SAYILMAQ
SAYMA
OBASTAN VİKİ
Saylı Sarıcalı yaşayış yeri
Saylı Sarıcalı — yaşayış yeri Ağcabədi rayonu Sarıcalı kəndindən 1,6 km şimal-şərqdə 1 saylı Quzanlı qaçqın qəsəbəsinə gedən yolun üzərində yerləşir. Diametri 100 m, hündürlüyü 1 m-ə yaxın olan təpənin mərkəzi hissəsindən yol keçir. Abidənin səthi və ətrafları dağılsa da arxeoloji qazıntılar aparmaq üçün hələ də salamat hissələr qalmaqdadır. Yaşayış yeri Leylatəpə mədəniyyətinə aiddir.
123 saylı Nüvə Razılaşması
123 Sazişi, Saziş 123 və ya 123 saylı Nüvə Razılaşması — ABŞ-nin 1954-cü il Atom Enerjisi Aktının "Başqa Millətlərlə Əməkdaşlıq" başlıqlı 123-cü Maddəsi. ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsidir. Bu günə qədər ABŞ 48 ölkə ilə təxminən iyirmi üç saziş imzalayıb. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123 müqavilə 123 Sazişinin "qızıl standartı" adlandırılır.
121 saylı Laçın seçki dairəsi
122 saylı Xankəndi seçki dairəsi
123 saylı Kəlbəcər seçki dairəsi
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
AŞPA-nın 2085 saylı qətnaməsi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 saylı qətnaməsi — Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 26 yanvar 2016-cı ildə qəbul edilmiş qətnamə. Sənəddə Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına istinad edilməklə, sudan istifadə hüququnun əhəmiyyəti və dövlətlərin bu hüququ təmin etmək öhdəliyi vurğulanır. Qətnamədə, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 may 2014-cü il tarixli bəyanatına da xatırlatma edilir. AŞPA-nın 2085 saylı qətnaməsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının cari vəziyyətinin yeni humanitar böhran yarada bilməsi ehtimalı qeyd olunmuş və Ermənistan hakimiyyətindən su ehtiyatlarından "siyasi təsir aləti və ya təzyiq vasitəsi kimi istifadəni dayandırması" tələb edilmişdir. Bununla yanaşı, sənəddə sözügedən məsələ ilə bağlı hesabatın hazırlanması zamanı Ermənistan parlamentinin nümayəndə heyətinin və digər səlahiyyətli şəxslərin əməkdaşlıq etməməsi Assambleya tərəfindən qətiyyətlə pislənilmişdir. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış münaqişə tezliklə genişmiqyaslı müharibəyə çevrilir və Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Ermənilər tərəfindən ələ keçirilmiş strateji əhəmiyyətli obyektlərdən biri də Sərsəng su anbarı olur. Hələ 1976-1977-ci illərdə Heydər Əliyevin Azərbaycan KP MK-nin I katibi olduğu dövrdə həmin anbarla yanaşı, Tərtər çayı üzərində gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası da tikilib istifadəyə verilmişdi. Nəticədə nəinki içməli suyun təmin edilməsinə, həm də Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 120 min hektara yaxın əkin sahələrinin suvarılmasına nail olunmuşdu. Müharibənin başlanması Azərbaycanın ən yüksəklikdə yerləşən və Qarabağ iqtisadi rayonunun ümumi su tutumu 575 mln m³ olan ən iri su hövzəsinə – Sərsəng su anbarına da öz təsirini göstərir.
106 saylı avtobusun partladılması
106 saylı avtobusun partladılması — 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi. == Haqqında == 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı. Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. == Nəticə == İki uşaq anası olan bir qadın həlak olmuş, üç nəfər yaralanmışdır. == İstinadlar == == Ədəbiyyat == "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il. == Xarici keçidlər == Təmiz Söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı.
4.1 saylı layihə
4.1 saylı layihə (ing. Project 4.1) — Bu ad altında aparılmış tibbi təcrübəni Marşall adalarının sakinlərinin başına gətirib. 1954-cü ilin martın 1-də atom partlayışı nəticəsində alınmış radiasiyanın nəticələrini insanlar üzərində müşahidə etmək üçün amerikalılar belə dəhşətli təcrübəyə qol qoydular. Onlar belə nəticələri heç gözləmirdi. Təcrübədən sonrakı ilk 5 ildə uşaq salma və ölü doğulma halları həmişəkindən 2 dəfə artmışdı. Sağ qalanların əksəriyyəti xərçəng xəstəliyinə tutuldu.
