Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əshabi-Kəf mağarası
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır. Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır.
Kəfə
Feodosiya (ukr. Феодосія, krımtat. Kefe, Кефе, rus. Феодо́сия, yun. Θεοδοσία — "Tanrıdan Verilmiş") — Ukraynanın Krım Muxtar Respublikasında kurort şəhəri, Qara dənizin limanı.
Kəfr əş-Şeyx
Kəfr əş-Şeyx (ərəb. كفر الشيخ‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 147.393 nəfərdir (2006).
Kəffarə günü
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. Еврейская электронная энциклопедия. «Иом-Киппур».
Kəffarə romanı (Atonement)
Kəfgir
Kəfgir — qravitasiya sahəsində asılmış və mexaniki rəqslər edən sistem. İlk kəfkirlərdən biri I əsrdə düzəldilən sansiometr cihazıdır, Çinin Han sülaləsindən olan alim Çjan Xen.
Kəfkirvari miqrasiya
Əhalinin hər gün bir məntəqədən digərinə yerdəyişməsi və yenidən əvvəlki məntəqəyə qayıtmasıdır. Kəfkirvari miqrasiya iri şəhərlərlə ətrafındakı yaşayış məntəqələri arasında olur. Böyük Coğrafi kəşflərdən sonra həmçinin XIX əsrdə əhali Avropa və Afrikadan yeni kəşf edilmiş ərazilərə (Amerika və Avstraliyaya) köçmüşdür. Əhalinin miqrasiyası II Dünya müharibəsi dövründə də bu istiqamətdə baş vermişdir.
Kəfər Şuş
Kəfər Şuş (ərəb. كفرشوش‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Suran nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 95 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Əzaz şəhərindən 12 km şimal–şərqdə, Suriya–Türkiyə sərhəd xəttinə yaxın (3 km) ərazidə, dəniz səviyyəsindən təqribən 496–499 metr hündürlükdə yerləşir. Kəfər Şuş kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Kəfər Şuş kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Kəfəçerin (Xoy)
Kəfəçerin (fars. ‎‎كفچرين‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 564 nəfər yaşayır (82 ailə).
Turin kəfəni
Turin kəfəni — İsa çarmıxdan endirildikdən sonra sarıldığı iddia edilən saqqallı adamın ön və arxa siluetləri olan kətan parça. 4-cü əsrə aid bir mənbə bildirir ki, Thaddaeus və ya Addai İsanın şəklini Edessada (Urfa) “seçimli boyalarla” çəkiblər. 6-cı əsrə aid başqa bir mənbə bildirir ki, İsa üzünü dəsmalla siləndə şəklini onun üzərində qoyub. İsa bu dəsmalı padşah V Abqarın elçisinə verdi. İsanın Edessada təsvir edilməsi hekayələri 944-cü ilə, Bizans ordusunun şəkli Konstantinopola (İstanbul) apardığı vaxta qədər davam etdi. Rəsm burada 1204-cü ilə qədər qaldı, həmin il Dördüncü Səlib yürüşünün cəngavərləri şəhəri talan etdilər və bu vaxt rəsm əsərini götürdülər. Kəfənin 14-cü əsrdə Fransada nümayiş etdirilməsinin izahı bu ola bilər. İlk dəfə 1350-ci illərdə Fransada sərgilənib. 1578-ci ildə İtaliyaya gətirildi və Turində San Giovanni Battista Katedralində saxlanmağa başladı. Çoxları bunun möcüzə olduğuna inansa da, skeptiklər bunun saxta olduğunu düşünürdülər.
Çuxur və kəfkir (hekayə)
Çuxur və kəfkir (ing. The Pit and the Pendulum) - Edqar Allan Po tərəfindən qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə The Gift: A Christmas and New Year's Present for 1843 nəşriyyatında nəşr edilmişdir.
