sallaqqulaq

sallaqqulaq
sallaqqarınlı
sallaqqulaqlı
OBASTAN VİKİ
Şotland sallaqqulaq pişiyi
Şotland sallaqqulaq pişiyi və ya skottiş – fold (ing. Scottish Fold) — məxsusi qulaq quruluşu olan (qulaqlar önə və aşağı əyilmiş) pişik cinsi. Bu pişiklərin qeyri – adi xarici görünüşünün səbəbi genetik mutasiyadır. Öz yaranmasına görə bu pişiklər 1961 – ci ildə Şotlandiyanın Petşir qraflığında yerləşən fermada doğulmuş və gözlənilməz mutasiya aşkarlanmış pişik balalarına borcludurlar. Çoban Uilyam Ross ağ pişik balası Syuzini əldə edir. Müasir skotiş – foldlar məhz Syuzidən törəyiblər. Təəssüflər olsun ki, bu pişik erkən yaşda avtomobilin altında qalsa da o vaxta qədər o, daha bir qulağı sallaq pişik balasını – Snuksu dünyaya gətirməyə macal tapmışdı. Snuks bu cins pişiklərin artmasında böyük rol oynamışdır. İlk vaxtlar hesab edirdilər ki, bu pişiklər kardır. Lakin bu ehtimallar özünü doğrultmadı amma xüsusi quruluşuna görə onların qulaqlarına tez – tez təmizləmə lazımdır.

Digər lüğətlərdə