rütubətsevən

rütubətsevən
rütubətsaxlayan
rütubətsevər
OBASTAN VİKİ
Rütubətsevən bağacıq
Rütubətsevən bağacıq (lat. Eurygaster testudinarius) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu bağacığın başı kiçik olub, geniş və dairəvidir. Dilçəyi başın skul lövhəsinin təpəsindən kənara çıxır və onun zirvəsi təpə kənarından aşağıda yerləşir ki, ona böyürdən baxdıqda qabaq tərəfdən bir xətt təşkil etmir. Dilçəyin alt tərəfindəntəpəsinə yaxın enli bir çüxurluq vardır. Bel qabağının yan bucaqları bir qədər uzanır və qanad üstlüyünün əsasından bir az kənara çıxır. Digər bağacıq növlərinə nisbətən bədəni kiçikdir. Uzunuğu 8-10,5 mm.-dir. == Yayılması == Azərbaycanda bu növ ümumiyyətlə dağətəyi və dağlıq rayonlarda yayılmışdır. Bu növ Lənkəran zonasının dağətəyi rayonlarında (burada illik orta rütubət çoxdur) miqdarca daha çoxdur.