Fuko kəfkiri
Fuko kəfkiri — Yerin sutkalıq fırlanmasını eksperimental olaraq nümayiş etdirmək üçün istifadə edilən riyazi kəfkir. Uzunluğu bir neçə on metrə qədər olan çevik asma üzərində bir neçə on kiloqrama qədər çəkisi olan bir cisimdir. İpin yuxarı ucu hər hansı bir şaquli müstəvidə kəfkirin sərbəst hərəkəti üçün asqıda və ya itələyici yastıqda sabitlənmişdir. Planetimizin gündəlik fırlanmasının mövcudluğu kəfkirin hərələt müstəvisinin Yerlə əlaqəli yerlərə nisbətən tədricən fırlanmasından məsuldur. Bu effekti ilk dəfə L. Fuko (1851) nümayiş etdirmişdir. Hazırda dünyada nümayiş məqsədilə istifadə olunan Fuko kəfkirləri fəaliyyət göstərir.
Kəffarə (film)
Kəffarə (ing. Atonement) — Co Raytın rejissorluğu ilə 2007-ci ildə ekranlara çıxan müharibə-dram filmi. Film Yan Makeuenin eyniadlı romanının motivləri əsasında çəkilib. Gördüklərini səhv başa düşən 13 yaşlı Brayoni, böyük bacısının sevgilisini törətmədiyi bir cinayətdə günahlandırır. Onun bacısı ilə münasibətləri tamamilə korlanır, iftira atdığı adam isə məhv olmuş həyatın yükünü daşımaqla qalır. Ceyms Makevoy Kira Naytli Saoirse Ronan Benedikt Kamberbetç web.archive.org/web/20070826223205/http://www.atonementthemovie.co.uk:80/ — Kəffarənin rəsmi saytı (UK) Kəffarə — Internet Movie Database saytında.
Kəffarə (roman)
Briony Tallis adlı 13 yaşlı ingilis qız, yazıçılıq qabiliyyətinə sahibdir, ailəsinin mülkündə, ata-anaları Cek və Emili Tallis ilə birlikdə yaşayır. Onun böyük bacısı Sesiliya bu yaxınlarda Kembric Universitetini Tallis ailəsinin xadiməsinin oğlu və Universitet təhsili Cek tərəfindən maliyyələşdirilən Sesiliyanın uşaqlıq dostu Robbi Turnerlə birlikdə bitirmişdir.1935-ci ilin yayında Brioninin ana tərəfdən əmiuşağı, 15 yaşlı Lola və 9 yaşlı əkizləri Cekson və Pierrot, valideynlərinin boşanması fonunda ailəyə baş çəkir. Brioni və Sesiliya'nın böyük qardaşı Leon Oksforddan olan dostu, imkanlı istehsalçı Pol Marşallın müşayiəti ilə Londondan qayıdır. Sesiliya və Robbi qırılaraq gölməçəyə düşən vaza üzərində mübahisə edirlər. Sesiliya alt paltarını çıxarır və parçaları götürmək üçün içəri girir və Robbini təəccübləndirir. Pəncərədən seyr edən Brioni, Sesiliya və Robbinin hərəkətləri qarşısında çaşqınlıq və maraq doğurur. O, psixoloji realizmi yazmağa başlamaq üçün ilhamlanır və oxucuya məlumat verilir ki, bu, nəhayət onun fantastikasına çevriləcək. Hovuzun kənarında baş verən hadisədən sonra Robbi Sesiliya ilə maraqlandığını anlayır və ona bir neçə sevgi məktubu yazır. O, məktubu Brioniyə verir ki, Sesiliyaya çatdırsın, lakin o, istəmədən ona imtina etmək istədiyi məktubu verir. Robbi səhvini anlayana qədər Brioni artıq məktubu ilə evə qayıtmışdır.
