Sərbəst Vaxt

işdən və başqa məcburi məşğuliyyətdən və işlərdən azad olan, öz istədiyin kimi istifadə edilən vaxt.
Sərbəst Üzən Valyuta Məzənnəsi
Sərbəst və Açıq Bazar
OBASTAN VİKİ
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Azərbaycanda vaxt
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Vaxt qrafiki
Vaxt qrafiki, hadisələrin siyahısının xronoloji ardıcıllıqla göstərilməsidir. Vaxt qrafikləri üçün bir çox vizual üsulları var. Vaxt qrafikləri, bir mövzu üçün tarixi hadisələrin və meyllərin ardıcıllığını və ya xronologiyasını anlamaqda tələbələrə və tədqiqatçılara kömək etmək üçün təhsildə istifadə olunur. Vaxt qrafikləri, tarixin öyrənilməsi üçün faydalıdır, çünki zaman keçdikcə bir dəyişiklik hissi verir. Aşağıdakı nümunələri görə bilərsiniz: Azərbaycan tarixinin qrafiki Vətəndaş hüquqları hərəkatının qrafiki Avropa araşdırmalarının qrafiki İmperializmin qrafiki Günəş Sistemi araşdırma qrafiki Amerika Birləşmiş Ştatları tarixinin qrafiki Birinci Dünya Müharibəsinin Zaman Çizelgesi Dinin qrafiki Vaxt qrafikiəri, astronomiya, biologiya və geologiya kimi mövzular üçün təbii dünyada və elmlərdə də istifadə olunur. Layihə menecmenti üçün arı bir zaman qrafiki istifadə olunur. Xronologiya Kro‌noZum — Böyük Tarixin vaxt qrafiki görüntüləmək üçün açıq mənbə layihədir.
Vaxt tənliyi
Vaxt tənliyi — eyni an üçün verilmiş coğrafi meridianda orta və həqiqi Günəş vaxtlarının fərqidir. η = T m − T ⊙ = t m − t ⊙ {\displaystyle \eta =T_{m}-T_{\odot }=t_{m}-t_{\odot }} Vaxt tənliyini əslində vaxt düzəlişi adlandırmaq daha doğru olardı, lakin o tarixi olaraq astronomiyaya vaxt tənliyi kimi daxil olmuşdur.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Yaxşı vaxt
Yaxşı vaxt (ing. Good Time) — Coş və Benni Safdi qardaşları tərəfindən 2017-cı ildə çəkilmiş cinayət, triller filmi. Filmin baş rollarında Robert Pattinson və Benni Safdi çıxış edir. Film əqli qüsurlu qardaşı ilə soyğun etməyə çalışan Konni adlı bank soyğunçusundan bəhs edir. Onların planı uğursuz olanda Konni qaçmağı bacarır, ancaq qardaşı isə saxlanılır. Konni indi qardaşını xilas etmək üçün bir yol tapmalıdır. A24 filmləri Yaxşı vaxt — Internet Movie Database saytında.
Sərbəst atmosfer
Sərbəst bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Sərbəst dəmir
Sərbəst dəmir α — Fe — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalasıː nadir. Sərbəst dəmirin yaxın xassələrlə səciyyələnən tellurik – yer mənşəli (ferrit: adətən 2,9 at. %-dək Ni) və meteorit – kosmik mənşəli (kamasit: ~ 6,4 at. % Ni; tenit : 24 at. %-dən çox Ni) əmələ-gəlmələri ayrılır. Rəng – poladı-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – poladı-boz, parıltılı; Parıltı – metallik; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,3 (ferrit) — 8,2 (tenit) ; Sərtlik – 4–5; Ayrılma – ferrit və kamasitdə {100} üzrə mükəmməl; Sınıqlar – tikanlı; Başqa xassələr – döyüləndir; güclü maqnitlik xassəsinə malikdir; tərkibində 30 %-dən çox Ni olduqda tenit maqnitlik xassəsini itirir; Morfologiya – XX: çox nadir hallarda: heksaedrik və oktaedrik; İ: {111} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar, qeyri-düzgün formalı aqreqatlar, pulçuqlar, lövhələr, dendritlər, meteorit mənşəli əmələgəlmələr üçün səciyyəvi olan vidman-ştett fiqurları, plessit – kamasit və tenitin incə qatışıqları. Tellurik dəmir ilkin maqmatik əmələgəlmə, yaxud dəmirli birləşmələrin reduksiya məhsulu hesab edilir. Mineralın kütləsi bir neçə tona, nadir hallarda 20 tona çatan ən iri yığınları bazaltlarda yerləşir. Onun tapıntıları serpentinləşmiş ultrabazitlərdə də qeyd olunmuşdur.
