstraliyaya ezam edir. Harri Avstraliyaya çatanda ilk tanış olduğu şəxs, Avstraliya aborigeni olan, Sidney polis idarəsindən ölüm işinin təhqiqatı tapşırılan və onun nominal tərəfdaşı olacaq Endryu Kensinqton olur. Holterin cəsədinin sahildə qayaya çırpılıb dağılmış şəkildə tapıldığını və bütün izlərin və sübutların yuyulduğunu Harriyə xəbər verirlər. İlk olaraq onun heyranı olan Evans Uaytdan şüpələnildi. Evans 1970-ci ildə boşanmış anası ilə Avstraliyaya imiqrant olaraq gəlib, indi isə Nimbin şəhərində narkotik alveri ilə məşğul olur. Harri Evans ilə tanış olan kimi onun cinayətdə əlinin olduğuna əmin olur. Harri və Endryu əvvəllər İnqer Holterin barmen işlədiyi paba baş çəkirlər.
Şimal və cənub (Qaskell romanı)
Şimal Və Cənub ( North and South ) - Məşhur ingilis yazıçı Elizabet Qaskell tərəfindən qələmə alınmış roman. 'Şimal Və Cənub' əsəri, ilk dəfə 1854-cü ildə, Household Words adlı ədəbiyyat jurnalında hissə-hissə olaraq yayımlanmışdır. Müəllif, romanı 22 hissə olaraq yazmağı planlasa da, nəşriyyatın həftəlik tələbindən dolayı, sadəcə 20-ci hissədə yekunlaşdırmağa məcbur qalmışdır. Mrs. Qaskellin istəyindən fərqli olaraq, vaxt məhdudiyyəti səbəbilə, əsərdə hadisələr ixtisarla və tezləşdirilərək nəql edilmişdir. Daha sonra, məşhur yazıçı Çarlz Dikkens, müəllifin də icazəsi ilə əsər üzərində bəzi düzəlişlər etmiş və 1855-ci ildə, şəxsi nəşriyyatında iki cild olaraq yayımlatmışdır. Kitabın ön səhifəsində bu düzəlişlə bağlı açıqlama verilib. Roman, bəzi hissələrin əlavə olunub, redekte edilməsilə daha normal bir axara qovuşsa da, buna baxmayaraq, hələ də kitabda bu tələsgənliyin izlərini görmək mümkündür. Belə ki, müəllif, daha təfərruatlı bir final yazmağı qərarlaşdırdığı üçün, əvvəlki hissələrdə mövzular uzadılıb. Lakin məhz bitiş hissəsində ani bir kəsilməni müşahidə etmək olur.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Somali bayrağı
Somali bayrağı — Somalinin Dövlət bayrağı
Somali cərəyanı
Somali cərəyanı — Hind Okeanın qərbində Somali və Oman sahillərində hərəkət edən və Atlantik okeanındakı Qolfstrim cərəyanına bənzəyən soyuq okean cərəyanıdır. == Xarakteristikası == Somali cərəyanına mussonlar tərəfindən çox təsir göstərilir və okeanın qərb sərhəddində baş verən yeganə böyük yüksəliş sistemidir. Axım tərəfindən yüksəldilən su başqa bir yüksəlmə sistemi ilə birləşir və okeanda ən məhsuldar ekosistemlərdən birini yaradır.Somali cərəyanı cənub-qərb musson və şimal-şərq mussonları təsirlənən mövsümi dəyişikliklər ilə xarakterizə olunur. İyun-sentyabr aylarında isti cənub-qərb mussonları sahil sularını şimal-şərqə doğru hərəkət etdirərək, sahil sularını yüksəldir. Yüksəlmiş su Ekman nəqliyyatı ilə dənizdən keçirilir və açıq dənizdəki yuxarıya doğru səthə gətirilən su ilə birləşir. Dar aşağı səviyyəli olan Findlater atmosfer hava axını, həmçinin, cənub-qərbi musson dövründə inkişaf edir və Somali ve Oman sahillərinə paralel olaraq Hind okeanı boyunca diaqonal zərbələrə səbəb olur. Nəticədə, küləyin sağında Ekman nəqliyyatı yaradılır. Hava axınının mərkəzində su nəqli maksimaldır, sağa və sola doğru azalır. Hava axınının solunda mərkəzə doğru axına nəzərən daha az su hərəkəti var, üst qatda divergensiya yaranır və yüksəliş hadisəsinə baş verir. Bu sahil yüksəlişi ilə açıq okean yüksəlişinin birləşməsi böyük bir yüksəlişə səbəb olur.
