Sövdələşmənin Notariat Forması

sövdələşməni aparan şəxslərin iradəsinin dövlət tərəfindən qanuniləşdirilməsi qaydasıdır.
Sövdələşmənin Mütləq Etibarsızlığı
Sövdələşmənin Şifahi Forması
OBASTAN VİKİ
Məktəb forması
Məktəb forması - məktəbdə və ya digər təhsil müəssisəsində tələbələr tərəfindən geyilən uniforma. Məktəb geyimlərinin məqsədi şagirdlər arasında bərabərliyi təmin etməkdir və müxtəlif ölkələrdə ibtidai və orta məktəblərdə geniş yayılmışdır. Ümumiyyətlə kişi tələbə forması uzun şalvar, ağ köynək, qalstuk və gödəkçə, qadın tələbə forması isə ətəklərdən, uzun və ya diz üstü corablardan, qalstuk, köynək və sviterlərdən ibarətdir. İngiltərə, Türkiyə və ya Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olsa da, məktəbli formaları ödənişli ola bilərlər.
Suyun forması
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.
Səfər forması
Səfər forması — komanda idmanlarında iki komandanın rənglərini ayırd etmək üçün istifadə edilən forma növü. Onun meydan sahiblərinin forması ilə heç bir oxşarlığı yoxdur. Bu formalar oyunçular, menecerlər və tamaşaçılar arasında çaşqınlığın qarşısını almaq üçün istifadə olunur. Bəzi idman liqalarında qonaq komandanın ev sahibi komandadan fərqli forma geyinməsi, digərlərində isə iki komandanın rənglərinin uyğun gəlməməsi tələb olunur. Reqbi ittifaqı kimi idman növlərində ənənəvi olaraq ev sahibi komanda qonaq komandanın forması ilə fərqli forma seçir.
Azərbaycanda notariat institutunun yaranması
Azərbaycanda notariat institutunun yaranması - Azərbaycanda notiarat sisteminin keçdiyi tarixi dövrü özündə birləşdirən mərhələ. XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycanı zəbt etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olur. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub. Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə qanun qəbul olundu. Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.
10-K forması
10-K forması (ing. Form 10-K) — Bütün səhmdar cəmiyyətlər tərəfindən büdcə ili başa çatdıqdan sonra Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim edilən şirkətin illik fəaliyyəti haqqında hərtərəfli yekun hesabatdır. Adətən, 10-K forması illik hesabatdan daha çox, şirkət haqqında təfsilatlı məlumatları əks etdirən sənəd xarakterinə malikdir. Bu formada şirkətin tarixi, təşkilati strukturu, aktivləri, holdinqləri, səhmə görə qazancı, filialları və s. kimi məlumatlar əks olunur. 10-K forması büdcə ili başa çatdıqdan sonra 60 gün (əvvəl 90 gün olmuşdur) müddətində təqdim edilməlidir.
Bekus-Naur forması
Bekus-Naur forması (BNF; ing. Backus-Naur form) – formal dillərin sintaksisini təsvir etmək üçün metadil; Con U.Bekus (John W.Backus) və Piter Naur (Peter Naur) tərəfindən ALGOL dilinin təsvirində təklif olunub. Aşağıdakı dilin <ədəd> elementinin tərifi verilib: <ədəd> ::= <işarəsiz ədəd> | <işarə> <işarəsiz ədəd> <işarəsiz ədəd> :: = <rəqəm> | <rəqəm> <işarəsiz ədəd> <rəqəm> :: = 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 <işarə> ::= + | – Bu misalda <rəqəm> və <işarə> terminal adlandırılan aktual simvollar terminləri ilə təyin edilir; “|” simvolu alternativ variantı göstərir, yəni <işarə> ya “+”, ya da “–” qiyməti ala bilər; “::=” simvolu “kimi təyin olunur” anlamını verir. Künc mötərizələrinə alınmış adlara (məsələn, <işarə>) metadəyişənlər (METAVARIABLES) deyilir. Metadəyişən terminal simvollar və başqa metadəyişənlər, o cümlədən zərurət olduqda özü vasitəsilə təyin edilir (<işarəsiz ədəd>də olduğu kimi). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dell (yer forması)
Dell (yer forması)— Fiziki coğrafiyada yarğan kiçik, tənha bir dərədir. Eyni zamanda otlu, parka bənzər, adətən qismən meşəlik bir vadi kimi təsvir olunur. "Dell" sözü qədim ingiliscə dell sözündəndir və köhnə ingiliscə dæl, müasir "dərə" sözü ilə əlaqəlidir. Ədəbiyyatda boşluqlar çox vaxt xoş sığınacaq kimi təsvir edilir. Termin bəzən dingle ilə sinonim olaraq istifadə olunur, baxmayaraq ki, o, xüsusilə dərin yarğanlara və ya ağaclarla əhatə olunmuş çuxurlara aiddir. Bu terminlər həmçinin Dingle Dell, Kent və Dingle Dell Reserve, Oklandda tavtoloji yer adlarının nümunələrini yaratmaq üçün birləşdirilib.
