sarıbülbül
sarıcalı
OBASTAN VİKİ
Sarıca
Sarıca (Şəki)
Sarıca (Marağa)
Sarıca (fars. ساروجه‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (41 ailə).
Sarıca (Şəki)
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir. == Tarixi == Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur. == Əhalisi == Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur.
Sarıca bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Sarıca (Sayınqala)
Aşağı Sarıca (fars. ساروجه سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).
Sarıca-Minbərək abidələri
Sarıca-Minbərək abidələr qrupu — Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksi == Ümumi məlumat == Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir. Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur. Burada Xocalı-Gədəbəy və Yaloylutəpə mədəniyyətinə aid abidələr də tapılmışdır.
Yuxarı Sarıca (Sayınqala)
Yuxarı Sarıca (fars. ‎ساروجه عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 571 nəfər yaşayır (101 ailə).
Alp sarıcası
Alp sarıcası (lat. Colias thisoa) — pulcuqqanadlılar dəstəsinə, ağ kəpənəklər fəsiləsinə aid nadir kəpənək növü. == Qısa təsviri == Kəpənək qanadları açılmış halda 45-50 mm-ə çatır. Rəngi müxtəlifdir. Erkək fərdlərin rəngi açıq narıncı olub, qanadlarının xarici kənarı ensiz qara haşiyəlidir. Dişi fərdlərin rəngi tünd narıncı olub, qanadlarının kənarındakı haşiyə enlidir. == Yayılması == Qafqaz, Orta Asiya dağlarında, Azərbaycanda Dərəlyəz və Zəngəzur dağ silsiləsində (Kiçik Qafqaz) və Şahdağda (Böyük Qafqaz) yayılmışdır. == Həyat tərzi == Dəniz səviyəsindən 2000-2500 m yüksəklikdə tikanlı gəvən qarışıqlı alp otları bitən sıldırım yamaclarda yaşayır. İyunda və iyulun əvvəlində uçur, şığıyır və yer səthindən çox yüksəyə qalxmır. Dişi fərdlər nadir hallarda uçur, əksər hallarda otlar üzərinə qonur.
Avrorina sarıcası
Avrorina sarıcası (lat. Colias aurorina) — pulcuqqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinə aid nadir növ. == Təsviri == İri kəpənəkdir, qanadları açılmış halda 60–70 mm olur. Ön qanadının uzunluğu 25–31 mm-dir. Qanadların rəngi kərpici-narıncı olub, kənarlarə bozumtul-qara haşiyəlidir. Dişilərdə bu haşiyə sarı ləkəlidir. Ön qanadların ortasında qara, arxa qanadların ortasında isə qırmızımtıl-narıncı ləkə vardır. == Yayılması == Suriya, Livan, Türkiyə, İran, Yunanıstan, Qafqaz, Orta Asiyada yayılmışdır. Azərbaycanda Naxçıvan MR-da (Şahbuz rayonu), Şamaxı rayonunda (Astraxanka), Altıağacda, Talışda (Zuvand) rast gəlinir. == Həyat tərzi == Kəklikotunun, traqakantın, gəvənin çox olduğu kserofil bitki örtüklü quru yamaclarda yaşayır.
Cəfərqulu xan Sarıcalı-Cavanşir (kitab)
Fəzləli bəy Sarıcalı-Cavanşir
Fəzləli bəy Sarıcalı-Cavanşir — Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Əfşar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi (sonradan Pənahəli xan) öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Qarabağ ellərinin sürgününə görə Nadir şaha açıq — aşkar etiraz etdiyi üçün Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar. == İstinadlar == == Həmçinin bax == Qarabağ xanlığı == Ədəbiyyat == Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Hacı Ağalar bəy Sarıcalı-Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hüseyn ağa Sarıcalı-Cavanşir
Hüseyn ağa Sarıcalı-Cavanşir (1854 -1924) — şair. == Həyatı == Hidayət ağanın ikinci oğlu Hüsеyn ağa 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Xoştəb şair, xеyrxah insan idi.Onun da nəsibinə sürgün, zindan payı düşmüşdü. 1890-cı ilin yayında Cəbrayılda alman tədqiqatçı Qustav Radde ilə görüşmüşdü. Radde kitabında onu "qəza rəisinin köməkçisi" kimi təqdim edir. Daha sonra tutulub Sibirə sürgün еdilmişdi. Zindan çəkib gələndən sonra atasının ayırdığı mülkü idarə еdirdi. 1895-ci ildə Zaqafqaziya diyarının aksiz idarəsində tütün üzrə nəzarətçi vəzifəsində çalışmışdı. Hüsеyn ağanın torpaqları Ziyarət dağından Arazboyuna qədər uzanırdı.
