Фразеологический словарь азербайджанского языка

Всего статей – 6867, статей на «N» – 124
A B C Ç D E Ə F G H X İ K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
NA NI NO NU
 

NADİRİ TAXTDA GÖRÜB, SÜLEYMANI QUNDAQDA

dünyagörmüş, yaşı çox olan, uzunömürlü, qoca adam haqqında yumorla işlədilən ifadə; ~ Şah Abbası tax
подробнее

NAFTALİN İYİ VERMƏK

köhnəlmək, vaxtı keçmək.

NAFTALİNƏ QOYMAQ

köhnəltmək, işlətməmək, istifadə etməmək.

NAĞDI QOYUB NİSYƏ DALINCA GETMƏK (DÜŞMƏK)

asan işi qoyub ağır işdən yapışmaq, özünü ikiqat əziyyətə salmaq; ~ nağdı nisyəyə satmaq.

NAĞDI NİSYƏYƏ SATMAQ

bax: nağdı qoyub nisyə dalınca getmək (düşmək).

NAĞIL DANIŞMAQ

uydurma və əsassız söhbətlər etmək.

NAXƏLƏF ÇIXMAQ

nankor, nanəcib olmaq, etibarsız olmaq; ~ yaxşılığı itirmək, çörəyi itirmək, çörəyi dizinin üstündə
подробнее

NAXIŞI GƏTİRMƏK (TUTMAQ)

işi uğurlu olmaq, şanslı olmaq; ~ bəxti gətirmək.

NAKAM QOYMAQ

bədbəxt etmək, kama yetməyə qoymamaq; ~ arzusunu ürəyində qoymaq.

NALA-MIXA VURMAQ

qəti fikir söyləməmək, tərəddüd etmək, dəqiq mövqe bildirməmək; ~ altdan-üstdən danışmaq.

NALƏ ÇƏKMƏK

fəryad etmək, inləmək, ucadan ağlamaq; ~ şivən qoparmaq (salmaq).

NALI ODA QOYMAQ

son dərəcə narahat etmək; ~ içinə od salmaq.

NAMUSA BOĞULMAQ

ədalətsizliyə dözməmək, ləyaqətsizliyi qəbul etməmək, qeyrət və şərəfini qorumaq üçün hərəkətə keçmə
подробнее

NAMUSU YEYİB, ARI BELİNƏ BAĞLAYIB (ŞƏLLƏYİB)

abır-həya gözləməmək, mənliyini qorumamaq; ~ qeyrətini itirmək.

NAMUSUNA QISILMAQ

öz heysiyyətini, qeyrətini, mənliyini, şərəfini qorumaq üçün susmaq; ~ abır gözləmək, abır-həya saxl
подробнее

NAMUSUNU İTİRMƏK

şərəfini, mənliyini, şəxsi ləyaqət hissini itirmək; ~ abrını çölə atmaq, abrını itə atmaq.

NAMUSUNU SATMAQ

bax: qeyrətini itirmək.

NAR GÜLÜNDƏN İNCİ ÇIXMAQ

çox çətin bir işdən, sınaqdan uğurla keçmək, niyyəti gerçəkləşmək, arzulandığı kimi nəticələnmək.

NARAZI SALMAQ

incitmək, küsdürmək; ~ xətrinə dəymək.

NAZ SATMAQ

əzilib-büzülmək, nəm-nüm eləmək; ~ özünü çəkmək (dartmaq), özünü naza qoymaq.