Somali dili
Somali dili (somali Afsoomaali; ərəb. الصومالية‎) Afro-Asiya dillərinin şərqi kuş qrupuna aid olan dildir.Onun yaxın qohumları Afar və Oromo dilləridir.Somali dili,1900 tarixindən əvvəl başlayan akademik tədqiqatları ilə,Kuşit dillərinin ən yaxşı sənədləşdirilmişidir. Somalini idarə olunma forması RESPUBLİKA,inzibati ərazi quruluşu FEDERATİVDİR. == Coğrafi paylanması == Somali dili Somali, Cibuti, Efiopiya, Yəmən və Keniya da etnik Somalilər və Somali diasporu tərəfindən danışılır.
Somali plitəsi
Somali plitəsi — tektonik plitə. Sahəsi — 0,01585 steradian. adədən Afrika plitəsinin tərkib hissəsi olaraq göstərilir. Somali plitəsi afrika plitəsinin şərqində, Böyük Rift Dərəsi boyunca yerləşir. Böyük Rift Dərəsi qarşı tərəfində yerləşən sahəsi isə bəzən Nubiya plitəsi adlandırılır. Bu iki plitə hər zaman Afrioka plitəsinin bir parçası hesab edilir. Somali plitəsi qərbdə Böyük Rift dərəsi, araf novu, şimalda Ədən silsiləsi, şərqdə Mərkəzi Hind silsiləsi, cənubda isə Qərbi-Hind silsiləsi ilə əhatələnir. İl ərzində şərqə 45 mm hərəkət edir. Sərhəd olduğu plitələr: Afrika, Antarktika, Hind-Avstraliya, Ərəbistan.
Somali qaratoyuğu
Somali qaratoyuğu (lat. Turdus ludoviciae) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü. == Mənbə == == Xarici keçidlər == BirdLife Species Factsheet.
Azərbaycan–Somali münasibətləri
Azərbaycan–Somali münasibətləri — Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulmuşdur. == Deputat Qənirə Paşayeva Somalidə == Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.
Almalı
Yaşayış məntəqələri AzərbaycandaAlmalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd.ErmənistandaAlmalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd.
Elmalı
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Komanlı
Komanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Yaşayış məntəqəsi türk mənşəli koman/kuman tayfalarının Azərbaycanda məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2831 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.
Qocalı
Qocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. == Toponimikası == Qocalı oyk. Kürdəmir r-nunun eyniadll i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yaşayış məntəqəsini qocalı nəslinə mənsub ailələr salmşlar. Kənddə yaşayan nasillərdən biri indi də qocalı adlanır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Romans
Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kamera–vokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes. == Tarixçə == Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından başlayaraq bu janra meyl azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində gəncdir. Onun ilk nümunələrini milli musiqidə Üzeyir Hacıbəyov və Asəf Zeynallı yaradıb. == Növləri == Ballada (provans. ballada – rəqs etmək) ilkin mənada rəqslə müşayiət olunan provansal mahnısı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər. XIX əsrdən vokal və instrumental musiqi pyesi. Elegiya (yun.
Dactylorhiza romana subsp. romana
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Somali Federativ Respublikası
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Somali dəniz quldurları
