sarkoidoz

sarkoidoz
sarkofaq
sarkoma
OBASTAN VİKİ
Sarkoidoz
Sarkoidoz — 140 ildən çoxdur ki, tanınmasına baxmayaraq hələ də tam səbəbi və müalicəsi bilinməyən tibbin ən çətin, ən dəyişkən xəstəliklərindən biridir. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Siqaret çəkənlərdə və 20–40 yaş arası qadınlarda daha çox görünür. Uşaq və yaşlılarda bu xəstəliyə nadir hallarda rast gəlinir. Danimarkalı və isveçlilərdə digər avropa ölkələrinin nümayəndələrinə nisbətən daha çox rast gəlinir. Eyni zamanda afroamerikalilarda digər irqlərə nisbətən rast gəlmə tezliyi 10 dəfə çoxdur. Xəstəlik aylarla, illərlə davam edə bilir. Xəstəliyin etiologiyası barədə tam informasiya olmadığına görə ümumi müalicə təyin edilir. Sarkoidoz, demək olar ki, bütün toxuma, orqanları tutan və səbəbi tam olaraq bilinməyən, sistemli qranulomatoz bir xəstəlikdir. Xəstəlik bütün toxuma və orqanlarda görünə bilməklə yanaşı, ən çox ağciyər, dəri və döş qəfəsindəki limfa vəzilərini zədələyir və bir çox orqanda birdən meydana çıxa bilir.