701 saylı Motoatıcı Briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
701 saylı hərbi briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
701 saylı hərbi hissə
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
811 saylı hərbi hissə
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
103 saylı Gədəbəy seçki dairəsi
105 saylı Tovuz seçki dairəsi
107 saylı Qazax seçki dairəsi
108 saylı Ağstafa seçki dairəsi
109 saylı Balakən seçki dairəsi
110 saylı Zaqatala seçki dairəsi
112 saylı Qax seçki dairəsi
116 saylı Qəbələ seçki dairəsi
11 saylı Qaradağ seçki dairəsi
29 saylı Səbail seçki dairəsi
2 saylı Şərur seçki dairəsi
45 saylı Abşeron seçki dairəsi
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
Malaysia Airlines 370 saylı uçuş (8 mart 2014)
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Saylıkma Kombu
Saylıkma Kombu (tuvaca: Сайлыкмаа Комбу d. 12 dekabr 1960) – tuvalı ədəbiyyatçı, tənqidçi, tərcüməçi və şair. 12 dekabr 1960-cı ildə Tuvanın Baytayqa bölgəsinin Baytal kəndində anadan olmuşdur. Qızıl Səhiyyə Məktəbindən 1979-cu ildə məzun olduqdan sonra, 1984-cü ildə filologiya fakültəsində təhsilini davam etdirmiş və oradan da məzun olmuşdur. Rusiya Federasiyasında Dünya Ədəbiyyatı İnistitutunda assistant olaraq işləmişdir. 1999-cu ildə "Çağdaş Tuva şeri: növ sistemi" ilə doktorantura mövzusunu müdafiə etmişdir. Uzun müddətdir Tuva Dövlət Universitetində işləməkdədir. Tuva şer dünyasına bir çox dünya şairinin əsərlərini qazandırmışdır. Puşkin, Nekrasova, Tutçeva, Feta, Safpo, Ahmatov, Tsvetayev, Admadulin, Dobrinov kimi şairlərin əsərlərini tərcümə etmişdir. Türkiyə türkcəsi, Altay türkcəsi, Çuvaş türkcəsi və Monqol dilindən topladığı şerləri ruscaya tərcümə etmişdir.
BMT Təhlükəsizlik Şurasının 1047 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1047 saylı qətnaməsi — 1996-cı il fevralın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3637-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994) və 955 (1994) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Luiza Arburu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir. Təhlükəsizlik Şurası 1 oktyabr 1996-cı ildən prokuror Riçard Qoldstounun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və kanadalı hakim Luiza Arburun səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.
BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi — 1998-ci il aprelin 30-da Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, RBCT-də III Palatanın yaradılmasını nəzərdə tutan, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3877-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurası xatırladıb ki, 955 saylı qətnamə RBCT-də məhkəmə palatalarının və hakimlərin sayının artırılmasına icazə verir. Qətnamə Ruandada beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyət daşıyanların mühakimə olunmasının sülh və barışığa töhfə verəcəyini təsdiqləyib. Sənədə görə mühakimə olunmağı gözləyən çox insan olduğu üçün Ruanda məhkəmə sisteminin gücləndirilməsinə ehtiyac da var idi. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən fəaliyyət göstərən Təhlükəsizlik Şurası RBCT-də üçüncü məhkəmə palatası yaratdı və məhkəmə palatalarına seçkilərin 24 may 2003-cü ildə, yəni cari hakimlərin səlahiyyət müddətinin başa çatacağı tarixdə keçiriləcəyini bildirdi. Hakimlər seçkilərdən sonra mümkün qədər tez öz səlahiyyətlərinin icrasına başlamalı idilər. RBCT-də əlavə səmərəlilik təşviq edildi və Baş katib Kofi Annandan Tribunalın səmərəli fəaliyyətini asanlaşdırmaq üçün tədbirlər görməsi xahiş olundu.
BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi — 1999-cu il avqustun 11-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4033-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994), 955 (1994) və 1047 (1996) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Karla Del Ponteni Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir. Təhlükəsizlik Şurası 15 sentyabr 1999-cu ildən prokuror Luiza Arburun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və isveçrəli prokuror Karla Del Pontenin səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.
