RƏCƏB

İslamın ilk əsrlərindən etibarən rəyi daha çox İraq məktəbinin ilahiyyatçıları tətbiq edirdilər. Bu məktəb Kufədə yerləşmişdir. Hicaz məktəbinin ilahiyyatçıları isə iraqlıların metodlarına qarşı çıxmışdırlar. İraq məktəbinin yaradıcısı Məhəmməd peyğəmbərin tanınmış səhabəsi Abdullah ibn Məsud sayılır. Xəlifə Əli ibn Əbu Talib Kufəni paytaxt elan etdikdən sonra bu şəhər Xilafətin böyük mədəniyyət mərkəzinə çevrilmişdir. Əməvilər hakimiyyətə gəldikdən sonra paytaxt Dəməşqə köçürülmüşdür. Kufənin əhəmiyyətinin azalmasına baxmayaraq İraq hüquq məktəbi yenə də fəaliyyət göstərmişdir. Müsəlman dünyasının bir çox böyük fəqihləri bu məktəbin ardıcılları olmuşdurlar. Onlar arasında Əbu Hənifə və onun müəllimi Həmmad ibn Əbu Süleyman olmuşdur. Onlar bir çox hədislərə şübhə ilə yanaşdığından rəyə üstünlük vermişdilər. Bu da onların bir çox hədislərin zəif olduğunu yaxşı bildiklərindən irəli gəlirdi. Buna görə qiyas və istihsan kimi başqa ictihad metodlarını bəzi hədislərdən üstün tuturdular. Sonralar isə rəyi Hicaz və başqa müsəlman məktəbləri tətbiq etmiş və bu gün də etməkdədirlər.
RƏCƏB
RƏCM
OBASTAN VİKİ
Rəcəb
Rəcəb – Hicri təqviminin 7-ci ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisi və haram aylardan biridir. Aşağıdakı ayələr rəcəb ayı haqqındadır: Tövbə surəsi 36–37-ci surələr; Rəcəbin 1-i İmam Baqirin döğum günü. Rəcəbin 3-ü İmam Hadinin vəfatı. Rəcəbin 5-i İmam Hadinin doğum günü. Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür. Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü. Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü. Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl). Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti – Məkkədən Həbəşistana getmələri baş vermişdir.
Rəcəb Aktuğ
Rəcəb Aktuğ (13 may 1954, İzmir – 14 yanvar 2020, İstanbul) — Türkiyə aktyoru və müğənnisi. 13 may 1954-cü ildə İzmirdə doğulub. Rəcəb Aktuğ 14 yanvar 2020-ci ildə İstanbulda 65 yaşında dünyasını dəyişib. 15 yanvar 2020-ci ildə Zəncirliquyu qəbiristanlığında dəfn edilib. Qızı Zeynəb Aktuğdur. Rəcəb Aktuğ Türkiyənin bir çox məşhur seriallarında əsas rol ifaçılarından biri kimi çıxış edib. Aktyora ən çox məşhurluq qazandıran "Kurtlar Vadisi Pusu" serialında Ender bəy və "Aşk-Memnu" serialında Hilmi bəy obrazı olub.
