Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quraq iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Quraqlıq (1971)
Quraqlıq (film, 1971)
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Göy qulaq
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. == Yaradılma səbəbi == 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
Nival qurşaq
Orta qulaq
Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır. Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır.
Qucaq (Qürvə)
Qucaq (fars. قوجاق‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 440 nəfər yaşayır (100 ailə). Əhalisini kürdlər təşkil edir.
Qucaq rəqsi
Qucaq rəqsi, Lap rəqsi, Kontakt rəqsi və yaxud Təmas rəqsi — bəzi gecə klublarında və striptiz klublarında təklif olunan erotik rəqsin bir növüdür. Bu cür rəqs növündə rəqqasə adətən oturmuş müştəri ilə bədən təması yaradır. Qucaq rəqsi masa rəqsindən fərqlidir. Qucaq rəqsində rəqqas hüquq qayda-qanunlarından və klubun müştəri siyasətindən asılı olaraq çılpaq, yarıçılpaq və ya az geyinmiş formada müştərilərə xidmət göstərir.
Qulaq (SSRİ)
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Qulaq (dəqiqləşdirmə)
Qulaq — eşitmə orqanı. QULAQ — Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. Qulaq (film, 1985) — film. Qulaq (İran) — İranda yaşayış məntəqəsi. Qulaq falı — Azərbaycanlıların bayram dəblərindən. Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz.
Qulaq falı
Qulaq falı və ya Açar falı, Azərbaycanlıların bayram ənənələrindəndir. Xalq arasında belə dəb var ki, ilaxır çərşənbədə qulaq falı və ya açar falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək. Açar falında isə hər kəs niyyət edib bir açar ya sancaqı ayaqının altına qoyur, bəzilər isə yaxalarına iynə taxır dörd yolun ayrımında və ya qapı dalında pusquda durur danışılan sözlərə qulaq yatırdır və eşitdiyi sözləri ürəyində olan arzu və niyyətlərinə görə yozur. Ümum xalqın bu dəbdən xəbərləri olduğu üçün, hər kəs çalışır danışdıqları sözlər xoş və sevindirici olsun. Xoyda nəşr olan Əvrin həftəlik dərgisi.
Qulaq pərdəsi
Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür.
Qurcaq (Miyanə)
Qurcaq (fars. قورجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (47 ailə).
Quruq (Xoy)
Quruq (fars. قوروق‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qıraq Kəsəmən
Qıraq Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Kürün sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti, kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət, eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və böyük alim), Hüseyn Hacıyev (II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş edən qədim kənddir. Ağalar bəy Qaçaq Kərəm (1860–1910) – Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. Molla Zalın nəvəsi, Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. İsrafil ağa Kərbəlayev (1866–1917) – XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. Balasöyün – XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur. Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası). Hüseyn Arif (1924–1992) – Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
Qıraq Müşlan
Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Qıraq Muşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Muşlan kəndindən ayrılmiş (qirağa çixmiş) ailələr saldiğına görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əfrayıl Hüseynov — polkovnik-leytenant.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Quram Kaşia
Quram Kaşia (gürc. გურამ კაშია; 4 iyul 1987[…], Tbilisi) — Gürcüstanın "Slovan Bratislava" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu. Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub. Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır. 2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır. 2011–2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.
Quram Marxuliya
Quram Marxuliya (gürc. გურამ მარკჰულია; 1972, Suxumi) — Tarix elmləri doktoru, professor, AMEA–nın fəxri doktoru. Quram Rajdenoviç Marxuliya 1972-ci il Gürcüstan SSR–in tərkibinə daxil olan Abxaziya MSSR–də, Suxumi şəhərində anadan olmuşdur. Tarix elmləri doktoru, professordur. 1995–2007-ci ildə Ekvtime Takaişvili adına umumi Gürcüstan Tarix Cəmiyyətinin Gənclər təşkilatının sədri olmuşdur. 2003-cü ildə Suxumi Dovlət Universitetinin şöbə müdiri olmuşdur. 2007-ci ildə "İberiya" Universiteti nəzdində Strateji Araşdırmalar İnstitutunun direktoru olmuşdur. Hal-hazırda "Hüquq və Politologiya" jurnalının redaktor müavini, "Macne" Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru və "Кавказ и мир" beynəlxalq jurnalının baş redaktorudur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix Institutunun fəxri doktorudur.
Quram Tikanadze
Quram Tikanadze (12 sentyabr 1932, Kviriketi[d], Ozurgeti bələdiyyəsi – 27 avqust 1963, Şhara dağı) — gürcü sovet fotoqrafı və alpinisti. 7-ci sinifdən bəri fotoqrafiyaya maraq salmışdı. 1959-cu ildən "Bayraq" (დროშის) jurnalında korrespondent işləməyə başlamışdı. 1962-ci ildən isə Tbilisi Fotojurnalist Həmkarlar İttifaqının sədri vəzifəsini icra etməyə başlamışdır. Onun işləri əsasən poetik janrdadır. Fotoları Almaniya, Çexoslovakiya və Polşada çap olunmuş, beynəlxalq sərgilərdə göstərilmişdir. 1963-cü ildə Kabardin-Balkariya sərhəddindəki Şxara zirvəsində faciəvi şəkildə vəfat etmişdir. Ölümündən sonra Murman Lebanidze ona rekviyem şeir yazmış, Qafqazın zirvələrindən biri onun şərəfinə adlandırılmışdır. Yaxın dostu yazar Quram Rçeuşvili də gənc vaşında vəfat etmişdi.
Qurax rayonu
Qürah rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Rayonun sahəsi 740 km², inzibati mərkəzi Qürah kəndidir. Rayonun əhalisi 15.139 nəfərdir (2015-ci il).
Quraç (Baltas)
Quraç (rus. Курачево, başq. Ҡурас) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 226 nəfərdir. Kənd, rayon mərkəzindən 33 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 98 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (97%) üstünlük təşkil edir. Mixail Murzin — teatr tərtibatçısı, dizayner, SSRİ Rəssamlar İttifaqının Volqoqrad filialının üzvü.
Qırıq qulaq
Qırıq qulaq - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 6-cı hissəsidir.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.
Gurab Zərmix
Gurab Zərmix — İranın Gilan ostanında yerləşən şəhər.
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Qabaq bulaq (Şot)
Qabaq bulaq (fars. قاباخ بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.