SƏİD İBN CÜBEYR

(95/714-cü ildə vəfat etmişdir) – tabiundan olan hədis ravisi, tanınmış fiqh alimi və Quran təfsirçisi olmuşdur. Onun mömin insan olduğu haqqında məlumatlar vardır. Buna görə də o, hədis elmində etibarlı rəvayətçilərdən hesab edilir. Səid ibn Cübeyr öz dövrünün ən bilikli, eləcə də aydın adamlarından biri olmuşdur. O, Küfədə yaşamış, bir müddət şəhər başçısının yanında katiblik etmişdir. Hicrətin 95-ci ilində şəhər başçısı olmuş Həccaca qarşı üsyan edənlərlə birlikdə olduğuna görə öldürülmüşdür. Səid ibn Cübeyr Məhəmməd peyğəmbərin səhabələri ilə görüşmüş, onlardan hədislər rəvayət etmişdir. Ancaq onun adından söylənilmiş zəif hədislər də vardır. Buna baxmayaraq onun adı ilə bağlı hədislər məşhur hədis toplularında yer almışdır.
SƏHİH HƏDİSLƏR
SƏİD İBN MÜSEYYİB
OBASTAN VİKİ
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
Aban ibn Səid
Aban ibn Səid (bilinmir, bilinmir – 634, ərəb. أبان بن سعيد بن العاص‎) — nüfuzlu Qureyşlilərdən biri, Məhəmməd peyğəmbərin səhabəsi. Tam adı: Aban ibn Səid ibn əl-As ibn Üməyyə ibn Əbd əş-Şəms ibn Əbd Mənaf əl-Kuraşi əl-Umavidir. Aban uzun müddət müsəlmanların düşməni olmuşdur. Qardaşları Əmr və Xalid İslamı qəbul etdikdən sonra ailəsində münaqişələr yaranır. Bədr döyüşündə müsəlmanlara qarşı vuruşmuşdur. Bu döyüşdə onun qardaşları Ubeydə və As ölür. Xudeybi sülh müqaviləsi bağlanarkən Aban Məhəmmədin səfiri Osman ibn Əffanı öz himayəsinə götürür. Müsəlmanlarla qarşıdurma zamanı o, tədricən müsəlmanların ehkamını öyrənir. İslam ənənəsinə görə, Aban tez-tez Suriyaya gedirdi və bu səfərlərin birində Ərəbistana yeni peyğəmbərin gəlişi barədə ona xəbər verən bir rahiblə görüşürdü.
Səid ibn Zeyd
Səid ibn Zeyd ibn Əmr (ərəb. بد الله بن انيس الجهني‎) — Məhəmməd peyğəmbərin səhabəsi ilk iman gətirənlərdən biridir. Məhəmməd peyğəmbərin cənnət müjdəsi ilə sevindirdiyi on nəfərdən ibarət səhabələr kateqoriyasına daxildir (əşara əl-mübəşşirə). Onun tam adı Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl ibn Əbdül-Uzza ibn Ziyah ibn Abdullah ibn Kurt ibn Riza ibn Ədi ibn Kəb ibn Luaydir. Səidin atası hənifi olan Zeyd ibn Əmr idi. Səid ibn Zeydin özü 613-cü ildə hələ iyirmi yaşı belə olmayanda müsəlmanların Ərqam evindəki məclislərində iştirak edən ilk İslamı qəbul edənlərdən biri olmuşdur. O, Ömər ibn Xəttabın bacısı Fatimə ilə evlənmişdi. Səid və Fatimə Quran oxuyarkən Ömər onları yaxalayır və o, özü də İslamı qəbul edir. İslamın doğulmasının ilk illərində müsəlmanlar, o cümlədən Səid ibn Zeyd ciddi təqiblərə məruz qalır, nəticədə onlar Mədinəyə köçməli olurlar. Səid ibn Zeyd bütün mühüm tədbirlərdə iştirak etmişdir.
Osman ibn Səid Əmri
Əbu Əmr Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Əskəriyə (ə) çatdırırdı. O, etimadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (ə) və İmam Əskərinin (ə) da, nümayəndə və yaxın dostlarından olmuşdur. Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqinin (ə) yanına gedib dedim: "Mən bəzi vaxtlar burada olur, bəzi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?" İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır." Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqinin (ə) vəfatından sonra İmam Əskərinin (ə) yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın etibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir.