BMT Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsi — 2003-cü il avqustun 28-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4817-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə BMT-nin 827 (1993), 955 (1994), 978 (1995), 1165 (1998), 1166 (1998), 1329 (2000), 1411 (2002) və 1431 (2002) saylı qətnamələrinə xatırlatma edilmişdir. Təhlükəsizlik Şurası, bu qətnamə ilə, 1999-cu ildən bəri bir vəzifəli şəxsin – Karla Del Pontenin səlahiyyətində olan Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (YBCT) və Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) üzrə prokurorluq funksiyasının bölünməsi barədə qərar qəbul etmişdir. == Qətnamə == Sənəddə Təhlükəsizlik Şurası hər iki tribunalın keçmiş Yuqoslaviya və Ruandada sülh və təhlükəsizliyə töhfə verməkdə əldə etdiyi irəliləyişi yüksək qiymətləndirmişdi. Şura Balkanlar və Afrikanın Böyük gölləri regionunda aidiyyəti dövlətlərin atdığı addımları alqışlayaraq, hər iki tribunalın məqsədlərindən birinin azadlıqda qalan bütün şəxslərin tutulması olduğunu qeyd etmiş və ölkələri bu istiqamətdə əməkdaşlığa çağırmışdı. Şura dövlətləri səyahət qadağaları və aktivlərin dondurulması yolu ilə qaçaqlara kömək edən şəxslərə qarşı tədbirlər görməyə çağırmışdı. Qətnamənin preambulasında həmçinin YBCT və RBCT-də araşdırmaların 2004-cü ilə qədər, məhkəmə baxışının isə 2008-ci ilin sonuna qədər başa çatdırılması və 2010-cu ildə bütün diqqətin yüksək vəzifəli rəhbər şəxslərin təqibinə yönəldilməsi nəzərdə tutulurdu. Aşağı vəzifəli məmurlar milli səviyyədə mühakimə olunacaqdılar. Milli məhkəmə sistemlərinin gücləndirilməsi YBCT-də müharibə cinayətləri palatasının yaradılması da daxil olmaqla, YBCT və RBCT-nin tamamlanma strategiyaları üçün mühüm əhəmiyyət kəsb edirdi. Təhlükəsizlik Şurası əmin idi ki, hər iki tribunalın ayrı-ayrılıqda öz prokuroru olsa, işlərini daha səmərəli şəkildə başa çatdıra bilərlər.
BMT Təhlükəsizlik Şurasının 936 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 936 saylı qətnaməsi — 1994-cü il iyulun 8-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3401-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993) və 827 (1994) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Cənubi Afrika Konstitusiya Məhkəməsində hakim olan Riçard Qoldstounu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir.
BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi — 1994-cü il noyabrın 8-də Ruanda ilə bağlı bütün qətnamələrin bir daha təsdiq edilməsi ilə ölkədə baş vermiş beynəlxalq humanitar hüququn ciddi dərəcədə pozulması barədə narahatlığın ifadə olunduğu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT-nin) yaradıldığı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3453-cü iclasında qəbul edilmiş qərar. Təhlükəsizlik Şurası 935 (1994) saylı qətnamə əsasında yaradılmış Ekspertlər Komissiyasının işini yüksək qiymətləndirmiş və Ruandada baş vermiş soyqırım və beynəlxalq humanitar hüququn digər geniş şəkildə pozulması xəbərlərindən narahatlığını bildirmişdi. Qurum bu vəziyyətin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid təşkil etdiyini və sülhün bərqərar olması üçün bu cür cinayətlərə son qoymaq və təqsirkarları məsuliyyətə cəlb etmək əzmində olduğunu qeyd etmişdi. Şura hesab edirdi ki, beynəlxalq tribunalın yaradılması bu cür pozuntuların dayandırılmasını və aradan qaldırılmasını təmin edəcək. Bu baxımdan Ruandada məhkəmə sisteminin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğu vurğulanmışdı. RBCT və onun Nizamnaməsi Ruanda hökumətinin 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada beynəlxalq humanitar hüququn ciddi pozuntularının təqibi üçün beynəlxalq tribunal yaratmaqla bağlı tələb irəli sürməsindən sonra yaradılmışdı. Bütün ölkələr RBCT və onun orqanları ilə əməkdaşlığa və hazırkı qətnamənin həyata keçirilməsi üçün daxili qanunvericiliyə uyğun tədbirlər görməyə çağırılmışdı. Prosesi dəstəkləmək üçün tribunalın vəsait, avadanlıq və xidmətlərlə təminatı da istənilmişdi. RBCT-nin Nizamnaməsinin 26 və 27-ci maddələrinə əsasən cəzaların icrası və ya yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul edilməzdən əvvəl Ruanda hökuməti məlumatlandırılacaqdı. Baş katib Butros Butros-Qalidən cari qətnamənin dərhal həyata keçirilməsini təmin etmək və RBCT-nin yeri ilə bağlı tövsiyələr də daxil olmaqla, tribunalın fəaliyyəti üçün tədbirlər görmək tələb olunmuşdu.
BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi — 1995-ci il fevralın 22-də Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, Baş katib Butros Butros-Qalinin hesabatının qeyd edildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3502-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənədə əsasən tribunalın qərargahı Tanzaniyanın Aruşa şəhərində yerləşməli idi. Baş katibin hesabatına görə, qərar RBCT-nin yaradılması prosesinin ikinci mərhələsinə işarə edir ki, bu da indi altı məhkəmə hakiminin seçilməsi prosesinin başlamasına imkan verəcəkdir. Ruandanın şuradakı nümayəndəsi Manzi Bakuramutsa bildirmişdi ki, onun hökuməti qərargahın Ruandadan kənarda müəyyən edilməsi qərarını dəstəkləməsə də, Təhlükəsizlik Şurası ilə əməkdaşlığa davam edəcək.
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi (S/RES/1325) — 31 oktyabr 2000-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 1261 (1999), 1265 (1999), 1296 (2000) və 1314 (2000) saylı qətnamələri geri çevirdikdən sonra yekdilliklə qəbul edilmiş qadınlar, sülh və təhlükəsizliklə bağlı qətnaməsi. Qətnamə silahlı münaqişənin qadınlara və qızlara qeyri-mütənasib və unikal təsirini etiraf etmişdir. Burada münaqişə, repatriasiya və məskunlaşma, reabilitasiya, reinteqrasiya və münaqişədən sonra yenidənqurma prosesi zamanı qadın və qızların xüsusi ehtiyaclarını nəzərə almaq üçün gender perspektivinin qəbul edilməsi tələb olunur. 1325 saylı qətnamə Təhlükəsizlik Şurasının münaqişə tərəflərindən qadın hüquqlarının pozulmasının qarşısını almağı, qadınların sülh danışıqlarında və münaqişədən sonrakı bərpa proseslərində iştirakını dəstəkləməyi, qadınları və qızları müharibə zamanı cinsi zorakılıqdan müdafiə etməyi tələb edən ilk rəsmi və hüquqi sənədi idi. . Bu, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişənin qadınlara təsirini xüsusi qeyd edən ilk qətnaməsi idi. Qətnamə o vaxtdan 1325 saylı qətnamənin komponentlərinin irəlilədilməsinə yönəlmiş qadınlar, sülh və təhlükəsizlik gündəliyi üçün təşkilati çərçivəyə çevrilmişdir. == Məzmunu == Qətnamədə qeyd edilən bəndlər aşağıdakılardır: Üzv-dövlətləri münaqişələrin qarşısının alınması, nizamlanması və həlli üçün milli, regional və beynəlxalq institutlar və mexanizmler çərçivəsində qərar qəbul etmənin bütün səviyyələrində qadınların daha geniş təmsil olunmasını təmin etməyə təkidlə çağırır, Baş Katibi qadınların münaqişələrin həlli və sülh prosesində qərar qəbul etmə səviyyəsində iştirakının gücləndirilməsini nəzərdə tutan strateji fəaliyyət planını (A/49/587) həyata keçirməyə çağırır; Baş Katibdən daha çox qadını onun adından xeyirxah xidmətlər göstərmək məqsədilə xüsusi nümayəndə və elçi təyin etməsini təkidlə xahiş edir və bu baxımdan üzv-dövlətləri mütamadi olaraq yeniləşdirilən mərkəzləşdirilmiş siyahıya daxil etmək üçün Baş Katibə namizədləri təqdim etməyə çağırır; Baş Katibdən Birleşmiş Millətlər Təşkilatının səhra əməliyyatlarında, xüsusilə də hərbi müşahidəçilər, mülki polis, insan haqqları və humanitar məsələlərlə məşğul olan heyət arasında qadınların rolunun və iştirakının gücləndirilməsi yollarını nəzərdən kəçirmeyi bir daha təkidlə xahiş edir; Cender perspektivinin sülhməramlı əməliyyatlara daxil edilməsi niyyətini ifadə ədir və Baş Katibdən, müvafiq