Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alabuqa
Alabuğa (tatar. Алабуга, Alabuğa) ya da Yelabuqa (rus. Елабуга) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Ala Buqa müasir Tatarıstanda Kama çayı üzərində şəhər. Vaxtilə Volqa-Kama Bulqarıstanının baş şəhərlərindən olmuşdur. Qədim bulqar şəhəri Ala Buqa (Radlov 1,362) müasir Elabuqadan azca aralı, Toyma çayı üzərində yerləşirdi. Qala X əsrdə bulqar xanları tərəfindən ucaldılmışdı. Ala Buqa qəsri vaxtilə möhtəşəm olan Volqa-Kama Bulqarıstanının xarakterik abidələrindəndir. Hazırda həmin yerdə əski şəhərin xarabalıqları – möhkəm qala divarları qalıqları, hətta bütöv bürclər durmaqdadır. O qədim mədəniyyət ocaqlarından olmuşdur; Ala Buqa yaxınlığında qədim məzarlıq (müasir adı Ananiyev deyilən ərazidə) aşkar edilmiş qədim qəbristan XIX əsrin ortalarında öyrənilmişdir.
Alabuğa
Alabuğa (tatar. Алабуга, Alabuğa) ya da Yelabuqa (rus. Елабуга) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Ala Buqa müasir Tatarıstanda Kama çayı üzərində şəhər. Vaxtilə Volqa-Kama Bulqarıstanının baş şəhərlərindən olmuşdur. Qədim bulqar şəhəri Ala Buqa (Radlov 1,362) müasir Elabuqadan azca aralı, Toyma çayı üzərində yerləşirdi. Qala X əsrdə bulqar xanları tərəfindən ucaldılmışdı. Ala Buqa qəsri vaxtilə möhtəşəm olan Volqa-Kama Bulqarıstanının xarakterik abidələrindəndir. Hazırda həmin yerdə əski şəhərin xarabalıqları – möhkəm qala divarları qalıqları, hətta bütöv bürclər durmaqdadır. O qədim mədəniyyət ocaqlarından olmuşdur; Ala Buqa yaxınlığında qədim məzarlıq (müasir adı Ananiyev deyilən ərazidə) aşkar edilmiş qədim qəbristan XIX əsrin ortalarında öyrənilmişdir.
Albula
Albula (lat. Albula) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinə aid heyvan cinsi.
Alabuka rayonu
Alabuka rayonu (qırğ. Алабука району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Alabuka kəndidir. == Tarixi == Mərkəzi Alabuka kəndində olan Alabuka rayonu 2 sentyabr 1936-cı ildə Qırğızıstan MSSR-in tərkibində qurulur. 1936-cı ilin dekabrından isə Qırğızıstan SSR-yə daxil olur. 1938-1939-cu illərdə Cəlalabad dairəsinin, 21 noyabr 1939-cu ildən Cəlalabad vilayətinin bir hissəsi idi. 27 yanvar 1959-cu ildə Cəlalabad vilayətindən Oş vilayətinə verilməsi ilə, Alabuka rayonu Cangi-Col rayonuna birləşdirilir. == Coğrafiyası == Rayon Cəlalabad vilayətinin şimal-qərbində, Özbəkistanın Nəməngan vilayətinin 4 rayonu (Yeni-Kurqan, Kasansay, Çust, Pap) ilə sərhəddədir. Çatkal rayonu Özbəkistanla sərhədə doğru bir-birindən ayrılmış iki hissədən ibarətdir. Alabuka rayonu Tereksay çayı boyunca çoxsaylı allyuvial düzənliklərində qızıl və mis yataqları vardır.
Alabuqa rayonu
Alabuqa rayonu (tatar. Алабуга районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir. İnzibati mərkəzi Alabuqa kəndidir. == Coğrafiyası == Mendeleyev, Mamadış, Aşağı Kana, Tukay rayonları, Yar Çallı şəhəri və Udmurt Respublikası (Qraxovski və Kiznerski rayonları) ilə həmsərhəddir. Bölgənin ən böyük çayları Kama, Vyatka, həmçinin onların qollarıdır (ümumi uzunluğu 20 km-dən çox): Kama hövzəsi - Toyma, Tanayka, Yuraşka (Toyma qolu), Karinka, Kriuşa; Vyatka hövzəsi - Umyak, Anzirka, Yuraşka (Adamka qolu). Rayon ərazisində açıq boz, boz meşə torpaqlar üstünlük təşkil edir. == Tarixi == Müasir Alabuqa rayonunun ərazisi X əsrin ikinci yarısında Volqa bolqarırının nəzarətində idi. 1236-cı ildə Batı xanın bolqarların torpaqlarını fəth etməyə müvəffəq olur və Alabuqanın ətraf əraziləri ilə birlikdə bölgə Qızıl Ordanın bir hissəsi olur. 1438-ci ildə Qızıl Ordanın süqutu nəticəsində inzibati olaraq 5 daruqa bölünmüş Kazan xanlığı qurulur.
