sakitləşdirmə

sakitləşdirmə
sakitləşdirilmək
sakitləşdirmək
OBASTAN VİKİ
Sakitləşdirmə siyasəti
Təcavüzkarı sakitləşdirmə siyasəti (ing. Appeasement) — təcavüzkara güzəştə getməyə əsaslanan siyasət. Təcavüzkarı sakitləşdirmə siyasəti işğalçı dövlətin süni şəkildə qızışdırdığı beynəlxalq mübahisələrin həllindən və bu doktrina müəlliflərinin nöqteyi-nəzərindən təcavüzkar siyasət yürüdən tərəfə təslim olmaq yolu ilə münaqişələrin həllindən, ikinci dərəcəli və əhəmiyyətsiz məsələlərdən ibarətdir. Termin ən çox Nevill Çemberlen, eləcə də Boldvin və Makdonaldın başçılıq etdiyi Britaniya hökumətinin 1933-1939-cu illərdə nasist Almaniyasına və qismən də faşist İtaliyasına qarşı xarici siyasətinə istinad etmək üçün istifadə olunur, xüsusilə də 1937-1939-cu illərdə aydın şəkildə özünü göstərir. Bu siyasət Versal sisteminin, Millətlər Liqasının və kollektiv təhlükəsizlik sisteminin həlledici şəkildə deqradasiyasına, Avropada qüvvələr balansının köklü şəkildə dəyişməsinə, Böyük Britaniya və Fransanın geosiyasi mövqelərinin zəifləməsinə, Almaniya və İtaliyanın mövqelərinin isə güclənməsinə səbəb olmuşdur. == Birinci Dünya müharibəsindən sonrakı siyasi vəziyyət == Birinci Dünya müharibəsində qalib gələn keçmiş Antanta müttəfiqləri Böyük Britaniya, Fransa və İtaliya Avropada tam hərəkət azadlığına malik idilər. Avropanın geosiyasi xəritəsi əsasən 1919-cu ildə Versal müqaviləsinin imzalanması ilə yaradılmışdı. Müqavilə Almaniya Respublikasına ciddi məhdudiyyətlər qoymuş, bir sıra alman torpaqlarının ilhaqına, Almaniyanın daxilində sosial-siyasi gərginliyə gətirib çıxarmış iqtisadi zəifliyin, revanşizm ideyalarının yaranmasına və radikal siyasi partiyaların populyarlaşmasına səbəb olmuşdu. Avstriya-Macarıstan imperiyası bir neçə nisbətən kiçik müstəqil dövlətlərə bölünərək mövcud olmağı dayandırdı. Antanta ölkələrindən biri olan Rusiya imperiyasında Birinci Dünya müharibəsi illərində fevral və oktyabr inqilabları baş verdi və bolşeviklər hakimiyyətə gəldilər.

Digər lüğətlərdə