Somali dəniz quldurları — Somalidə müasir silah və gəmilərə sahib quldurlar. == Ümumi məlumat == Somali dəniz quldurlarına qarşı uzun müddət mübarizə ya aparılmadı, ya da onlara qarşı aparılan mübarizə bu piratların qanunsuz hərəkətlərini sona çatdırmaq üçün kifayət etmədi. Onların gəmiləri ələ keçirmək qaydası isə olduqca bəsit formada təşkil olunurdu. Belə ki, kiçik qayıqlara minən 10-15 nəfərdən ibarət quldur dəstələr Somali sahillərinə yaxın üzən bir gəmiyə (daha çox yük gəmilərinə üstünlük verirdilər) yaxınlaşır, əvvəlcə bir neçə əl havaya atəş açırdılar. Gəmi onların bu atəşinə cavab olaraq dayanmalı idi, əgər dayanmırdısa, bu zaman quldurlar daha ağır silahlarla birabaşa gəmiyə atəş açırdılar və kiçik qayıqlarını gəmiyə yaxınlaşdıraraq filmlərdə də gördüyümüz kimi ona ip ataraq bu yolla gəmiyə doluşurdular. Bundan sonrakı mərhələdə gəmi kapitanı və gəminin digər bütün şəxsi heyəti sərnişinlərlə birlikdə əsir götürülürdü və gəmi Somalinin sahillərində gizli yerlərdən birinə sürülüb aparılır və orada həftələrlə bəzən aylarla saxlanılırdı. Daha sonra isə gəminin aid olduğu şirkətdən, habelə gəmidə yaxın qohumları olan zəngin insanlardan yüksək miqdarda pul tələb olunurdu. Əslində baş verənlərdən Somali hakimiyyət orqanlarının da sözsüz ki, xəbəri var idi, lakin onlar belə bu dəniz quldurlarına qarşı lazımı şəkildə mübarizə aparmaq üçün ölkədəki anarxiyanı bəhanə edərək qeyri-dəqiqlik nümayiş etdirirdilər, çünki böyük ehtimalla dəniz quldurları gəmilərin və sərnişinlərin geri qaytarılması zamanı əldə etdikləri yüksək məbləğdə pulların bir hissəsini rüşvət qismində hakimiyyət orqanlarına verirdilər və bununla da rahat qanunsuz fəaliyyətlərini həyata keçirmək şans əldə etmiş olurdular. Bəzi versiyalara görə isə, Somali dəniz quldurları mədəni cəhətdən olduqca geri qalmış insanlar idi və onların çox böyük hissəsi nəinki ingiliscə bilir, heç bu barədə anlayışları da yox idi. Meydana çıxan sual isə, bəs onların təhvil-təslim zamanı milyon dollarlarla pul əldə etməsi üçün tələb olunan xarici dil tələbatını kim təmin edirdi?
Somali prezidentlərinin siyahısı
Somalinin dövlət başçılarının siyahısı
Somali vətəndaş müharibəsi
Somalidə vətəndaş müharibəsi (1988-ci ildən) — Məhəmməd Siad Barre rejiminə qarşı bir mübarizə ilə başlayan və dövlətin çökməsinə və klanlararası müharibəyə səbəb olan çoxtərəfli silahlı qarşıdurma. Eyni zamanda, ABŞ ordusu və BMT sülhməramlıları da münaqişəyə qarışdı. 2006-cı ildən bəri, mərkəzi Somali hökuməti ilə İslam Məhkəmələri Birliyindən olan islamçılar arasında vətəndaş müharibəsi başladı. İslam məhkəmələrinin güclənməsi və hökumət qüvvələrinin məğlubiyyəti Efiopiyanı qonşu ölkəyə qoşun yeritməyə məcbur etdi. Efiopiya ordusunun Somaliyə hücumundan sonra islamçılar devrildi və bundan sonra münaqişə partizan müharibəsinə çevrildi. 2011–2012-ci illərdə Keniyanın təşəbbüsü ilə AMISOM sülhməramlı kontingentinin qüvvələri (Efiopiya ordusunun dəstəyi ilə) İslamçılara qarşı kifayət qədər uğurlu əməliyyat həyata keçirdi.
Somali–Türkiyə münasibətləri
Türkiyə—Somali münasibətləri — Türkiyə ilə Somali arasındakı ikitərəfli əlaqələr. XX əsrdə rəsmi olaraq qurulmuşdur. == Tarixi == Osmanlı İmperiyasının müasir Somali ərazisindəki və Afrika buynuzunun digər ölkələrindəki diplomatik fəaliyyəti orta əsrlərə və Adal Sultanlığı ilə əlaqələrə təsadüf edir. 1991-ci ildə Somali vətəndaş müharibəsi başlayana qədər Türkiyənin Moqadişoda səfirliyi var idi. Daha sonra təhlükəsizlik səbəbi ilə bağlanıldı. 2011-ci ildə quraqlıq dövründə Türkiyə Somaliyə humanitar yardım göstərmək üçün 201 milyon dollardan çox vəsait ayırmışdı. 2011-ci ilin ortalarında Moqadişoda təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq bir yaxşılaşmadan sonra Türkiyə, ölkədə vətəndaş sülhünü təmin etmək məqsədi ilə diplomatik nümayəndəliyini yenidən açdı. Türkiyə səfirliyi, vətəndaş müharibəsindən sonra Somalidə fəaliyyətini bərpa edən ilk xarici missiyalardan biri idi. Bundan əlavə, Türk Hava Yolları, XXI əsrdə Moqadişoya planlı uçuşlar quran ilk beynəlxalq ticarət hava yolu şirkəti oldu. 2012-ci ilin mart ayından etibarən Moqadişo ilə İstanbul arasında həftəlik iki uçuş var.