Rəcəb Baxırcı
Rəcəb Hüseynov
Rəcəb Nazim oğlu Hüseynov (3 yanvar 1994; Aşağı Quşçu, Tovuz rayonu — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəcəb Hüseynov 1994-cı il yanvarin 3-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Bayramov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. Rəcəb Hüseynov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəcəb Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rəcəb Hüseynov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəcəb Musayev
Rəcəb Musayev — azərbaycanlı müğənni, aparıcı 1975-ci il 25 may tarixində anadan olmuşdur. Əslən Yardımlı rayonundan olan sənətçi orta təhsilini Bakı şəhərində yerləşən 88 saylı məktəbdə başa vurmuşdur. İlk ali təhsilini Türkiyənin Anadolu Universitetində almışdır. İkinci təhsilində isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmuşdur. 2004 və 2005-ci illərdə SOY şirkətinin rəhbərliyi ilə ATV kanalında yayımlanan "Yeni Ulduz-2" musiqi müsabiqəsinin qalibi olmuşdur. Daha sonra AzTv kanalında yayımlanan əsgərlər üçün hazırlanan "Əsgər anı" adlı yumoristik verilişin həm aparıcılarından həm də aktyorlarından biri olmuşdur. 2011-cu il yanvarın 8-də axşam saatlarında Sabunçu rayonu ərazisində yol qəzası törətmişdir. Qəzadan sonra onu 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırsalar da, yolda dünyasını dəyişib. Sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan "Tanrım" mahnısının ifaçısıdır.İlk və son klipini də məhz bu mahnı üçün çəkdirmişdir.
Rəcəb Məmmədov
Rəcəb Məmmədov (əsgər, 1995) — əsgər, Vətən müharibəsinin şəhidi. Rəcəb Məmmədov (əsgər, 1996) — əsgər, Vətən müharibəsi şəhidi.
İhrək Rəcəb
İhrək Rəcəb (1680, İxrək[d], Dağıstan MSSR – 1760) — XVIII əsr rutul əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olub. O, İhrək təxəlüssü ilə əsasən sevgi şeirləri yazıbdır. İhrək Rəcəbin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun adının Rəcəb olduğu və Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olduğu məlumdur. Buna görə İhrək sözünü özünə təxəssül götürübdür. Onun XVIII əsrdə Səfəvilər Dövləti, Əfşar imperiyası və Quba xanlığı dövründə yazıb yaratdığı məlumdur. İhrək Rəcəbin yaradıcılığında aparıcı yeri məhəbbət lirikası tutur. Bu lirikanın fərqləndirici xüsusiyyəti onun Huri adlı qıza həsr olunmasıdır. Xalq rəvayətlərinə görə, şair Şinaz kəndindən olan Huri adlı qızı sevirmiş.
Rəcəb Məmmədov (dəqiqləşdirmə)
Rəcəb Məmmədov (əsgər, 1995) — əsgər, Vətən müharibəsinin şəhidi. Rəcəb Məmmədov (əsgər, 1996) — əsgər, Vətən müharibəsi şəhidi.
Rəcəb Məmmədov (əsgər)
Rəcəb Xalid oglu Məmmədov — Azərbaycanlı şəhid. Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995-ci ildə Ucar rayonunda anadan olmuşdur. 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. II İkinci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə döyüş bölgəsinə getmişdir. 06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Aşıq Rəcəb
Aşıq Rəcəb (XVIII əsrin sonu—XIX əsrin əvvəlləri) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış aşıq. == Həyatı == Aşıq Rəcəb XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşadığı güman edilir. Samurun Əhrak kəndində yaşayıb. Dərdənddə "Haqq aşığı", "Kor aşıq" adları ilə tanınıb. Şeirlərinin əksəriyyəti o vaxtlar toplanmadığı üçün, təəssüflər olsun ki, günümüzə gəlib çatmamışdır. Təkcə bəzi gəraylı, qoşma və divaniləri bizə məlumdur. Onun əlimizdə olan bu şeirlərində aşıq kimi ustalığı dərhal özünə diqqət çəkir. "Kəklik" rədifli şeri belə şerlərdəndir. Yeri kəklik sənin sinən aladı, Görənlərin gözü səndə qaladı, Ayaqların dağda bitən lalada. Yerişin gördüm, get ağa, kəklik.