Kar (relyef forması)
Kar (relyef forması)- dağların zirvə hissəsinə yaxın yamaclarda, nival iqlim şəraitində, kiçik buzlaqların (kar buzlaqları) və şaxta aşınmasının təsiri ilə yaranmış fincanşəkilli təbii çökəklikdir. Karın yamacları sıldırım, dik, dibi isə hamar və ya batıq olur. Kar qar xəttindən yuxarıda yerləşdikdə, o, fəal aşağıda olduqda isə relikt kar tipli göl əmələ gətirir. Kar buzlağı yerli Kar sərhəddindən yuxarıda, buzlaq sirkinin (karın) dibində formalaşmış, nisbətən kiçik (qısa buzlaq dibinə malik) buzlaqdır. Kar buzlağı planda oraqvari və ya dəyirmi formalı olub, nadir halda dil hissəsi qar xəttindən bir qədər aşağı düşə bilər. Kar gölü yerli qar sərhəddindən aşağıda yerləşən relikt qar çalasında əmələ gələn göl, əsasən yağış suları ilə qidalanır. Kar gölü buzlaq tipli göllərə aiddir. Kar pilləsi dağ yamacı boyu bir-birinin üzərində yerləşən və aydın nəzərə çarpan çıxıntılarla biz-birindən ayrılmış karlar seriyasıdır.
Qravitasion relyef forması
Qravitasion relyef forması — Qravitasion relyef əmələgətirici proseslər bilavasitə ağırlıq qüvvəsinin təsiri və yer səthinin süxur kütlələrinin hərəkəti və yerdəyişməsi nəticəsində baş verir və müvafiq morfoskulpturlar formalaşır. Azərbaycanın dağlıq ərazisində fiziki-coğrafi şəraitin mürəkkəbliyi ilə əlaqədar olaraq, qravitvsiya proseslərinin təzahürü öz müxtəlifliyi ilə seçilir və sürüşmə, uçqun, daş axınları, çınqıl, ufantı, səpinti və s.kimi hadisələrlə əlaqədar müvafiq morfoskulpturlar əmələ gətirir. Bunların inkişafının intensivliyi, relyefdə təzahürü, sahəvi paylanması və başqa xüsusiyyətləri bir sıra təbii amillərdən — ərazinin yüksəkliyi, səthin meylliyi, forması, süxurların litoloji tərkibi, çatlılıq dərəcəsi, atmosfer yağıntıları və hidrogeoloji şəraitin bir-biri ilə qarşılıqlı münasibətilə əlaqədardır. Həmin parametrlərin yüksəklik və üfüqi istiqamətdə differensasiyası artdıqca qravitasiya prosesinin intensivliyi və onun yaratdığı relyef formalarının tutduğu sahələr də genişlənir. Azərbaycan Respublikasının dağlıq ərazilərində qravitasiya proseslərinin ən geniş yayılmış növlərindən biri sürüşmələrdir. Sürüşmə prosesləri əlverişli relyef şəraitində örtük, qırıntı süxur kütlələrinin və ana süxur laylarının yerindən qopması və ağırlıq qüvvəsinin təsiri altında yamacboyu hərəkəti ilə baş verir. Sürüşməyə başlıca olaraq süxur kütlələrinin və blokların yamacda dayanıqlığını itirməsi, süxurların nəmlənməsi, aşınma və s. nəticəsində bunların fiziki vəziyyətinin dəyişilməsi və davamlığının zəifləməsi səbəb olur. Burada başlıca şərt yamaclarda toplanmış kövrək örtük çöküntülərin altında su keçirməyən gilli layın olmasıdır. Sürüşmələrin baş verməsinə yamacların meyllik bitki ilə örtülmə və rütubətlənmə dərəcəsi, onları təşkil edən süxurların litoloji tərkibi (gillər, gilli şistlər, qum və əhəngdaşları), iqlim şəraiti, və ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s.
Relyefin skulptur forması
Relyefin struktur forması
Terras (relyef forması)
Terras (fr. terrasse) — yamaclarda pillə-pillə yerləşən, səthi üfüqi və ya bir qədər meyilli olan relyef formasıdır. Terras əsasən suyun eroziya, abraziya və akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. Terraslar mənşəyinə görə struktur və akkumulyativ terraslara bölünür. Dağ yamaclarda torpaq eroziyasının qarşısını almaq məqsədilə buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terraslar düzəldilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar Azərbaycanda Siyəzən, Şabran, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və orada badam, püstə,eldar şamı və digər ağac cinslərindən bağlar, meşə-bağlar salınmışdır. Daşkəsən, Kəlbəcər, Laçın və başqa rayonlarda keçmişdə uzun dövr eyni istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə "taxtalar") yaradılmışdır. Hazırda bu terrasların "taxta" hissəsindən taxıl əkini, biçənək kimi istifadə edilir. Meyilli hissəsində isə çox yerdə təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.
Yunan xaçı forması
Yunan xaçı forması ― daha çox Pravoslav və Bizans kilsələrində görülən bir memarlıq planı formasıdır. Qapalı yunan xaç planı və açıq yunan xaç planı olaraq ikiyə bölünür. Yunan xaçı adlanan xaç, hər bir qolu bərabər uzunluqda olan bir xaçdır. Açıq Yunan xaçı planına sahib olan Müqəddəs Babylas Martyrium (MS 379) kimi tikililərdə, dörd tərəfdən də orta boşluğa eyni uzunluqdakı qollar əlavə olunur. Qapalı Yunan xaçı planında isə binanın açıq küncləri hücrələrlə örtülmüşdür. Bu vəziyyət kilsə meydanını düzəltdiyindən və qolları bərabər uzunluqda olan xaç planı aydınlaşmadığı üçün bu plan növü qapalı yunan xaçı planı adlandırılır. İstanbuldakı Havariyun Kilsəsi və Fəthiyyə Məscidinin (Teodoks Pammakaristos Monastırı) cənub tərəfindəki şapel bu tip plan nümunələri kimi göstərilə bilər.
Suyun forması (film, 2017)
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.