RÜKU

ayaq üstündə edilən təzimdir. Namazın rüknlərindən biridir (Quran, 2: 43). Qiyamdan sonra icra edilir. Rükuda əllər diz qapaqlarının üstünü qoyulmalı, bədən düz vəziyyətdə olmalıdır. İslamda rüku yalnız Allaha edilir.
RÜKN
RÜŞVƏT
OBASTAN VİKİ
Rükunəddin Baybars
I Baybars (19 iyul 1223, Krım – 1 iyul 1277, Dəməşq, Məmlük dövləti) — Məmlük sultanı. == Həyatı == Onun həyatı Azərbaycanda möhtəşəm Eldənizlər dövlətini quraraq İraqı və İranın böyük hissəsini öz hakimiyyəti altında irləşdirən böyük türk sultanı Atabəy Şəmsəddin Eldənizin ömür yolunu xatırladır. Şəmsəddin Eldəniz də bir vaxtlar türk dünyasının ana yurdu olan və Qara dənizdən Çin səddinə kimi uzanan Dəşti Qıpçaq çöllərində anadan oldu. Sonra əsir alınaraq İraqa aparıldı və adi qulamdan dövlət rəhbəri vəzifəsinə kimi şərəfli bir yol keçdi. Baybars da onun kimi tale yaşadı və Eldənizdən daha irəli gedərək ortaq türk tarixində şərəfli bir iz buraxdı. Onun haqqında çox yazıblar, yəqin ki, hələ uzun illər də yazacaqlar. Alparslan və Səlahəddin Əyyubidən sonra onun adı islam aləmində ən cəsarətli komandan və dövlət xadimi kimi çəkilir. O, həmin dövrdə çoxlarının bacarmadığı, hətta yuxusunda belə görə bilmədiyi bir vəzifənin öhdəsindən qəhrəmanlıqla gələrək, məğlubedilməz sayılan monqol ordusuna güclü zərbə vurdu və onlara məğlubiyyətin ilk acısını daddırdı. Halbuki onadək monqollara ağır zərbələr vura biləcək bir sərkərdənin olmasına heç kim inanmırdı. Amma o, bu böyük qələbəni qazana və adını dünyanın məşhur sərkərdələri sırasına yazdıra bildi.

Digər lüğətlərdə