Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəhətli (Urmiya)
Cəhətli — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Rövzəçay kəndistanında, Urmiya şəhərindən 6 km şimal-qərbdədir.
Bəhmətli
Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır. == Mədəniyyəti == Kənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır. Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır. == Coğrafiyası və iqlimi == Bəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir. Kəndin ərazisi 3697 hektardir. == Əhalisi == Əhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Cənnətli
Cənnətli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Cahadlu formasında da qeyd edilir. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayı sahilində azərbaycanlılar yaşamış kənd. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 nəfər, 1904-cü ildə 184 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür.
Mədətli
Mədətli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mədətli oyk. Cəlilabad r-nunun Şorbaçı i.ə.v.-da kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrda mədətli nəsli saldığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 605 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Vənətli
Vənətli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vənətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Vənətli kəndi təpəli düzənlikdədir. Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salmış, sonralar isə indiki əraziyə köçmüşlər. Oykonim “Vənənddən gələnlər, vənəndlilər” mənasındadır. Kənddə 1993-cü ilə qədər (erməni qəsbkarları tərəfindən işğalınadək) orta məktəb,uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Coğrafiyası == Vənədli kəndi Zəngilan rayon mərkəzindən 14 km şimal- qərbdə,Ələddin (Aladin) dərəsi ərazisində, Süsən meşəsinin ətəyində yerləşir. Bir tərəfdən Süsəndağı, digər tərəfdən Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnib. Mənbəyini Süsəndağı silsiləsindən götürən Süsən çayı Vənətlini keçərək, şərqə doğru uzanıb gedir və Qubadlı rayonu ərazisindən keçərək Araz çayına tökülür.
Cəbəli
Cəbəli (türk. Cebeli) — Osmanlı imperiyasında süvari qoşunları kateqoriyası, feodal – timar sahibi və ya bəy tərəfindən verilən döyüşçülər. Hər bir cəbəli ağasının tam dəstəyini alırdı və onun qulu sayılırdı.
Əfətli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. == Toponomik izahı == XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
Ələtli
Ələtli — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ələtli oyk, düz. Hacıqabul r-nun eyniadlı i.ə.v-də kənd. Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 415 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Asim Cəfərli
Asim Çingiz oğlu Cəfərli (4 sentyabr 2001; Piyadalar, Bərdə, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Cəfərli 4 sentyabr 2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub. 2 bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Asim Cəfərli Fizuli döyüşlərində savaşıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Bərdədə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bala Cəfərli
Bala Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Bala Cəfərli kəndi dağətəyi ərazidədir. Toponim "kiçik Cəfərli kəndi" mənasındadır. == Toponimikası == Bala Cəfərli oyk., mür. Qazax r-nunun Cəfərli i.ə.v.-də kənd. Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim "kiçik Cəfərli kəndi" deməkdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 221 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Bala Cəfərli kəndi Qazaxda dağətəyi ərazidir.
Böyük Cəfərli
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Cəfər Cəfərli
Cəfər Babacəfər oğlu Cəfərli (11 dekabr 1999, Avun, Yardımlı rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfər Cəfərli 11 dekabr 1999-cu ildə Yardımlı rayonu Avun kəndində anadan olmuşdur.2006-cı ildə Avun kənd əsas məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə şəhid Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbini bitirib. == Hərbi xidməti == Cəfər Cəfərli 2018-ci ildə hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra, xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində MAXE hərbi qulluqçu kimi davam etmişdir. Azərbaycan Ordusunun Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən əsgəri Cəfər Cəfərli Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəfər Cəfərli 3 noyabr tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olumuşdur. Onun nəşi şəhid olmasından bir müddət sonra tapılaraq ailəsinə təhvil verilmişdir. 14 dekabr 2020-ci ildə Yardımlı rayonu Avun kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Cəfərli (Ağsu)
Cəfərli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəfərli Ağsu rayonunun Kənd-oba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Cəfərli (Bolnisi)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Cəfərli (Borçalı)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Cəfərli (Cəlilabad)
Cəfərli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Cəfərli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəfərli oyk, sadə. Ağsu rayonunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Gədəbəy r-nunun Əliismayıllı inzibati ərazi vahidində kənd. Şahdağ silsiləsinin ətəyindədir.