Rəcəb Paşa
Kürəkən Rəcəb Paşa (ö. 1726) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən alban olub, saraydakı qohumları vasitəsilə Əndəruna alınmışdır. Ardından saray xəzinədarı olaraq xidmət etdikdən sonra 1707-ci ilin sentyabrında vəzirliklə Diyarbəkir, 1710-cu ildə Van, 1711-ci ildə Sivas, 1712-ci ildə Trabzon valisi təyin edildi. Bu vəzifədə ikən 1712-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1713-cü ildə Təkə, 1714-cü ildə Qüds, 1716-cı ildə Şam, 1717-ci ilin iyulunda Vidin, 1719-cu ilin fevralında Hələb, 1720-ci ildə Misir bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı və çox keçmədən yenidən Hələbə təyin olundu. Daha sonra 1724-cü ilin martında Tiflis, 1725-ci ilin mayında Diyarbəkir, 1726-cı ildə İrəvan bəylərbəyi oldu. Ancaq həmin il vəfat etmişdir. Sicill-i Osmani IV cild, səh.
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. Dağıstandan Anadoluya köçmüş bir Ləzgi olan Mustafa bəyin oğludur.1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.1 aprel 1950 tarixində İstanbulda vəfat etdi. Məzarı Ədirnəqapı Şəhidliyidir.Milliyəti ləzgidir..
Rəcəb Qulamov
Rəcəb Xaydaroviç Qulamov (31 mart 1996; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəcəb Qulamov 31 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Subay idi.Sumqayıt şəhərində anadan olmuşdur.O 2002 ci ildə 1 ci sinifə Sumqayıt şəhər 6 saylı tam orta məktəbdə getmişdir.Mehriban gülərüz olmuşdur.Məktəbi bitirdikdən sonra Aşpazlıq kursuna getmişdir və oradan sertifkat almışdır.Sentyabırın 7 sində hərbi hissəyə daxil olmuş 27 sentyabrdada döyüş başlamışdır. Rəcəb Qulamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qulamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qulamov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Rəcəb Quliyev
Rəcəb Elşən oğlu Quliyev (5 dekabr 1997, Dəmirçi, Şamaxı rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Rəcəb Quliyev 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Rəcəb Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəcəb Quliyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Qurbanov
Rəcəb Elşən oğlu Qurbanov (1 yanvar 2001, Kələntərli, Bərdə rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəcəb Qurbanov 1 yanvar 2001-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olmuşdur. Rəcəb Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qurbanov 6 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rəcəb İsmayılov
Rəcəb Nəcəf oğlu İsmayılov (16 sentyabr 2000, Əliqullar, İmişli rayonu – 30 oktyabr 2020, Güləbird, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Rəcəb İsmayılov 2000-ci il sentyabrın 17-da İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb İsmayılov 30 oktyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Rəcəb İsmayılovun uzun müddət tapıla bilməyən nəşi 3 fevral 2021-ci ildə İmişli rayonunun Əliqulular kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə (1893, Nuxa – 20 dekabr 1956) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu. Rəcəb Əsədulla oğlu Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur. Şəkidə mollaxanada (1900–1901), altısinifli şəhər məktəbində (1902–1910), Qori Müəllimlər Seminariyasında (1910–1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914–1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915–1922), Şəki Pedaqoji Texnikumunda (1922–1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929–1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində tədbirlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir.
Səbuhi Rəcəb
Ülvi Rəcəb
Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə (9 yanvar 1903, Batum vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1933). Ülvi Şaşıqzadə 1903-cü ilin yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Milliyyətcə acar olan Ülvi Rəcəbin babası Əhməd bəy keçmiş Suxumi knyazları nəslindən idi. Belə ki, Əhməd bəy evlənənədən sonra ailəsini də götürüb Batumiyə köçür və o, Canivri kəndində yaşamağa başlayır. Əhməd bəyin beş oğlu vardı. Onlardan dördü fanatik idi, lakin Ülvi Şaşıqzadənin atası Rəcəb bəy digər qardaşlarından fərqli olaraq, Avropa mədəniyyəti ilə tanışlığa can atırdı. Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynamışdı. Rəcəb Şaşıqzadənin beş övladı vardi: Naziyə, İzzət, Altun, Ülvi və Nevrestan. Naziyə atasının istəyi ilə qız gimnaziyasına qəbul olur. O, gimnaziyada oxuyan ilk acar idi, buna görə də təhsil həyatında çətinliklərlə qarşılaşırdı.