Dəf
Dəf - zərb aləti. Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi. Xaqani Şirvani dəf barədə belə yazır: Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır. Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kəşf
Kəşf nədir- təbiətdə obyektiv mövcud olan, ancaq elmə məlum olmayan qanunauyğunluqların, xüsusiyyət və amillərin müəyyən edilməsi; təbiət və cəmiyyətin elmi dərketməsində əldə edilən yeni nailiyyətlər. Elmi-texniki inqilabın tərkib hissəsidir. Kəşf 1)arama, meydana çıxarma; 2)bilinməyən bir şeyi və ya yeri tapma, icad etmə; 3)köhnəlmiş söz: yoxlama, müayinə etmə, ətraflı tədqiq etmə; 4)maddi və mənəvi dünyanın əvvəllər məlum olmayan qanunauyğunluqlarının, xassələrinin və hallarının onların dərk edilməsi səviyyəsini köklü dəyişməsinə xidmətinin müəyyən edilməsi; 5)elmi kəşf – təbiət və cəmiyyət haqqında elmi biliklər sahəsində əldə edilən yeni nailiyyət. Elmin, texnikanın inkişafına prinsipcə yeni istiqamət verir və ictimai istehsalı kökündən dəyişir. Elimi kəşflər elm və texnikanın inkişafını sürətləndirir, ona təsdiq və ya inkar faktları verir. Kəşf də ixtira kimi təsaüdfən və ya məqsədli ola bilər. Məqsdəli kəşfi etməyin əsasında həmişə müşahidələrin, sınaqların və ya spekulyasiyaların aparılması üçün əla istedad durur. Yerin kəşfin tarixində qərb mədəniyyəti baxımından Xristofor Kolumbun dövrü aid edilir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
Katrina Kef
Katrina Kaif (16 iyul 1983, Honkonq) — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. 16 iyul 1983-cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır. Atası əslən qafqaz kökənlidir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
El-Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef elə (mahnı)
Konyaspor KİF
Konyaspor KİF — Stokholm şəhərinin, Botkirka rayonunun Albi ərazisində yerləşən İsveç futbol klubudur. Konyaspor Kultur och İF 1989-cu ildə İsveçdə yaşayan türklər tərəfindən yaradılmışdır. Türk mədəni kökləri ilə əlaqəsi vardır. Klubun adı və rəngi Türkiyə futbol klubu olan Konyaspordan götürülmüşdür. Konyaspor KİF yarandığı gündən İsveç Futbol Liqası sisteminə əsasən orta və aşağı diviziyalarda iştirak edir. Hal-hazırda klub İsveç Liqasının dördüncü dərəcəli Norra Svealand 2-ci Diviziyasında çıxış edir. Klub öz ev oyunlarını Norsborqda yerləşən Albi İP-də keçirir. Konyaspor KİF Stockholms Fotbollförbund-a üzv olan klublardan biridir.
Kuf oyunu
Ağdaş rayonunun Kürqırağı kəndlərində surmançaq, Cəbrayılda usuncaq, Füzulidə uçuncaq, Qubadlıda kuf, Zəngilanda kuf, kufgelli, Şərikan kəndində yellənküp adı ilə tanınan bu oyun Azərbaycanda vaxtilə çox geniş yayılmışdır. Kuf oyunu Qarabağda Novruz bayramının ayrılmaz bir elementi olmuş, vaxtilə hər ilin axır çərşənbəsində oynanılmışdı. Zəngilan rayonunun eyni adlı kəndində bu oyun axır çərşənbədən başlayıb martın axırlarına qədər davam etmişdi. Ağdaş rayonunda isə bu oyun qız gəlin köçən ərəfədə oynanılmışdı. Oyunun əsas iştirakçıları yetkinlik yaşına çatmış qızlar və oğlanlar idi. Ağdaş rayonunun Pirəzə kəndində bu oyun ya gəlin köçən qızın həyətində, ya da Kür qırağındakı meşəlikdə təşkil olunardı. Kənd sakini Şükufə Məmmədovanın dediyinə görə bacısı qızını gəlin köçürərkən həyətdəki ağaclardan birində yelləncək qurmuş və bacısı qızının yoldaşlarının iştirakı ilə belə bir oyun təşkil etmişdir. Qarabağ zonasında isə ya açıq havada, ya da dam evlərində təşkil olunub. Dam evlərində təşkil olunanda damın bacasından lom, ya ağır dəmir atılar, oradan kəndir asıb yellənilirdi. Açıq havada təşkil olunan zaman qoz, ərik ağaclarının budaqları möhkəm olduğu üçün yelləncək əsasən həmin ağaclardan asılırdı.