hallarda, cender komponentini səhra əməliyyatlarına daxil etməyi təkidlə xahiş edir; Baş Katibdən qadınların mühafizəsi, haqqlarını və xüsusi ehtiyacları, həmçinin qadınların bütün sülhqoruma və sülhyaratma əməliyyatlarına cəlb olunmasının əhəmiyyəti barədə göstərişləri və təlim materiallarını üzv-dövlətlərə təqdim etməyi xahiş edir və üzv-dövlətləri bu elementləri, eləcə də HİV/AİDS məsələlərini sülhməramlı əməliyyatların heyata keçirilməsi üçün təlim alan milli hərbi və mülki polis heyətinin təlim proqramlarına daxil etməyə dəvət edir və Baş Katibdən sülhməramlı əməliyyatlarda iştirak edən mülki heyətin də oxşar telim almasını təmin etməyi bir daha xahiş edir; Üzv-dövlətlərdən cender məsələlərinə həssas olan sahələrdə telim səylərinə, o cümlədən BMT- nin Qadınlar üçün İnkişaf Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər müvafiq orqanlar da daxil olmaqla müxtəlif fondlar və proqramlar tərəfindən həyata keçirilən fəaliyyətə könüllü maliyyə, texniki və təşkilatı dəstəyi gücləndirməyi təkidlə xahiş edir; Bütün iştirakçı tərəfləri sülh sazişlərinin müzakirəsi və onların icrası zamanı cender aspektlərini, o cümlədən: a) Repatriasiya və yenidən məskunlaşdırma, reabilitasiya, reinteqrasiya və münaqişədən sonrakı bərpa müddətində qadınların və qızların xüsusi ehtiyaclarını nəzərə alan; b) Yerli qadınlar tərəfindən irəli sürülən sülh təşəbbüslərini və yərli səviyyədə münaqişələrin həllinə yönəlmiş prosesləri dəstəkləyən və sülh sazişlərinin bütün icra mexanizmlərinə qadınların cəlb olunmasını təmin edən; c) Qadın və qızların insan haqqlarının, xüsusilə de konstitusiya, seçki sistemi, polis ve ədliyyə ilə bağlı haqqlarının müdafiəsini ve onlara qarşı hörməti təmin edən tədbirlər görməyə çağırır, Silahlı münaqişələrin bütün tərəflərini mülki şəxslər kimi qadın ve qızların hüquqları və müdafiəsi ilə bağlı tətbiq oluna bilən beynəlxalq hüquq normalarına, xüsusilə də 1949-cu il Cenevrə konvensiyalarına ve onlara 1977-ci il tarixli Protokollara, 1951-ci il Qaçqınlar üzrə Konvensiyaya ve ona 1967-ci il tarixli protokola, 1979-cu il Qadınlara qarşı bütün ayrı-seçkilik formalarının aradan qaldırılması haqqında Konvensiyaya ve ona 1999-cu il tarixli Fakültativ Protokola və 1989-cu il BMT-nin Uşaq haqqları Konvensiyasına ve ona 25 may 2000-ci il tarixli iki Fakültativ protokola tam şəkildə hörmət etməyə ve Beynəlxalq Cinayət Mehkemesinin Roma Statutunun müvafiq müddəalarına diqqət yetirməyə çağırır; Silahlı münaqişələrin bütün tərəflərini qadınları ve qızları cinsi zorakılıqdan, xüsusilə də zorlamalardan və digər növ cinsi cinayətlərdən və silahlı münaqişə vəziyyətlərində digər növ zorakılıqdan müdafiə etmək üçün tədbirlər görməyə çağırır; Bütün dövlətlərin qanunsuzluğa son qoymaq ve soyqırımda, insanlığa qarşı cinayətlərdə, qadın və qızlara qarşı cinsi və digər növ zor tətbiq etmə halları da daxil olmaqla hərbi cinayətlərdə, günahlandırılan şəxsləri mehkeme yoiü ile təqib etmək cavabdehliyini vurğulayır və bu cinayətlərə münasibətdə, mümkün olan hallarda, amnistiyanın tətbiq edilməməsi ehtiyacını qeyd edir; Silahlı münaqişələrin bütün tərəflərini qaçqın düşərgələrinin ve məskunlaşma məntəqələrinin humanitar və mülki xarakterinə hörmət etməyə, ve onların layihelendirilmesində qadınların ve qızların