Albula forsteri
Albula forsteri (lat. Albula forsteri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Albula glossodonta
Albula glossodonta (lat. Albula glossodonta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Albula vulpes
Albula vulpes (lat. Albula vulpes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Alabama
Alabama (ing. Alabama /ˌæləˈbæmə/) — ABŞ-nin cənub-şərq bölgəsində yerləşən ştat. Şimalda Tennessi, şərqdə Corciya, cənubda Florida və Meksika körfəzi, qərbdə Missisipi ilə həmsərhəddir. Alabama ərazisinə görə ən böyük 30-cu, əhalisinə görə 24-cü ABŞ ştatıdır. Alabama ştat quşunun şərəfinə Sarı ağacdələn ştatı ləqəbini almışdı. Alabama həmçinin "Diksinin qəlbi" və "Pambıq ştatı" adı ilə də tanınır. Ştat ağacı uzunyarpaq şam və ştat çiçəyi kameliyadır. Alabamanın paytaxtı Montqomeridir və əhalisinə və ərazisinə görə ən böyük şəhəri Hantsvilldir. Ən qədim şəhəri 1702-ci ildə fransız kolonistləri (Alabama kreolları) tərəfindən Fransız Luizianasının paytaxatı olaraq əsası qoyulmuş Mobildir. Böyük Birminqem Alabamanın ən böyük metropoliten ərazisi və onun iqtisadi mərkəzidir.
Alatala
Alatala — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1960-cı ildə ləğv edilmişdir. == Tarixi == Toponim türk dilində «ala-bula», «rəngarəng yer» mənasında işlənən ala sözü ilə Azərbaycan dilində «meşədə ağacsız, çılpaq yer, sahə», «açıqlıq» mənasında işlənən tala sözündən əmələ gəlmişdir. «Ala» sözü Azərbaycan toponimiyasında «boz rəng», «müxtəlif rəng çalarları» mənasında işlənir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.
Albulaq
Albulaq (Bukan)
Alçabulaq
Alçabulaq — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Alcabulaq Yardımlı rayonunun Sınq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Sağolcandır. Toponim təhrif olunaraq Soxulcan kimi yazılmışdır. Sağolcan XIX əsrdə Lənkəran qəzasında yaşamış təklə tayfasının tirələrindən birinin adıdır. XX əsrin 80-ci illərində kəndin adı guya pis səsləndiyi üçün dəyişdirilərək yaxınlığındakı bulağın adı ilə adlandırılmışdır. == Bulaqları == Olduqca gözəl təbiəti olan Alçabulaq kəndinin gözəl şəfalı bulaqları mövcuddur. Yeddi çeşmə, kənd bulağı, Saxsılı bulaq və s. kimi bulaqları vardır.
Arabuta
Arabuta (port. Arabutã) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4223 nəfərdir. Ərazisi 132,232 кm²-dir. Əhalinin sıxlığı 31,9 nəfər/кm²-dir.
Ağabala
Ağabala — Azərbaycanlı kişi adı.
Clavula
Bataqlıca (lat. Eleocharis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Fabula
Fabula — hərəkətin təqlid olunması, başqa sözlə desək, müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığıdır. == Növləri == Fabulalar sadə və dolaşıq olmaqla, iki növə ayrılır. Belə növlərə bölünmə, əsasən, fabulaların təqlid etdiyi hərəkətlərlə bağlıdır. Aristotel sadə fabula dedikdə, elə fasiləsiz və tamamlanmamış hərəkəti nəzərdə tuturdu ki, onun ərzində taleyin dəyişməsi peripetiyalarsız və tanımalarsız olsun. Dolaşıq fabula dedikdə isə taleyin dəyişməsi tanıma və ya peripetiya ilə, yaxud hər ikisinin bahəm iştirakı ilə yaranan hərəkət başa düşülürdü. Bütün bunlar, öz növbəsində, fabulanın tərkibinə aiddir, yəni müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisənin nəyinsə nəticəsində baş verməsi ilə nədənsə sonra baş verməsi arasında böyük fərq vardır. Peripetiya, deyildiyi kimi, hadisələrin öz əksinə dönməsidir ki, bu da, ehtimal və zərurət qanunları üzrə olur. Məsələn, “Edip” əsərində Edipi sevindirmək və onu anası qarşısında xofdan azad etmək üçün gələn qasid ona kim olduğunu bildirməklə, hadisənin öz əksinə dönməsinə nail olur, həmçini “Linkey” əsərində də birini ölümə aparır, Danay isə onların dalınca gedir ki, onu öldürsün, lakin hadisənin gedişi nəticəsində özü ölməli olur, birincisi isə xilas olur. Tanıma isə, adından da göründüyü kimi, bilməzlikdən bilməyə keçid deməkdir ki, bu da taleyi xoşbəxtlik, yaxus bədbəxtlik olan şəxsləri ya dostluğa, ya da düşmənçiliyə aparır. Tanımanın şəkilləri arasında ən çox istifadə ediləni bədii cəhətdən ən zəifi və qabiliyyət çatışmazlığı səbəbindən ən çox istifadə olunanı - zahiri əlamətlər vasitəsilə tanımadır.
