çəkinmək bax 1. qorxmaq; 2. utanmaq ÇƏKMƏÇİ Çəkməçi gözlüyün üstündən Həsənə baxdı və gülümsünərək salamını aldı; yer göstərdi (Çəmənzəminli); BAŞMAQÇI Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi (Çəmənzəminli); KƏFŞDUZ (arx.) Usta Ağabala kəfşduz bir imperial və iki cüt başmaq verdi (Çəmənzəminli).