1. SÖHBƏT [Mozalan bəy:] Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı (Ə.Haqverdiyev); BƏHS Alma hirsləndi; Dedi: Aqaysı; Burax boş bəhsi (M.Seyidzadə); DANIŞIQ Mozalan boy: Bunların belə danışığı hərdənbir qulağıma çatırdı (Ə.Haqverdiyev); DİALOQ Üç il əvvəl olmuş bu dialoq, indi – “Geriyə yol yoxdur” filminə taxarkən.. hafizəsində parladı (Ə.Cəfərzadə); GAP (dan.) Kətxuda: Ay oğul, gapınızı ucundan-qulağından eşitdim (M.Hüseyn); GÖFTGÜ (kl.əd.) Qəhrəman yüzbaşı: A kişi, siz allah, siz peyğəmbər, bu göftgunu boşlayın (C.Məmmədquluzadə); HƏSB-HAL Onun ehtiyacı yox həsb-hala; Nifrəti var əski ulduz, hilala (S.Vurğun); İXTİLAT (köhn.) İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli (M.P.Vaqif); LAF (köhn.) Kağız sənə ağ göstərir öz sineyi-safın; Guş eyləmə lafın (M.Ə.Sabir); MÜKALİMƏ Xudayar bəy gördü ki, ata ilə oğulun mükaliməsi çox uzun çəkəcək.. (C.Məmmədquluzadə); MÜNACAT Sübh olacaq çavuşun münacatı kəndi əhatə eləyib gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən (C.Məmmədquluzadə).
2. söhbət bax müsahibə