SARDONİK

Sahəsinə görə yalnız Siciliyadan geri qalan Sardiniya Aralıq dənizinin ikinci böyük adasıdır. Ancaq Siciliyanın zəngin tarixə malik olmasına rəğmən Sardiniyanın keçmişi haqda biz, demək olar ki, heç nə bilmirik. Bircə bu adanın dəfələrlə əldən-ələ, Karfagendən Romaya, sonra vandallara, Bizansa, ərəblərə və ispanlara keçməsi barədə məlumatımız var. Buna onu əlavə edə bilərik ki, 1859-cu ildə İtaliyanın birliyi uğrunda hərəkat məhz buradan başlandı. Sardiniya birləşmə uğrunda mübarizə illərində şöhrət qazandı.

Bununla belə, ingilis dilində bu adanı xatırladan iki söz var. Əvvəllər ancaq Sardiniya sahillərində ovlandığından siyənək fəsiləsindən olan xırda balıq sardina adlanır.

Üstəlik, qocalar Sardiniyada zəhərli bitkinin mövcudluğundan danışırdılar. Bu bitki ilə təmas insanda üz əzələlərinin yığılaraq dodaqları dartmasına gətirib çıxarır, bu isə, öz növbəsində, həmin adamın sanki əcaib bir ifadə ilə gülümsədiyi təəssüratı oyadır. O vaxtdan acı, istehzalı gülüş, həmçinin nifrət və rişxəndlə dolu üz ifadələri sardonik adlandırılır. (Ayzek Azimov. Sözlərin tarixi)

SARDİN BALIĞI
SARĞI