say-hesabsız

say-hesabsız
say-hesablı
say-seçmə
OBASTAN VİKİ
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
0 (say)
2894( Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
1000000000 (say)
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
1000000 (say)
Milyon (Qıs.şək. mln.) — min dəfə min, yanında altı sıfır olan ədəd 106. BS sistemində aşağıdakılara aid edilir: mega — milyonlar üçün (106) və mikro — bir milyon üçün (10−6). Azərbaycan dilində çox sayda və ya həcmdə olan nəyisə ifadə etmək üçün də istifadə edilir. Bir milyon mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 25, 32, 40, 50, 64, 80, 100, 125, 160, 200, 250, 320, 400, 500, 625, 800, 1000, 1250, 1600, 2000, 2500, 3125, 4000, 5000, 6250, 8000, 10.000, 12500, 15625, 20.000, 25.000, 31250, 40.000, 50.000, 62500, 100.000, 125.000, 200.000, 250.000, 500.000, 1.000.000 ədədlərinə qalıqsız bölünür. == Digər izahlar == 1992-ci ildən Dauqavpilsdə (Latviya) " Milyon " adlı qəzet nəşr edilir.. 1990- cı illərin axırı və 2000-ci illərin əvvəlində milyon ədədini limon ara sözü ilə əvəz edirdilər.insta@huseynalizada01 takip edib bütün paylasimları bəyənməyi unutmayın!!!
1000 (say)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
10 (say)
On — say sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir. == Ümumi məlumat == İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər.
11 (say)
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. == Riyaziyyatda == On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. === Əsas hesablamalarda === === Say sistemində === == Elmdə == Natriumun atom rəqəmi.
12 (say)
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. == Ümumi məlumat == Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
13 (say)
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. == Ümumi məlumat == Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
14 (say)
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
15 (say)
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
16 (say)
On altı — say sistemində ədədlərdən biridir. on beşdən sonra, on yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
17 (say)
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
18 (say)
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
19 (say)
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. == Elmdə == == Dində == 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
Say (coğrafiya)
Say — Dəniz, çay, göl daxilində mövcud olan və gəmiçiliyiə maneə törədən dayaz yer. Bu dayazlıqlar əsasən qum və ya çınqılın bir yerə toplanması nəticəsində yaranır. Vulkanik məşəlli ola bilir. Üstəlik insan və heyvanların fəzaliyyəti nəticəsində yarana bilər. Okeanların materik sahili ərazilərinə yaxın ərazilərdə formalaşan bu tip saylar şelf adlanır. Saylar su altında əbədiyyən görünməz halda qala bildiyi kimi bəziləri çəkilmə zamanı suyun üzünə çıxır. Bu zaman onlar ada, dil formasında təzahür edir. Çay yatağında əmələ gələn sayları hətta piyada belə keçmək olar.
Say Tvombli
Say Tvombli (ing. Edwin Parker "Cy" Twombly, Jr.); 25 aprel 1928 - 5 iyul 2011)—ABŞ rəssamı, heykəltəraşı. == Həyatı == Say Tvombli 1928- ci il aprel ayının 25-də ABŞ-nin Virciniya ştatında anadan olmuşdu. 1947 -1949-cu illərdə Bostonda oxumuşdu.Frans Klaynın şagirdlərindəndir. Amerika abstraktsionisti Say Tvombli özünəməxsus üsluba malikdir. Onun 1970-ci ildə çəkdiyi əsər 69.6 milyon dollara satılıb. === Vəfatı === Say Tvombli 2011-ci ilin 5 iyul tarixində Romada vəfat etmişdir. == Şəxsi sərgiləri == == Xarici keçidlər == Gagosian Gallery Работы в музеях мира ArtNet ArtFacts Cy Twombly: Comprehensive collection of more than 150 images of artist’s works with biography, articles and exhibition information.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Say sistemi
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Say sistemləri
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Say (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Say (dəqiqləşdirmə)
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Say (qrammatika)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.