Sünəni Səid ibn Mənsur
Sünəni Səid ibn Mənsur (ərəb. سنن سعيد بن منصور‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis Səid ibn Mənsur tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Usman Səid ibn Mənsur əl-Xorasani Cövzcanda (müasir Əfqanıstan) anadan olub və Bəlxdə İslam elmlərini öyrənməyə başlayıb. O, müsəlman dünyasını geniş şəkildə gəzmiş, sonra Məkkəyə yerləşmiş və 842-ci ildə orada vəfat etmişdir. Sünən Səid ibn Mənsur Məhəmməd peyğəmbərin səhabələri haqqında hədis və rəvayətlərin ən mühüm və ən qədim mənbələrindən biri hesab olunur. Səid ibn Mənsura rəvayət mənbəyi kimi etibarın dərəcəsini imamlar Əhməd ibn Hənbəl, Müslüm ibn Həccac, Əbu Davud və başqalarının ondan hədislər nəql etmələri sübut edir. "Sünən Səid ibn Mənsur" digər məcmuələrdən onunla fərqlənir ki, burada hədislərlə yanaşı, xəlifə Ömər ibn Xəttabın dövründə Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrinin həyatından hadisələr də yer alır. Səid ibn Mənsurun məcmuəsində tematik fəsillərə (əbvab) bölünmüş 2791 hədis vardır.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur. Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Müslüm ibn Səid əl-Kilabi
Müslüm ibn Səid bin Əslam ibn Zurə ibn Əmr ibn Xüveylid əl-Səiq əl-Kilabi (ərəb. مسلم بن سعيد بن أسلم بن زرعة بن عمرو بن خويلد الكلابي‎) — Əməvilər xilafətinin sərkərdəsi, 723–724-cü illərdə Xorasan valisi. O, daha çox Mavəraünnəhrin yerli əhalisinin sədaqətini qazanmaq səyləri və "Susuzluq günü"ndə Türgiş xaqanlığına məğlub olması ilə tanınır. Blankinşip. The End of the Jihâd State: The Reign of Hishām ibn ʻAbd al-Malik and the Collapse of the Umayyads (ingilis). Albani, Nyu-York: State University of New York Press. 1994. ISBN 978-0-7914-1827-7. Pauers, Stefan. The History of al-Ṭabarī, Volume XXIV: The Empire in Transition: The Caliphates of Sulaymān, ʿUmar, and Yazīd, A.D. 715–724/A.H. 96–105.
Səid ibn Əmir əl-Cümahi
Səid bin Əmir əl-Cümahi (ərəb. سعيد بن عامر الجمحي‎) — səhabə. Gənc Səid bin Amir əl-Cuməhi Muhəmmədin (Allahın ona salavat və salamı olsun) səhabələrindən biri olan Xubeyb ibn Adinin (Allah ondan razı olsun) xaincəsinə faciəli qətlinə şahid olmaq üçün Qureyş başçılarının Mədinənin xaricindəki Tənim adlanan yerə çağırdıqları minlərlə insanlardan biri idi. Dolğun gəncliyi və irəli atılmağa nail olmaq bacarığı ona imkan verdi ki, o, çiyinləri ilə insanları yararaq yürüşün mərkəzində gedən Qureyş başçılarından olan Əbu Sufyan bin Hərb, Səfvan bin Umeyyə və başqaları ilə bərabər irəliləsin. Beləliklə o, (əl-ayağı) kəndirlə bağlanmış Qureyşin əsirini görməyə nail oldu. Muhəmməddən (Allahın ona salavat və salamı olsun) şəxsi intiqam almaq üçün və onu öldürməklə Bədrdə ölənlərin əvəzini çıxmaq üçün qadınlar, uşaqlar və gənclər onu itələyərək edam yerinə aparırdılar. Toplanmış bu kütlə öz əsiri ilə edam üçün hazırlanmış yerə çatdıqda gənc Səid bin Amir əl-Cuməhi öz hündür qaməti (boyu) ilə Xubeybə (Allah ondan razı olsun) tərəf baxmağa başladı. Onlar isə Xubeybi (Allah ondan razı olsun) taxtadan olan xaça tərəf yaxınlaşdırırdılar. Səid bin Amir əl-Cuməhi qadınların və körpə uşaqların çığırtısı arasından Xubeybin (Allah ondan razı olsun) sabit və təmkinli səslə belə dediyini eşitdi: – "Əgər etiraz etmirsinizsə məni sərbəst buraxın, ölümümdən qabaq iki rükət namaz qılım…" Sonra o Xubeybin (Allah ondan razı olsun) Kəbəyə üz tutaraq iki rükət namaz qılmağına tamaşa etdi. Ah, necə də gözəl, necə də kamil… Sonra da o, Xubeyb bin Adinin (Allah ondan razı olsun) Qureyş başçılarına yaxınlaşaraq belə dediyini gördü: – "Allaha and olsun ki, bilsəydim mən namazı uzatdıqda mənim ölümdən qorxduğumu zənn etməyəcəksiniz, namazı artırardım…".