Rəcəb Əşhəbəliyev
Rəcəb Əşhəbəliyev (10 sentyabr 1973, Bakı) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Rəcəb Əşhəbəliyev 1998-ci ildə Türkiyədə baş tutan Dünya Çempionatını, həmçinin 1999-cu ildə Macarıstanda baş tutan Avropa Çempionatını dördüncü pillədə başa vurdu. Rəcəb Əşhəbəliyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. 130 Kq. turnirində çıxış edən Rəcəb Əşhəbəliyev qrup mərhələsinin birinci görüşündə Ukrayna nümayəndəsi Merab Vəliyev ilə üz-üzə gəldi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Keri Koy oldu. Həm Əşhəbəliyev, həm də Koy qrup mərhələsində bir dəfə qələbə qazanmaışdı və bu görüş həlledici idi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı. Ümumi nəticədə Rəcəb Əşhəbəliyev olimpiadanı doqquzuncu pillədə başa vurdu.
Rəcəb Rəhimli
Rəcəb Zakir oğlu Rəhimli (12 avqust 1973, Dırnıs, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Rəcəb Zakir oğlu Rəhimli 12 avqust 1973-cü il tarixində Naxçıvan MR, Ordubad rayonunun, Dırnıs kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhəri 39 nömrəli orta məktəbini bitirmişdir. 1999-cu ildə Türkiyə Respublikası Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri (İİBF) fakültəsini dövlət idarəçiliyi ixtisası üzrə bakalavr pilləsini (dövlət xətti ilə) bitirmişdir. 2000–2002-ci illər arasında Türkiyə Respublikasının Qazi Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistraturada təhsil almışdır (dövlət xətti ilə). 2003-cü ildə Türkiyə Respublikasının Ankara Universiteti Siyasət Elmlər fakültəsinə (SBF) dövlət idarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2008-ci ildə "Azerbaycanda memurlar: haklar, yükümlülüklər, denetim" mövzusunda dissertasiya işini müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda 23.00.02 — "Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər" ixtisası — üzrə "Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını almışdır. Evlidir, iki övladı var. 05.02.2004–03.05.2004-cü il tarixində — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Beynəlxalq əlaqələr" şöbəsində baş mütəxəssis; 03.05.2004–08.09.2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Elmi katibi; 08.09. 2010–02.05.2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun "Milli təhlükəsizlik və erməni araşdırmaları" şöbəsinin müdiri; 03.05.2011–03.09.2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi araşdırmalar İnstitutunun "Sosioloji tədqiqatlar və konsaltinq" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.
Rəcəb Fərəczadə
Rəcəb Fərəczadə — Azərbaycanlı futbol oyunçusu. Rəcəb Fərəczadə 19 dekabr 1980-ci ildə Azərbaycanda anadan olub.Araz Naxçıvan və Azərbaycan milli futzal komandasında oynayan azərbaycanlı futzalçıdır.
Rəcəb Paşa məscidi
Rəcəb Paşa məscidi — 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məscid. 1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə İrəvan xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan "Allahsızlar" kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də sökülərək məhv edilmişdir.