Somali–Türkmənistan münasibətləri
Somali–Türkmənistan münasibətləri — Somali-Türkmən münasibətləri, Somali ilə Türkmənistan arasında ikitərəfli diplomatik münasibətlər. Somali, Ankaradakı səfirliyi vasitəsilə Türkmənistandakı maraqlarını təmsil edir. == Tarixi == Somali Federal Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 4 noyabr 2019-cu il tarixində bir protokol imzalayaraq qurulmuşdur. Xarici İşlər Nazirliyi və Türkmənistan Məclisi 18 fevral 2020-ci il tarixində Somali Federal Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Ankarada) Jama Abdullahi Məhəmməd ilə görüşlər keçirdi. Elə həmin gün yeni səfir etimadnaməsini Mezhdlisin sədri Gülşat Məmmədovaya təqdim etdi. Görüşün əvvəlində diplomatı təyin olunması münasibətilə təbrik etdi və ona Türkmənistan ilə Somali arasında əməkdaşlığın möhkəmləndirilməsində uğurlar arzuladı. Etimadnaməsinin surətlərini təqdim edən səfir, yüksək diplomatik vəzifəyə təyin olunması münasibətilə təbriklərinə və Somali xalqına ən xoş arzularına görə Türkmənistan tərəfinə təşəkkür etdi. Səmimi qarşılamadan sonra tərəflər Türkmənistan və Somali arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq qurmaqda maraqlı olduqlarını bildirdilər. Yüksək səviyyəli səfərlərin, eləcə də iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib. Diplomatlar, xüsusilə BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın müsbət təcrübəsini vurğuladılar.
ABŞ-ın Somali səfirliyi
ABŞ-nin Somali səfirliyi — ABŞ-nin Somalidə yerləşən əsas diplomatik nümayəndəliyidir. == Tarixi == 1991-ci ildə Somalidə gedən vətəndaş müharibəsi səbəbindən səfirlik fəaliyyətini dayandırmışdır. Yalnız 24 il sonra - 2015-ci ildə fəaliyyətini bərpa etmişdir. Yeni səfir Katherine Simonds Dhanani seçilmişdir.
Tomarlı
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır. == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
Xocalı
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra, Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçir. == Haqqında == 1991-cı il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991–1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi (01.01.2010). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Ramadi
Ramadi (ərəb. ٱلرَّمَادِي‎) — İraqın Anbar mühafəzasında yerləşən ən böyük şəhər. Paytaxt Bağdaddan təqribən 110 km qərbdə yerləşir. Şəhər 1879-cu ildə Osmanlı İmperiyası tərəfindən yaradılıb və 2011-ci ildə şəhərin əhalisi 375000 nəfər idi. == Tarixi == 2015-ci il mayın 18-də İŞİD İraqın hökumət qüvvələri şəhər uğrunda aylarla çəkən döyüşlərdən sonra, şəhəri ələ keçirib. İŞİD qruplaşmasının nəzarətinə keçən şəhər xarabazara çevrilib, binaların böyük əksəriyyəti dağıdılıb. Hökumət qoşunlarının hücumlarının qarşısını almağa cəhd göstərən yaraqlılar Ramadidə bütün körpüləri partladıblar. 2015-ci ilin dekabr ayında İraqın hökumət qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları ilə Ramadi şəhərini İŞİD adlandıran qruplaşmadan azad edib.
Rogalin
Rogalin (pol. Rogalin) [roˈgalin]) — Polşanın Mosina qminasında yerləşən kənd. Poznan şəhərndən 20 km. cənubunda, Varta çayının ətrafında yerləşir. Əhalisi 770 nəfərdir. == Tarix == Kəndin ilk qeyd olunması XIII əsrə təsadüf eləyir. XVIII ərdə isə kənd, Velikopolşanın general gözətçisi, marşal Kazimir Raçinskinin mülkiyyətinə daxil edilir. == Baxımlı yerlər == Barokko üslubda klassik saray, park XVIII əsr Müqəddəs Marcelin kostyolu Rogalin qalereyası == Tanınmış sakinlər == pl:Krzysztof Arciszewski (1592—1656) - polşa şlyaxtiçi, holland generelı və Reç Pospoltanın artileriyasının generalı.
Romadzi
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. == Romanizasiyalar arsında fərqlər == Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Domari
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır.Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur. Domari nəsli kəsilməkdə olan bir dildir, çünki hazırda gənc nəsillərdə ondan uzaqlaşmaq üçün təzyiq var.
Almalı (Antalya)
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Ayqestan adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Ballıca Xocalı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur.
Başkənd (Xocalı)
Başkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun Kosalar inzibati ərazi vahidində kənd. Ballıca çayının sahilində, Mıxtökən dağının ətəyindədir.