Kəhf Surəsi
Kəhf surəsi ― Quranın 18-ci surəsi. 110 ayədən ibarətdir.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kəy (Urmiya)
Kəy (fars. ‎‎‎كاي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (45 ailə).
Rəf (kompüter)
Rəf (ing. rack)– kompüter və (və ya) şəbəkə avadanlıqlarını quraşdırmaq üçün metal konstruksiyadır. Taxçaların eni, adətən, 19 və ya 23 düym olur (19 düym = 48.26 sm, 23 düym = 58.42 sm). Rəfə quraşdırılmış (en. rack-mounted) – standar enli metal karkasa, yaxud bölməyə quraşdırılmaq üçün düzəldilmiş avadanlıq elementidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əshabi-Kəhf
Əshabi-kəhf dağı
KAF Çempionlar Liqası
Afrika Çempionlar Kuboku / Liqası
Ubeyy ibn Kəb
Ubeyy ibn Kəb (I minillik, Mədinə – 649 və ya VII əsr, Mədinə, ərəb. أبي بن كعب‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, Quranı gözəl oxumaq bacarığına görə o, Seyid əl-Qurra (qiraət edənlərin ağası) ləqəbini almışdır. Tam adı Ubeyy ibn Kəb ibn Qeys əl-Xəzrəcdir. Mədinədə doğulmuş və Xəzrəc qəbiləsindəndir. Müsəlmanların Mədinəyə hicrətindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci beyyətinin iştirakçısı olmuşdur. Bədr, Uhud, Xəndək döyüşü və digər müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə Ubeyy ağır yaralanır. Ubeyy ibn Kəb İslamı qəbul etməmişdən əvvəl oxuyub yazmağı bilən nadir insanlardan idi. Hicrətdən sonra Mədinə əhli arasından onun birinci katibi olur. O, Məhəmmədə nazil olan İlahi vəhyləri yazmış və Quranı ən yaxşı oxuyan şəxs olmuşdur.
Əshabi-Kəhf (mağara)
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır. Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır.
Əshabi-Kəhf (ziyarətgah)
Əshabi-Kəhf – Culfa rayonunda ziyarətgahdır. Əshab-i Kəhf dağın (1665 m) və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Deməli, Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olmuşdur. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapmışlar. Çələbi, Beyzavinin təfsiri haşiyəsində yazır ki, Rəqim ayəsi lövhəyə yazılıb, həmin mağaranın qapısında təfsir olunmuşdur. O, dağm və ya kəndin adı ilə daşa həkk olunmuş yazıda şərh edilmişdir.
Əshabi-kəhf dağı
Əshabi-kəhf dağı – Babək rayonu ərazisində dağ (hünd. 1685,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 4,5 km şərqdə yerləşən qövsvari sıldırım yamaclı tirənin suayırıcısında zirvə. Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarını yarıb çıxan Orta Miosen yaşlı teşenitlərdən ibarət şimal-şərq istiqamətində uzanmış sill formalı subvulkanik intruziv kütlənin əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Yamaclarında acılan teşenitlər yaxşı ifadə olunan sütunvari ayrılmalarla səciyyələnir. Əshabi-kəhf mağarası dağın cənub-qərb yamacındadır.
Kek
kek ya da tort— şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q un sufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu Yumurtaları şəkər tozu ilə çalın.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri (Ker/Gər/Gir) kökündən törəmişdir.
Kev
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Nef
Nef bir bazilika kilsəsinin mərkəzi dəhlizi və ya bir kilsənin arxa divarı ilə kəsişməsinin ən uc nöqtəsi arasında olan əsas gövdəsi və dəhlizdəki transept adlanan çarpaz nefdir. Bu ruhban təbəqəsindən olmayan xristianlar (laika) tərəfindən əldə edilə bilən kilsə ərazisidir.