Albuca
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Albuka
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Alabama (dəqiqləşdirmə)
Alabama — Amerika Birləşmiş Ştatlarının cənubunda ştatdır. Alabamanın həmçinin aşağıdakı mənaları da var: == Təhsil == Alabama Universiteti — 1831-ci ildə Alabama ştatında qurulmuş ictimai universitet. == Coğrafiya == Alabama (Nyu-York) — ABŞ-də qəsəbə. Alabama çayı — Alabama, ABŞ. Alabama Ərazisi — 1817-1819-cu illərdə mövcud olmuş ərazi. Alabama, Fransız Luizianasının doqquz hərbi rayonundan biri. == Musiqi == Alabama (qrup) - kantri musiqi qrupu. Alabama (qrup, Kanada) - 1970-ci illərin əvvəllərində mövcud olmuş qrup. Alabama (ştat himni) - Alabama ştatının himni.
Alabama nərəsi
Sutkusi kürəkburunu (lat. Scaphirhynchus suttkusi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Albulaq (Bukan)
Ağbulaq (fars. البلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (88 ailə).
Albulaq (Soyuqbulaq)
Albulaq (fars. البلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Atabala Səfərov
Səfərov Atabala Osman oğlu (1 sentyabr 1949, Dəvəçi – 20 dekabr 2020, Bakı) — aktyor, Azərbaycanın əməkdar artisti (2012) == Həyatı == Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972–1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Ağabala Abdullayev
Ağabala Məmmədbağır oğlu Abdullayev (1910, Çərəli, Zəngəzur qəzası – 10 oktyabr 1976, Füzuli rayonu) — Azərbaycanlı xanəndə. == Həyatı == Ağabala Abdullayev 1910-cu ildə Çərəli kəndində anadan olmuşdur. 12 yaşında olarkən o, Qaryagində kəndli gənclər məktəbinin birinci sinfinə daxil olur. Yaşının çoxluğu onu gecə kursuna keçməyə məcbur edir. О, atasının razılığı ilə çust tikən usta Rza kişinin yanında şagirdlik edir. Çox keçmir ki, özü usta olan A. Abdullayev ayrıca dükan açıb orada işləyir. 1927-ci ildə Bülbül, İsmayıl Eloğlu və Mürşüd Haşımlı Ağabala Abdullayevin səsini eşidib onun dükanına daxil olur. Onlar Ağabalanı kluba dəvət edib səsini yoxlayır və bəyənirlər. Bülbül gedəndə Ağabalanı o vaxt Qaryagində klub müdiri işləyən M. Haşımlıya tapşırır. Gündüzlər dükanda işləyib, axşamlar yaradıcılıq dərnəklərində iştirak edən A. Abdullayev xorda və tamaşalarda epizodik rollarda çıxış etməyə başlayır.
Birminqem (Alabama)
Birmingem (ing. Birmingham) — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi. == Əhalisi == Əhalisi 231,6 min (2005; o cümlədən afroamerikalılar 70%-dən çoxdur), şəhərətrafı ilə 939 min. == Coğrafiyası == Appalaç dağlarının ətəyindədir. Avtomobil və dəmiryolları qovşağı. Beynəlxalq aeroport. Blek-Uorrior çayı sahilində port. Su yolu vasitəsilə Mobil portu (Meksika körfəzi) ilə əlaqəsi var. == Tarixi == 1871-ci ildə dəmiryol xətlərinin kəsişdiyi yerdə, dəmir filizləri, yüksəkkeyfiyyətli kokslaşan kömür, dolomit və flüslu əhəngdaşı yataqlarının yaxınlığında salınmışdır; adını İngiltərənin ən iri metallurgiya mərkəzinin adından götürmüşdür.