Həsənəli bəy Sarıcalinski
Həsənalı bəy Mehdi bəy oğlu Sarıcalınski — aktyor. Mirzə Mehdi bəy Sarıcalinskinin oğlu. == Həyatı == Şuşa qəza məktəbində oxumuşdur. Uzun illər vəkil işləmişdir.Şuşa Teatrında aktyor kimi çalışmışdır. 1882-ci ildən etibarən isə Şuşada teatr tamaşaları daha da təkmilləşməyə başlayır. Mənbələrdə deyilir: “Burda hətta müəllimlər də yay tətili zamanı bir araya toplaşaraq M.F.Axundovun əsərlərindən ibarət tamaşalar hazırlayırdılar. Bu tamaşalarda Yusif bəy Məlikhəqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Mııxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu iştirak edirdilər. Onlar əsasən M.F.Axundovun komediyalarını oynayırdılar”.
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kürd sarıcası
Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir. == Təsviri == Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir. == Yayılması == Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv.
Kəmalə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya (22 oktyabr 1926, Ağdam rayonu – 2012) — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Mehdiqulu xan Sarıcalı-Cavanşir
Mehdiqulu xan Cavanşir — Qarabağın sonuncu xanı. Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Tacbəxş — İran jandarmasının komandanı.
Mehrəli bəy Sarıcalı-Cavanşir
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Qafqaz sarıcası
Qafqaz sarıcası (lat. Colias caucasica) -Pulcuqqanadlılar dəstəsinə və Ağ kəpənəklər fəsiləsinə aid növ. == Təsviri == İri kəpənəkdir, qanadları açılmış halda 50–55 mm-ə çatır. Qanadları qırmızımtıl – narıncı rəngdə olub, kənarları enli qara zolaqlıdır. Ön qanadın üzərində iri qara nöqtə vardır. Arxa qanadın mərkəzində dairəvi narıncı ləkə vardır. Qanadın alt səthində bu ləkə iridir və ikiqatdır. == Yayılması == Gürcüstanda Borjomi, Tsaqveri, Bakuriani. Azərbaycanda Murovdağ silsiləsinin cənub yamacları. == Həyat tərzi == Traqakant tikanlı gəvən və müxtəlif ot bitkilərinin bitdiyi sıldırım yamaclar.
Sarıcalar
Sarıcalar (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur. Sarıcalar (Türkiyə) — Bolu ilinin Göynük ilçəsinin kəndi Sarıcalar (cins) — Ağ kəpənəklər fəsiləsinə aid kəpənək cinsi.
Sarıcalar (Saatlı)
Sarıcalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2780 nəfərdir. == Toponimikası == Saatlı r-nunun eyni­adlı i.ə.v.-də qəsəbə. Muğan düzündədir. Əsl adı Sancalılardır. Sonralar təhrif olunaraq Sancalar formasına düşmüşdür. Yaşayış məntəqəsi bəhmənli tayfasının sarıcalı (sarıcaəlili) qolunun məskunlaşması nəticə­sində yaranmışdır.
Sarıcalar (Zəngibasar)
Sarıcalar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Zəngi çayının yanında yerləşirdi. Zəngibasar rayonu yaradılanadək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Saracalar formasında verilir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Sarucalar kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1588-ci ilə aid mənbədə Qarabağda qışlayan bir el Sarıcalı adlanırdı [167]. XIX əsrin əvvəllərində Qarabağda yaşayan tayfalardan biri Sarıcalı idi Mənşəcə bu tayfa Əfşarlara məxsusdur. == Etimologiyası == Toponim sarıcalılar türk tayfasının adı əsasında yaranmışdır.
Sarıcalar (cins)
Sarıcalar (lat. Colias) — Ağ kəpənəklər fəsiləsinə aid kəpənək cinsi. Qanadlarının kənarları dairəvi olması ilə seçilir. Cins 70 bioloji növü özündə birləşdirir. Onlar əsasən tropik qurşağdan kənar ərazilərdə yayılmışlar.
Saylı Sarıcalı yaşayış yeri
Saylı Sarıcalı — yaşayış yeri Ağcabədi rayonu Sarıcalı kəndindən 1,6 km şimal-şərqdə 1 saylı Quzanlı qaçqın qəsəbəsinə gedən yolun üzərində yerləşir. Diametri 100 m, hündürlüyü 1 m-ə yaxın olan təpənin mərkəzi hissəsindən yol keçir. Abidənin səthi və ətrafları dağılsa da arxeoloji qazıntılar aparmaq üçün hələ də salamat hissələr qalmaqdadır. Yaşayış yeri Leylatəpə mədəniyyətinə aiddir.

Digər lüğətlərdə