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Ket
Ketlər
Def Leppard
Def Leppard — 1977-ci ildə qurulmasına baxmayaraq, səsini əsl mənada 80-ci illərin sonunda "Hysteria" adlı albomuyla eşitdirə bildi. Sonradan qrupa qatılan Joe Elliot və Steve Clark ilə hal-hazırkı halını alan Def Leppardın ilk albomu "High Dry", arxa plan vokalları ilə diqqət çəksə də müvəffəqiyyət qrafikinin aşağı olduğu bir iş olaraq xarakterizə edildi. "Pyromania" albomlarının 7 milyondan çox satmasıyla bir anda 80-ci illərin ən müvəffəqiyyətli qrupları arasına girdilər. Def Leppard 1995-ci ildə 24 saat içərisində 3 fərqli qitədə konsert verərək Ginnesin Rekordlar Kitabına girmişdir. Qrup 1977-ci ildə Rick Savage, gitarada Pete Willis, vurma alətlərdə Tony Kenning tərəfindən Atomic Mass adıyla quruldu. Qrupun üzvləri Tony Kenning ilə Steve Clark arasında yaşanan problemlər nəticəsində Tonny Kenning qrupdan ayrıldı və yerinə Frank Noon gəldi. Bu heyətlə ilk EP "Getha Rocks Off" yayımlandı, lakin bu EP'dən sonra Frank Noon da qrupdan ayrılınca yerinə Rick Allen gəldi. Bu heyətlə 1981–87 arası çıxan 3 albomun prodüserliyini AC/DC'nin prodüseri Robert John "Mutt" Lange öz boynuna götürdü. 1980-ci ildə çıxardıqları "On Through the Night", 1981-ci ildə çıxan "High 'n' Dry'"-da da bir heyət dəyişikliyi yaşayan qrupda gitarist Pete Willisin yerinə Phil Collen keçdi və 1983-cü ildə çıxan "Pyromania" ilə adını yavaş yavaş eşitdirməyə başladı. 6 milyon satış rəqəminə çatan bu albom, qrup üçün qəti bir dönüş nöqtəsi idi.
Haruun-Kel
Haruun-Kel (ing. Haruun Kal) — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir. Ceday ustası Meys Vindu bu planetdəndir. Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır. Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir. Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır. Haruun Kal — Vukipediya saytında.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Kek (mifologiya)
Kek (mifologiya)— Kek qədim Misir kosmoqoniyasında Hermopolis Oqdoadında ilkin qaranlıq anlayışının ilahiləşdirilməsidir. Oqdoad dörd cüt tanrıdan, qadın həmkarları ilə qoşalaşmış dörd kişi tanrıdan ibarət idi. Kekin qadın həmkarı Kauket idi. Kek və Kauket də bəzi aspektlərdə gecə və gündüzü təmsil edir və müvafiq olaraq "işıq qaldıran" və "gecə qaldıran" adlanır. Ad "qaranlıq" kkw sözü ilə əlaqəli heyət liqaturasında (N2) göy üçün heroqlifin variantı ilə kk və ya kkwy kimi yazılır. Ən qədim təsvirlərdə Kekuiyə ilanın, Kekuitə isə ya qurbağanın, ya da pişiyin başı verilir. Bir səhnədə onlar Ka və Kate ilə eyniləşdirilir; bu səhnədə Ka-Kekuinin üstü böcəklə örtülmüş qurbağa başı, Kate-Kekuit isə disklə örtülmüş ilan başı var. Yunan-Roma dövründə Kekin kişi forması qurbağa başlı kişi, qadın forması isə ilan başlı qadın kimi təsvir edilmişdir, Oqdoaddakı bütün dörd dualistik anlayış kimi. 2016-cı il ABŞ prezident seçkiləri ilə əlaqədar olaraq, 4chan kimi onlayn mesaj lövhələri ilə əlaqəli insanlar Keck və qurbağa obrazı Pepe arasında oxşarlıqları qeyd etdilər. Bu, "kek" termininin tez-tez Pepe şəkilləri ilə birləşdirilən "lol" İnternet jarqonunun məşhur əvəzi kimi tez-tez istifadəsi ilə birlikdə qədim tanrıya marağın yenidən artmasına səbəb oldu.
Key Marumo
Key Marumo (d. 6 mart 1992, Osaka, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Key Marumo 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Marumo həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. Key Marumo 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Key Marumo komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.