Savromatlar
Savromatlar (q.yun. Σαυρομάται)—Skiflərə yaxın köçəri xalq.
Herodot göstərir ki, savromatlar skiflərlə amazonların qarışığından törəyiblər.
Antik dövrün tarixçiləri amazonları savromat tayfasının qadın nümayəndələri hesab edirdilər. Onlar istər təsərrüfat, istərsə də hərbi məsələlərdə qadınlar tərəfindən idarə olunurdular. Basqınları gözlənilməzliyi və qəddarlığı ilə seçilirdi. Qadına məxsus qədimi hiyləgərlikdən istifadə edərək, onlar heç vaxt açıq-aşkar hücum etmirdilər. Çöllərdəki yarıac həyat onları daş dövrünün qanunları ilə yaşamağa vadar edirdi. Amazonkaların məişət əşyaları antik şəhərlərdən qarət yolu ilə əldə etdiklərindən ibarət idi. Məqsədləri qazandıqları qənimətlə ərzaq ehtiyatını artırmaq idi.