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Faiq Rəcəbli
Faiq Rəcəbli — Azərbaycanın tanınmış idman fotoqrafı Faiq Rəcəbli 1927-ci ildə Gəncə şəhərində anadan olub. Hər şey atasının Faiqin şagird olan vaxtlarında fotoaparat bağışlaması ilə başlayıb. Başlanğıcda həvəskar kimi çəksədə, ama vaxt keçdikcə bu bir xobbiyə çevrilib. Uşaqlıq illərindən etibarən idmana maraq göstərən F.Rəcəbli orta məktəbi bitirdikdən sonra əvvəlcə texnikumda oxuyur. Daha sonra isə Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olur və 1954-cü ildə oranı bitirir. O, idmançı kimi fəaliyyət göstərməsə də, idmandan da kənarda qalmır. Belə ki, o, institutu bitirdikdən sonra idman sahəsi üzrə fotoqraf işləməyə başlayıb. F.Rəcəbli “Sovet idmanı” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, SSRİ jurnalistlər birliyinin üzvü olub. Qeyd edək ki, Faiq Rəcəblinin şəxsi arxivində fotoqraf kimi çalışdığı 60 il ərzində 100 mindən artıq orijinal şəkil yığılıb. Tanınmış idman fotoqrafı Faiq Rəcəbli 2012-ci ildə 85 yaşında uzunsürən xəstəlikdən vəfat edib.
Hadi Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadı Rəcəbli
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hadı Rəcəbov
Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu – 17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor. Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur.
Hüseyn Rəcəbyan
Hüseyn Rəcəbyan İranlı Rejissor, Ssenaristdir, Fotoqraf 2014 Hüseyn Rəcəbyan (English: Hossein Rajabian_Farsca: حسین رجبیان; İran - 5 iyul 1984) İranlı Rejissor, Ssenaristdir, Fotoqraf. Əsasən Ssenarist, Rejissor olaraq tanınan Rajabian şair, Fotoqraf, rəssam. 2015-ci ildə film çəkilişi ilə əlaqədar ittihamlarla həbs edilmişdi tərəfindən İran hökuməti. Məsafədən insanlar Hossein Rajabian həyata keçirdiyi qara və ağ fotoqrafiya layihəsinin adıdır.
Kamran Rəcəbli
Kamran Rəcəbli — aktyor. 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil almışdır. ABŞ-də yaşayır. Uşaq rollarının ən mahir ifaçlarından biridir. Ailəlidir. İki övladı var. 2010-cu ildə Azərbaycanda olmuşdur. Torpaq. Dəniz. Od.
Malkolm X (Rəcəb Şəntürk)
Malkolm X — Rəcəb Şəntürkün müəllifi olduğu Malkolm Xdan bəhs edən avtobioqrafik əsər. Kitab XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in həyatı və onun insan haqları uğrunda mübarizəsi haqqındadır. Qətiyyətli çıxışları ilə, modern cəmiyyət tərəfindən əzilən, sındırılan, ən adi insani münasibətlərə həsrət qalan qaradərililərin ümid işığına çevrilən və "Başıma ən azı bir qrup insanın yaşayıb təcrübə edə biləcəyi qədər hadisə gəlib" – deyən Malkolm X-in keçdiyi həyat yolunu təsirlənmədən və təəccüb etmədən oxumaq mümkün deyil. Kitabı oxuduqca bir insanın necə ən çirkin əməllərdən, tüfeyli həyatdan qurtularaq doğru prinsiplərə yiyələnib və bu prinsiplər uğrunda canından belə keçəcək səviyyədə mübarizə aparıb dünyada iz qoyan bir şəxsə çevrildiyinin şahidi olacaqsınız.
Mehdi Rəcəbyan
Mehdi Rajabian (Farsca: مهدی رجبیان; oktyabr 1989, Sari) — İranın şimalındakı Sari şəhərində anadan olub, bəstəkar, musiqiçi və veb səhifəsinin banisi olan Barg musiqi. 2015-ci ildə İranda bir neçə musiqi yayımı üçün həbs olundu. Bir neçə il ərzində İran musiqisinin hiyerarşisini öyrənmiş, ənənəvi musiqinin ustalarından öyrənməyə başlayan və bir neçə albom, məs. Sitorarist, bəstəkar və prodüser olaraq "Setar'dan rəvayət edilən İran Tarixinin Araşdırma Albumu" Həm də bir neçə musiqi albomunda səs yazıçısı və səs yazıçısı kimi çalışmışdır. Bu həbs onun şəxsi layihəsini dayandırdı. Mehdi Rəcəbyan həbs olunduqdan sonra "Setar tərəfindən rəvayət edilən İran tarixinin tədqiqat albomu", şəxsi studiyası, bütün yazıları, qeydə alınmış musiqinin hard diskləri müsadirə olundu və layihə səssiz qaldı.
