ALABƏZGƏK
ALACA₁
OBASTAN VİKİ
Alabuğa
Alabuğa (tatar. Алабуга, Alabuğa) ya da Yelabuqa (rus. Елабуга), Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir Ala Buqa müasir Tatarıstanda Kama çayı üzərində şəhər. Vaxtilə Volqa-Kama Bulqarıstanının baş şəhərlərindən olmuşdur. Qədim bulqar şəhəri Ala Buqa (Radlov 1,362) müasir Elabuqadan azca aralı, Toyma çayı üzərində yerləşirdi. Qala X əsrdə bulqar xanları tərəfindən ucaldılmışdı. Ala Buqa qəsri vaxtilə möhtəşəm olan Volqa-Kama Bulqarıstanının xarakterik abidələrindəndir. Hazırda həmin yerdə əski şəhərin xarabalıqları – möhkəm qala divarları qalıqları, hətta bütöv bürclər durmaqdadır. O qədim mədəniyyət ocaqlarından olmuşdur; Ala Buqa yaxınlığında qədim məzarlıq (müasir adı Ananiyev deyilən ərazidə) aşkar edilmiş qədim qəbristan XIX əsrin ortalarında öyrənilmişdir. Abidələrin öyrənilməsi nəticəsində məlum olur ki, burada eramızdan əvvəl VII-III əsrlərdə yüksək mədəniyyətə sahib adamlar yaşamışlar.

Digər lüğətlərdə

браконье́р крот парапсихоло́гия плато́чный подчёркнуто провожа́тая аксами́т легкопла́вкость одуре́ть опри́чник приткну́ться пушту́нский фиста́шковый васька верп коморг Berkshire garden party newshen pietist recompense ridge кверху пересадить слышимость