rusca-ərəbcə

rusca-ərəbcə
rusca-azərbaycanca
rusca-farsca
OBASTAN VİKİ
Ərəbcə
Ərəb dili (ərəb. اللغة العربية‎, ərəb. عربي‎) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq). Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur.
Rusca
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Ərəbcə Vikipediya
Ərəbcə Vikipediya — Vikipediyanın ərəb dilində olan bölməsidir. 2008-ci ilin aprelin 2-də bu bölmədən Masricə Vikipediya (Ərəb dilin Misirdə danışılan dialekt) ayrıldı və öz müxtəlif Vikipediya bölməsini yaradıb. Bu günədək 1.236.159 məqalə yaradılıb. sentyabr 2001 — 1-ci məqalə 10 000 məqalə — (azərb.
Arianna Rusca
Arianna Rusca (8 yanvar 1981) — İtaliyanı təmsil edən bədii gimnast. Arianna Rusca İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Rusca Vikipediya
Rusca Vikipediya (rus. Русская Википедия) — Vikipediyanın rus dilində olan bölməsidir. 11 ölkədə: Rusiyada, Ukraynada, Belarusda, Qazaxıstanda, Moldovada, Ermənistanda, Özbəkistanda, Azərbaycanda, Qırğızıstanda, Tacikistanda və Türkmənistanda digər dilli Vikipediyanın bölmələri arasında ziyarət sayına görə birincidir. Dünyada isə Fransızca Vikipediya ilə 5–6 yerləri bölür. 11 may 2001 — russian.wikipedia.com domendə RuVikinin anonsu 30 dekabr 2004–10 000 məqalə. 31 dekabr 2005–50 000 məqalə. 2006 16 avqust — 100 000 məqalə. 29 noyabr — "Elm və Təhsil" nominasiyasında "Runet 2006 mükafatı". 2007 4 sentyabr — 200 000 məqalə. 27 – 28 oktyabr — Peterburqda birinci Viki-konfrans.