Molla Rəcəbəli Təbrizi
Molla Rəcəbəli Təbrizi (1669–1701) — islam alimi, müctəhid, Azərbaycanlı filosof Molla Rəcəbəli təxminən 1669-cu ildə Təbriz şəhərində dünyaya gəlmişdir. Həyatı haqqında məlumatlar çox azdır. Bağdadda ictihad dərəcəsinə çatdıqdan sonra riyazətlərə və nəfsin təzkiyəsinə başlamışdır. Onun mürşidinin kimliyi barədə məlumat yoxdur. Təhsilini bitirdikdən sonra İsfahana getmiş, ömrünün axırınadək orada yaşamışdır. Buna görə bəzən ona İsfəhani də deyilmişdir. Molla Rəcəbəli dövrünün hökmdarları yanında böyük hörmət və izzətə malik olmuşdur. II Şah Abbas Səfəvi və Şah Süleyman Səfəvi ona xüsusi ehtiram bəsləmişlər. Nəql olunur ki, İkinci Şah Abbas daim onun yanına gəlir, ondan məsləhətlər alırdı. Molla Rəcəbəli Məhəmməd Hüseyn, Qazi Səid Qumi, Əmir Qivaməddin Məhəmməd İsfəhani, Molla Məhəmməd Şəfi İsfəhani, Məhəmməd Rəfi Pirzadə, Mir Məhəmməd Yusif Taliqani kimi alimlər yetişdirmişdir.
Oqtay Rəcəbov
Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı – 15 dekabr 2022) — Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor (1995), Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019), Azərbaycan SSR əməkdar müəllimi (1987). Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
Rail Rəcəbov
Rauf Rəcəbov
Ruslan Rəcəbov
Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984; Sumqayıt, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Rəcəbov 1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəcəbov oktyabrın 31-də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Rəcəbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Rəcəbalıyev
Tural Həmid oğlu Rəcəbalıyev (4 oktyabr 1990; İsmayıllı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Tural Rəcəbalıyev 1990-cı il oktyabrın 4-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Tural Rəcəbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəcəbalıyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunun Qalınçaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Rəcəbov
Vidadi Həsən oğlu Rəcəbov (19 yanvar 1966) – Azərbaycan aktyoru. Naxçıvan MR əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2008). Vidadi Rəcəbov 19 yanvar 1966-cı ildə doğulub. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb. 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir. 1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib. "Gerçəklik" şerlər kitabının müəllifidir. V. Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. Teatrın səhnəsində 70-dən çox müxtəlif səpkili obrazlar canlandırıb. Teatrda işlədiyi müddətdə dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar silsiləsi yaradıb.
Ziya Rəcəbov
Ziya Rəcəbov (d. 14 avqust 1982) — Azərbaycanlı voleybolçu və məşqçi. Məşqçi kimi - 2-ci dərəcəli beynəlxalq məşqçi, voleybolçu kimi - idman ustasına namizəddir. 2015-ci ildən etibarən kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçi vəzifəsini icra edir. Rəcəbov Ziya Gündüz oğlu 14 avqust 1982-ci ildə Ağsu rayonunda anadan olub. 1989-cu ildə Ağsu şəhərində 1 saylı orta məktəbə gedib. 7-ci sinifə kimi bu məktəbdə oxuyub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini Bakının Mikayıl Müşviq adına 18 saylı orta məktəbində davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Oyunları bölməsində təhsil alıb. 2005-2008-ci illərdə hərbi xidmətdə olub.

Значение слова в других словарях