Ensizyarpaq lavanda və ya əsl lavanda (sünbüllü lavanda).
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.
Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb.
Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir.
Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır.