Rotatorilər
Rotatorilər (lat. Rotifera və ya lat. Rotatoria) — 1500-ə qədər növü olub, əksəriyyəti şirin sularda, bir qismi isə dənizlərdə yaşayır. Bədən ölçüləri 0.04-2.5 mm-ə qədərdir.
Rotatorilər qabarıq, yumurtaşəkilli və ya iyşəkilli bədən formasına malikdir. Plankton formaların bədən örtüyü üzərində müxtəlif çıxıntılar vardır.Bəzi rotatorilərin örtüyü həlməşikşəkilli maddədən ibarətdir. Bu canlıların əksəriyyəti sərbəst hərəkətlidir, bəziləri isə oturaq həyat tərzi keçirir.
Rotatorilərin bədəni baş, gövdə, quyruq şöbə və ya ayaqdan ibarətdir. Ağız dəliyi baş şöbənin qarın hissəsində yerləşir. Ağızın önündə və arxa tərəfində iki kirpik həlqəsi yerləşir.