Rəhman Əlizadə
Əlizadə Rəhman Balarza oğlu — Azərbaycan teatr dramaturq — rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sabiq baş rejissoru
Rəhman Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib (1972).
1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına mədəniyyət evində bədii rəhbər işləyib. 1983-cü ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrının rejissoru olub.
İşlədiyi müddət ərzində "Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəlişah" (M.F.Axundov), "Ölülər" (C.Məmmədquluzadə), "Jorj Danden", "Zorən Nikah" (J.B.Molyer), "Əvvəlinci şərabçı" (L.Tolstoy), "Pəri Cadu" (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb.
"Bacıoğlunun nağılı" (hekayə, "Ulduz", 1979)
"Yazı masası haqqında" (hekayə, "Azərbaycan", 1979)
"Əncir qurusu" (povest, "Azərbaycan", 1981)
"Diqqət! Başlayıram" (pyes, "Qobustan", 1980)
Tamaşaya hazırlanmış ilk pyesləri:
"Kəndimizin narları" pyes (Şəki Dövlət Dram Teatrı, 1980)
"Doğmalar" pyes (Gəncə Dövlət Dram Teatrı, 1981)
"Dadaşbala əməliyyatı" pyes (Dövlət Gənclər teatrı, 1986)
"Sabah çoxdan başlanıb" pyes (Gənc Tamaşaçılar teatrı, 1988)
"Laləli düzən" pyes (Dövlət Gənclər teatrı, 1991-ci il)
1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca", "Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə "Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" (Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s.