Sərbəst güləş
Sərbəst güləş — güləş növü. Sərbəst güləş, güləşin iki qolundan biridir. Olimpiya oyunlarında idman növləri arasında mühüm yer tutur. Qədim tarixi dövürlərdən bu yana xalqımızın ata idman növü hesab olunan güləş bu gündə gənclərimiz arasında sevilir.Sərbest güləşdə əsas məqsəd rəqibin belini tez bir zamanda döşəyə vurmaq hədəf götürülür.Yunan-Roma güləşindən fərqli olaraq,rəqibin ayaqlarından tutaraq fənd tətbiq etmək olar.Həmçinin güləşçi öz ayaqlarından da badalaq atmaq üçün və ya çarpaz fəndlər tədbiq etməklə xal əldə edə bilər.Güləş Olimpiya ailəsinə 1904 cü-ildə qəbul olunub.2004 cü-ildən etibarən isə,qadınlarında güləş üzrə Olimpiya oyunlarında iştiraklarına icazə verilib. İlk baxışdan klassik güləşməyə oxşayır. Lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə qarpız yemək, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.
Sərbəst gümüş
Sərbəst gümüş – Ag — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Küstelit (10 %-dək və daha çox miqdarda Au), animikit (Sb), çilenit (Bi), misli gümüş və b. Rəng – gümüşü-ağ, çox vaxt sarı və qəhvəyi çalarlı dəyişkən rəng alır; oksidləşdikdə qaralır; Mineralın cizgisinin rəngi – gümüşü-ağ, parıltılı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 9,6-12; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqvari, tikanlı, qabıqlı; Başqa xassələr – döyülən, əyilən və plastikdir; ən yaxşı elektrik və istilik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, oktaedrik, dodekaedrik, bəzən sap şəkilli kristallar – viskerlər; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: püruzlar, məftil formalı, eşilmiş məftil şəkilli, mamıraoxşar əmələgəlmələr, lövhəciklər, dendritlər, külçələr. Hipogen sərbəst gümüş hidrotermal yolla əmələ gəlir və adətən kalsit, barit və gümüş-arsenid damarlarında qeyd olunur. Məşhur Kobalt yatağında (Ontario əyaləti, Kanada) gümüşün bir neçə yüz kiloqramlıq külçə və lövhələri tapılmışdır. Hipergen sərbəst gümüşə bəzən çox iri külçələr şəklində qurğuşun-sink, gümüş və kolçedan-polimetal yataqlarında rast gəlinir. O, mis mineralları ilə birlikdə az miqdarda misli qumdaşlarında və şistlərdə qeyd edilir. Bəzən səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: argentit, pirargirit, prustit, stefanit, polibazit, qalenit, kobaltin, arsenopirit, nikelin, uraninit, kalsit, barit, dolomit və b.
Sərbəst kükürd
Sərbəst kükürd – α-S — Rombik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se) Rəng – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; Mineralın cizgisinin rəngi – samanı-sarı; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,05-2,09; S – 1,5-2; Ayrılma – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; Bölünmə – {111} üzrə; Sınıqlar – qeyri-düzgün, yarımqabıqlı; Başqa xassələr – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İkiləşmə: {101}, {110}, {011} üzrə; Mineral aqreqatları: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar. Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b.
Sərbəst mis
Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As) Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar. Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır.
Sərbəst platin
Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir. Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir. Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr. Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır.