Cəfərli (Gədəbəy)
Cəfərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Cəfərli kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Mollacəfərlidir. Yaşayış məntəqəsinin XIX əsrin sonlarında Kiçik Qaramurad kəndindən köçüb gəlmiş Molla Cəfər adlı şəxs tərəfindən salındığı haqqında məlumat verilir. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 391 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəfərli (Qazax)
Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Cəfərli kəndi Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Cəfərli oyk, sadə. Ağsu r-nunun Kəndoba i.ə.v.-də kənd. Şirvan düzündədir; Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir.
Cəfərli (İmişli)
Cəfərli — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 6313 nəfərdir ki, onun da 3091 nəfəri kişi, 3222 nəfəri isə qadındır.[mənbə göstərin] == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Cəfərli (Ərdəbil)
Cəfərli (fars. جعفرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (23 ailə).
Cəfərli bələdiyyəsi
Cəfərli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Cəfərli bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Dəmirçi Cəfərli
Dəmirçi Cəfərli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. == Toponimikası == Erməni mənbələrində kəndin başqa adlarının Günnüd, Günnüd Cəfərli, Günnüd Kalavan olduğu da göstərilir. Çanaxçı kəndinin yaxınlığında Boz Hunnu dağının ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Günnüt Cəfərli kimi qeyd edilmişdir . Kənddə 1873-cü ildə 178 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 333 nəfər, 1904-cü ildə 406 nəfər, 1914-cü ildə 409 nəfər, 1916-cı ildə 383 nəfər azərbaycanlı yaşamışdır, 1918-19 - cu illərdə ermənilər kəndin sakinlərini vəhşicəsinə qırıb dağıtmışlar. Sağ qalanlar öz kəndlərini tərk etməyə məcbur olmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri bu doğma ocaqlarına dönə bilmişdir. 1926-cı ildə burada 25 nəfər azərbaycanlı yaşamışdır. 1929-1930-cu illərdə kənddə yaşayan azərbaycanlılar köçürülmüş və kənd ləğv edilmişdir. Toponim türk tayfasından olan dəmirçilər və Cəfərli etnonimləri əsasında əmələ gəlmişdir.
Elman Cəfərli
Elman Cəfərli (tam adı: Cəfərli Elman Niyazil oğlu; 16 iyul 1975, Quzanlı, Ağdam rayonu) — jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyatı == Elman Cəfərli 16 iyul 1975-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsil, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. 1997-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1998-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyib. == Mətbuatda fəaliyyəti == 1999-cu ildən Azərbaycan mətbuatında yazılarla çıxış edir. 2000-ci ildə "Haqq yolu" qəzetində müxbir işləyib. 2001-2015-ci illərdə "Olaylar" qəzetində müxbir, həmçinin 2007-ci ildən həmin qəzetdə redaktor vəzifəsində çalışıb. 2015-2021-ci illərdə "Cümhuriyət" qəzetinin redaktoru olub. Yazıları "Olaylar", "Cümhuriyət", "Türküstan" qəzetlərində, www.karabakhinfo.com beynəlxalq elektron jurnalında, modern.az, cebhe.info saytlarında yayımlanıb.
Elşən Cəfərli
Elşən Rəfail oğlu Cəfərli (2 sentyabr 2000; Qulubəyli, İmişli rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elşən Cəfərli 2 sentyabr 2000-ci ildə İmişli rayonunun Qulubəyli kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Qulubəyli kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddəti bitən Elşən Cəfərli müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elşən Cəfərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Cəfərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Çəmənli
Çəmənli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çəmənli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Çəmənli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Çəmənli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Çəmənli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Çəmənli (Maku) — Aşağı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Akakiy Çereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Aşağı Çəmənli
Aşağı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Aşağı Çəmənli kəndi Çəmənli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Çəmənli kənd Soveti yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndi Ağdam rayonundakı Çəmənli kəndindən ayrılmış ailələr salmışlar. Bəzən Araz Çəmənlisi də adlanır. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Kənd əhalisinin sayı 1143 nəfərdir (2009).