SALAT¹

\[ər.\] салат (кьейиди кучуддай юкъуз адан кӀвалин къавал ван алаз кӀелдай минажат); salat çəkmək салат чӀугун (кьенвай касдин кӀвалин къавал кӀевиз ванцелди минажат кӀелун).
SALAMSIZ-KALAMSIZ
SALAT²
OBASTAN VİKİ
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Meyvəli salat
Meyvəli salat - müxtəlif meyvələrdən hazırlanan salat növü. Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş ( quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Yana Salat
Yana Salat (d. 6 aprel 1979) — Kanadanı təmsil edən su poloçusu. Yana Salat, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yana Salat, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Ağ lobya salatı
Bahar salatı
Fransız salatı
Kapreze salatı
Kapreze salatı (it. insalata caprese və ya sadəcə kapreze) — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duz və zeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı. Restoranlarda adətən boşqaba düzülür. Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər. Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub. Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir. Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kobb salatı
Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, Amerika perseyası, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir. Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür. Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb. Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir.
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Manqal salatı
Mimoza salatı
Miçiqan salatı
Miçiqan salatı (ing. Michigan salad) — Miçiqanda, Detroytda və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növü. Qurudulmuş albalı, mavi pendir və salamura sousu ilə hazırlanır. Bəzi reseptlərdə mavi pendir əlavə edilməz, müxtəlif meyvələr əlavə olunar.
Nar salatı
Oliviye salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Salataviya
Salataviya (qum. Сала-тав sözündən — Sala dağları) — Dağıstanda tarixi və coğrafi bölgə, Sulak çayının sol sahilində yerləşir. Şimaldan Kumık düzlüyü ilə həmsərhəddir və şərqdə Çirkey və Çir-Yurt torpaqları ilə birləşir. Şamxal mülklərinə bitişik olaraq, cənubdan Salataviya, Gümbet yüksək dağları ilə, qərbdə isə mənbələrindən Aktaş çayı ilə ayrılmış meşəli Aux ilə əhatə olunmuşdur. Mərkəzi — Çirkey.
Sezar salatı
Toyuq salatı
Tərəvəz salatı
Valdorf salatı
Valdorf salatı (ing. Waldorf salad) — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatı. Qozun digər növləri əlavə olunmasına icazə verilir. Həmçinin təzə üzüm və ya kişmiş əlavə edilə bilər. Valdorf salatı ilk dəfə 14 mart 1896-cı ildə Müqəddəs Məryəm Uşaq Xəstəxanasının şərəfinə xeyriyyə üçün Nyu-Yorkdakı Valdorf otelində düzəldilmişdir. Valdorfun metrdoteli Oskar Tsikiri həmin yeməyi inkişafında və yeni reseptlərə ruhlandırmada böyük rol oynadı. 1896-cı ildə "Valdorfun Oskarı" tərəfindən salat "Kulinariya kitabı" (ing. The Cook Book) adlandırdıldı. Orijinal reseptdə qoz-fındıq yox idi, lakin 1928-ci ildə Kulinariya kitabında reseptə onlar da əlavə edildi. Arnold E. Bender, David A. Bender.
Valdporf salatı
Valdorf salatı (ing. Waldorf salad) — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatı. Qozun digər növləri əlavə olunmasına icazə verilir. Həmçinin təzə üzüm və ya kişmiş əlavə edilə bilər. Valdorf salatı ilk dəfə 14 mart 1896-cı ildə Müqəddəs Məryəm Uşaq Xəstəxanasının şərəfinə xeyriyyə üçün Nyu-Yorkdakı Valdorf otelində düzəldilmişdir. Valdorfun metrdoteli Oskar Tsikiri həmin yeməyi inkişafında və yeni reseptlərə ruhlandırmada böyük rol oynadı. 1896-cı ildə "Valdorfun Oskarı" tərəfindən salat "Kulinariya kitabı" (ing. The Cook Book) adlandırdıldı. Orijinal reseptdə qoz-fındıq yox idi, lakin 1928-ci ildə Kulinariya kitabında reseptə onlar da əlavə edildi. Arnold E. Bender, David A. Bender.
Vineqret salatı
Vineqrat salatı - Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salat. Süfrəyə soyuq halda verilir. Salatın adı Avropada və inqilabaqədərki Rusiyada salatlara əlavə olunan və əsasən sirkə, zeytun yağı və xardaldan hazırlanan fransız sousu vineqretin (fransız dilində:vinaigrette) adından yaranmışdır.
Yumurta salatı
Yumurta salatı (ing. Egg salad) — göyərti, baharat və yumurtanın mayonezlə qarışdırılması ilə hazırlanan salat. Yumurta salatı doğranmış qatı qaynadılmış yumurta, mayonez, xardal, xırtıldayan kərəviz və soğan, duz, qara bibər və bibərdən hazırlanan bir salat növüdür. Soyuq qidalar əlavə etməklə salatı zənginləşdirmək olar. Donuz basdırması, bibər, pendir, xiyar və soğan kimi qida məhsullarını əlavə etmək olar. Rusiya və SSRİ zamanı oliviye salatı olaraq da bilinirdi.
Yunan salatı
Yunan salatı (yun. χωριάτικη σαλάτα) — yunan mətbəxində salat növü.

Значение слова в других словарях