Səid ibn Əmr əl-Həraşi
Səid ibn Əmr əl-Həraşi (d. ? - ö. 735-ci ildən sonra) — Əməvilər dövrü vali və sərkərdələrindən. Qeys Aylan qəbiləsinin qollarından Hariş b. Kəbə mənsubdur. Əslən Kinnəsrinli olub İrminiyədə doğulduğu, anasının Həbəşli olduğu nəql edilməkdədir. Qaynaqlarda həyatıyla ilgili ilk bilgilər, Şəvzəb adlı bir xaricinin çıxardığı üsyanı yatırmasıyla əlaqəlidir. 720-ci ildə Kufə valisi Əbdürrəhman b. Abdullahın, Şəvzəbin çıxardığı üsyanı yatırmaqla Məhəmməd b.
Səid ibn Abdullah əl-Hənəfi
Səid ibn Abdullah əl-Hənəfi (ərəb. سعید بن عبد الله الحنفی‎) — Kərbəla döyüşündə şəhid olmuş Hüseyn ibn Əlinin səhabəsi. O, görkəmli şiə və Kufə əsilzadəsi kimi İmam Hüseynin Kufəyə dəvət olunmasında mühüm rol oynamışdır. O, kufəlilərin bir neçə mühüm məktubunu İmam Hüseynə çatdırdı. Onun çatdırdığı son məktub Müslüm ibn Əqilin İmam Hüseynə məktubu oldu. Həmin andan o, İmam Hüseyni Məkkədən Kərbəlaya qədər müşayiət etdi. Səid Aşuradan əvvəlki gecə Əhli-beytə sevgisini və İmam Hüseyni dəstəklədiyini sübut edən çıxışı ilə də yadda qalıb. Səid (və ya Səd) ibn Abdullah əl-Hənəfi Adnan qəbiləsindən Bənu Bəkr ibn Vail nəslindən olan Bəni Hənifə ibn Lacim qəbiləsindən idi. O, cəsarəti və təqvası ilə məşhur olan Kufənin məşhur zadəganlarından idi. Müaviyə ibn Əbu Süfyanın vəfatından sonra Kufə şiələri Hüseyn ibn Əliyə bir neçə məktub yazıb onu öz şəhərlərinə dəvət etdilər.
Şeyx Rəşid ibn Səid Əl-Məktum
Şeyx Rəşid ibn Səid Əl-Məktum (ərəb. راشد بن سعيد آل مكتوم‎; 11 iyun 1912, Dubay – 7 oktyabr 1990, Dubay) — Şeyx (1958-ci ildən) və Əl-Məktum sülaləsindən Dubayın ilk əmiri (1971-ci ildən). Səid Əl-Məktum Birləşmiş Ərəb Əmirliklərinin birinci vitse-prezidenti və ikinci baş naziri idi. O, həmçinin Dubayın əmiri olub. 1958-ci ildən 1990-cı ildə ölümünə qədər 32 il Dubayı idarə edib. O, BƏƏ-nin yaranmasından ölümünə qədər vitse-prezident olub. Səid Əl-Məktum 30 aprel 1979-cu ildə baş nazir olanda eyni vaxtda baş nazir vəzifəsini icra edən ilk vitse-prezident idi. Ondan sonrakı hər baş nazir faktiki olaraq həm də vitse-prezident olub. Mənbələr onun doğum ili ilə bağlı müxtəlif məlumat verir. Lakin çox güman ki, o, 1912-ci ildə anadan olub.