xüsusi ehtiyaclarını nəzərə almağa çağırır və özünün 19 noyabr 1998-ci il 1208 (1998) saylı və 19 aprel 2000-ci il 1296 (2000) saylı qetnamelerine istinad edir; Tərksilah, tərxis ve yənidəninteqrasiyanın planlaşdın İmasına cəlb olunmuş şəxsləri əvvəllər hərbi əməliyyatlarda iştirak etmiş qadın və kişilərin fərqli ehtiyaclarını ve onların ailə üzvlərinin ehtiyaclarını nəzərə almağa çağırır; Hər dəfə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 41-ci maddəsinə müvafiq olaraq tədbirlər heyata keçirilən zaman, müvafiq humanitar istisnalar etmək üçün həmin tədbirlərin mülki əhaliyə potensial təsirinin nəzərə alınması ve qadın və qızların xüsusi ehtiyaclarına diqqət verilməsinə hazırlığını bir daha təsdiq edir; Təhlükəsizlik Şurasının missiyalarının cender mülahizələrini ve qadın haqqlarını, o cümlədən yerli və beynəlxalq qadın qrupları ile məsləhətləşmələrin keçirilməsi vasitəsilə, nəzərə almasını təmin etməyə can atdığını ifadə edir; Baş Katibi hərbi münaqişələrin qadınlara ve qızlara təsiri, qadınların sülh quruculuğunda rolu, sülh prosesləri ve münaqişələrin həllində cender aspektləri haqqında araşdırmalar aparmağa ve araşdırmaların nəticələri barədə Təhlükəsizlik Şurasına məruzə təqdim etməyə ve onu Birləşmiş Millətlər Təşkilatına üzv-dövlətlərin müzakirəsinə təqdim etməyə dəvət edir; Baş Katibdən, müvafiq hallarda, sülhün qorunması üzrə missiyalarda cender problematikası və qadınlara və qızlara aid bütün digər aspektlər sahəsində əldə olunmuş irəliləyişləri Təhlükəsizlik Şurasına təqdim etdiyi məruzələrə daxil etməyi xahiş edir; Bu məsələ ilə fəal məşğul olmağı qərara alır.
Nəsimi rayon 5 saylı tam orta məktəb
Bakı şəhəri Nəsimi rayon Samir Hacıyev adına 5 saylı tam orta məktəb — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisəsi. == Haqqında == Bakı şəhəri 5 nömrəli orta məktəbin əsası 1 sentyabr 1970-ci ildə qoyulmuşdur. 25 sentyabr 1994-cü il Xalq Deputatları Sovetinin Rəyasət Heyyəti tərəfindən verilmiş qərara əsasən, şəhid Samir Hacıyevin adı Bakı şəhəri 5 nömrəli tam orta məktəbə verilib. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması tələbinə uyğun olaraq, Bakı şəhəri 5 və 292 nömrəli tam orta məktəbləri birləşdirilməklə yenidən təşkil edilmiş və onlar müvafiq olaraq 5 nömrəli tam orta məktəb adlandırılmışdır. Məktəbin məzunu olmuş Birinci Qarabağ müharibəsi şəhidi Samir Hacıyevin adını daşıyan, bütün avadanlıqlarla təchiz olunmuş bu məktəbdə 2022-2023-cü tədris ilində 2102 şagird təhsil alır və onların təhsili ilə 135 müəllim məşğul olur. Məktəb “Məktəbin innovasiya fəaliyyəti təhsilin keyfiyyətinin əsas şərtidir! “ devizi altında ibtidai (1-4 siniflər), ümumi-orta (5-9 siniflər) və tam orta ( 10-11 siniflər) təhsil səviyyələrini əhatə etməklə 1 növbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi şagirdlərə ingilis və rus dilləri və 2-ci sinifdən başlayaraq şahmat fənni tədris olunur. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Pedoqoji kollektivin 99% ali təhsilli müəllimlərdən ibarət olub, onlar içərisində “Əməkdar müəllim”, “Elmlər namizədi”, “Fəlsəfə doktoru”,”Tərəqqi medalı”na layiq görülmüş, “Qabaqcıl təhsil işçisi”ləri, “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibləri yer tutur.

Значение слова в других словарях