Sərbəst qızıl
Sərbəst qızıl – Au — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Elektrum (Ag > 20 %), kuproaurid (20%-dək Cu), porpetsit (5-11 % Pd və 4 %-dək Ag), bismutoaurid (4%-dək Bi), rodit (Rh), iraurid (İr), platinli qızıl. Rəng – qızılı-sarıdan açıq-sarı (gümüşlə zəngin növ müxtəlifliklərində), xardalı-sarı və xardalı-qəhvəyiyədək (xardalı qızıl); Mineralın cizgisinin rəngi – qızılı-sarı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 15,5-19,3; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – tikanlı; Başqa xassələr – döyülən və uzanandır; yüksək elektrik və istilik keçiriciliyi ilə səciyyələnir; turşuya (çar arağı istisna olmaqla) davamlıdır; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: oktaedrik, pombododekaedrik, bəzən heksaedrik; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: qeyri-düzgün formalı dənələr, dendritlər, vərəqvari, sap şəkilli, məsaməli, tozaoxşar sönük parıltılı əmələgəlmələr (xardalı qızıl), kütləsi 150 kq və daha çox nəhəng külçələr. Qızılın hipogen əmələgəlmələri hidrotermal mənşəlidir. Qızıl filizi obyektlərinin əksəriyyəti turş intruziv süxurlarla genetik əlaqədar olan orta- və yüksəktemperaturlu plutonogen yataqlara aid edilir. Qızılın vulkanitlərlə paragenetik əlaqədar olan orta - və aşağıtemperaturlu vulkanogen yataqları da məlumdur. Filizlərdə, görünən qızılla yanaşı, çox vaxt müxtəlif sulfidlərdə, əsasən pirit və xalkopiritdə inçədispers halda yayılmış «bağlı» qızıl da qeyd edilir. Mineralın ekzogen əmələgəlmələrinə əsas etibarilə səpintilərdə rast gəlinir. Onlar filiz yataqlarının oksidləşmə zonalarında, bəzən qara qumlarda müşahidə olunur.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Sərbəst vəzn
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirmişdir. Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Sərbəst şeir
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirmişdir. Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Sərbəst rap
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Sərbəst rep
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. Rəsmdə iki taitili qız əks olunub. Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Real-vaxt strategiya
Real zamanda strategiya — strategiya videooyunları janrının alt-janrı olub, oyunçuların növbələşmə gözləmədən eyni vaxtda oynamağa davam etdikləri videooyun tipidir. Bu ifadə ilk dəfə Brett Sperri tərəfindən "Dune II" oyununun bazara çıxarılması zamanı istifadə olunub. RTS oyunlarında, digər müharibə oyunlarında olduğu kimi, iştirakçılar öz qüvvə və tikililərini özləri qurub xəritənin müvafiq hissələrində yerləşdiri və ya rəqiblərinin mülk və texnikalarını məhv edirlər. Tipik RTS oyunlarında oyun ərzində əlavə texnika və binaların yaradılması mümkündür. Bu vasitələr çox vaxt məhdud kəmiyyətli ehtiyatların (yanacaq, material və s.) hesabına qurulur. Bu ehtiyatlar xəritənin xüsusi hissələrində verilmiş mənbələrin nəzarət altına götürülməsi və ya yığım/emal üçün qurulmalı olan tikililərə bu məqsəd üçün nəzərdə tutulmuş texnikanın köməyi ilə əldə olunur. RTS oyunları üçün ehtiyatların yığılması, bazanın tikilməsi, oyundaxili texnologiyaların inkişaf etdirilməsi və qüvvələrin dolayı idarə olunması səciyyəvi xüsusiyyətlərdir. RTS oyunlarında oyunçuya verilən tapşırıqlar çox diqqət və vaxt tələb edə bilər, qalib gəlmək üçün təklif olunan istifadəçi interfeysi mürəkkəb olur. Digər videooyun janrları konseptual və oyun praktikası olaraq RTS-lərlə ortaq xüsusiyyətli olsalar da, RTS oyunları qədər mürəkkəbliyə malik deyil. Məsələn, şəhərtikmə oyunları, inşaat və idarəetmə simulyasiyatorları və real zamanda taktika oyunları "real zamanda strategiya" kateqoriyasına aid edilmir.
Şərqi vaxt zonası
Şərqi vaxt zonası (ing. Eastern Time Zone), Amerika Birləşmiş Ştatları və Kanadanın şərq hissəsini, Cənubi Amerika qitəsini və Karib hövzəsini əhatə edən saat qurşağıdır. Qış mövsümündə Koordinasiya edilmiş ümumdünya vaxtı ilə 5, yaz mövsümündə isə 4 saat fərq var. Kanadanın aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Ontario Kvebek Nunavut Amerika Birləşmiş Ştatlarının aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Qərbi Virciniya Konnektikut Delaver Corciya Men Merilend Massaçusets Nyu-Hempşir Nyu-Cersi Nyu-York ştatı Şimali Karolina Ohayo Pensilvaniya Rod-Aylend Virciniya Aşağıdakı ölkər də şərqi vaxt zonasından istifadə edirlər: Meksika Panama Yamayka Haiti Kuba Baham adaları Cənubi Amerika qitəsində bəzi ölkələr də şərqi vaxt zonasından istifadə edirlər: Kolumbiya Ekvador (Qalapaqos adaları istisna) Peru Braziliyanın bəzi regionları Akri Amazonas — Əyalətin cənub-qərbindəki region.