Eduard Səid
Eduard Səid (ərəb. إدوارد وديع سعيد‎; 1 noyabr 1935[…], Qüds – 25 sentyabr 2003[…] və ya 24 sentyabr 2003, Nyu-York, Nyu-York ştatı) — Fələstinli-amerikalı ədəbi nəzəriyyəçi və fələstinlilərin hüquqları müdafiəçisi. O,Kolumbiya Universitetində İngilis dili və Müqayisəli Ədəbiyyat professoru və Müstəmləkəçilik-sonrası nəzəriyyəsinin qurucu şəxslərindən idi.Robert Fisk, onu fələstinlilərin "ən güclü siyasi səsi" kimi təsvir edib. Səid təsirlimədəni tənqidçi və müəllif ki ən yaxşı Şərqşünaslıq (1978) adlı kitabına görə tanınmışdır. Kitab onun Şərqşünaslıqa barə təsirli ideyaların, qəribitədqiq şərqi mədəniyyətlərindəni təqdim edir. Eduard Səid 1 noyabr 1935-ci ildə Qərbi Qüdsdə xristian ailəsində anadan olub. Uşaq vaxtdı Anqlikan-Protestant kimi vəftiz olunub. Onun atası zəngin iş adamı, Yerusəlimdən olan Vadi Səid, anası isə Nazaretli Hilda Musa olmuşdur. Ailəsi 1947-ci ilin dekabrında Fələstindən Misirə köçüb və Qahirədə məskunlaşıb. Leykoz xəstəliyindən əziyyət çəkən və uzun və ağrılı müalicə kursu keçən Səid 2003-cü il sentyabrın 23-də Nyu-Yorkda vəfat edib.
Məhəmməd Səid
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…], Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. Əhalisi 500 000 nəfərdir.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. Sənətçi, şair və jurnalist Sinan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı "Tahirə" ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra "Qərbiyyə" məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Azərbaycan Dövlət Universitetinin (ADU) (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Səid Aşina
Səid Aşina — Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri. Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır. Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir.
Səid Baduyev
Səid Baduyev (14 sentyabr 1904, Qroznı, Terek vilayəti – 20 dekabr 1943) — Çeçen yazıçısı, Çeçen ədəbiyyatının banilərindən biri. Əsərlərini əsasən çeçen və rus dillərində yazmışdır. Said Baduyev 1904-cü ildə Qroznı şəhərində (Çeçenistan) bir tacir ailəsində anadan olmuşdur. O, uşaq ikən yetim qalır. Said Baduyevin atası Süleyman Urus-Martanda dünyaya gəlir. Süleyman Rus-yapon müharibəsinə qatılır və 1914-cü ildə Petroqradda müharibədə aldığı yaralardan dünyasını dəyişir. Anası Ukayev Zaybat Starıye Atağı kəndindəndir. Səid Baduyev Qroznı real məktəbində oxumuşdur. Təhsil haqqını ödəmək üçün pul çatışmazlığı səbəbindən o, məkdəbdən xaric edilir. 1922-ci ildə Vladiqafqazdakı kooperativ kurslarını bitirir.
Səid Bayramov
Səid Bilalov
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor. S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir. S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir.
Səid Cəfərov
Səid Dimayev
Səid Öməroviç Dimayev (çeç. СаьӀид Ума́рович Димаев; 24 avqust 1939, Qroznı – 28 mart 2005 və ya 29 mart 2005, Qroznı) — Çeçen musiqiçisi, bəstəkar, dirijor, Rusiya Bəstəkarlar İttifaqının üzvü, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Mədəniyyət nazirinin müavini (1986-1991), Çeçenistan Respublikası Başçısının mədəniyyət və incəsənət müşaviri (1994- 1995), Ömər Dimayevin oğlu. Səid Dimayev 24 avqust 1939-cu ildə Qroznıda məşhur çeçen musiqiçisi Ömər Dimayevin ailəsində anadan olub. 1957-ci ildə Çeçen-İnquş Musiqi Məktəbinə SSRİ-nin Əməkdar İncəsənət Xadimi, dosent L.M.Şarqorodskinin sinfində bəstəkarlıq fakültəsinə daxil olmuş və 1963-cü ildə onu bəstəkar-nəzəriyyəçi kimi bitirmişdir. Elə həmin il Moskva Dövlət Musiqili-Pedaqoji İnstitutunun musiqi-nəzəri şöbəsinə daxil olub. Lakin sonra fakültəni dəyişərək, bəstəkarlıq fakültəsinə keçib. O, professor Oleq Konstantinoviç Eygesin sinfində bəstəkarlıq təhsili alıb. Sovet bəstəkarı Aram İliç Xaçaturyanın ustad dərsində iştirak etmişdir. 1968-ci ildə institutu bitirdikdən sonra iki il musiqi nəzəri fənləri müəllimi işləmiş, eyni zamanda Qroznı Musiqi Məktəbində polifoniya, harmoniya və forma təhlilindən dərs demişdir. 1970-ci ildə Səid Dimayev Dövlət Çeçen-İnquş Filarmoniyasının bədii rəhbəri oldu.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.