Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mübahisəli şəhər (roman)
"Mübahisəli şəhər" –Avropa müqavimət hərəkatı haqqında yazıçı Süleyman Vəliyevin romanıdır. Roman Kerçdə əsir düşən 416-cı Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını təsvir edir. == Yazılma tarixi == "Mübahisəli şəhər" 1946–1947-ci illərdə, stalinizm vaxtlarda qələmə alınıb, lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılma kampaniyası ilə nəticələnir və 1949-cu ilin yayında Süleyman Vəliyev Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Beləliklə, romanın çapı dayandırılır. 1957-ci ildə, artıq Bakıya qayıdandan sonra, yazıçının "Mübahisəli şəhər" romanı yazıldıqdan 10 il sonra "Azərbaycan" jurnalında çap olundu, lakin o zaman Yuqoslaviya-SSRİ əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına icazə verilmədi. Nəticədə, 1962-ci ildə roman Moskvada rus dilində nəşr olundu. Yalnız bundan sonra bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap edilir. == Süjeti == Romanın azərbaycanlı qəhrəmanı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlərdən uzaqlaşan kimi, o Triest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq qərarına gəlir. Şəhərdə slovenlər və italyanlardan ibarət olan güclü partizan hərəkatının mövcud olduğunu əsirlər də bilirdilər.
Hindistanın mübahisəli ərazilərinin siyahısı
Hindistanın mübahisəli ərazilərinin siyahısı — Hindistanda bir çox mübahisəli ərazilər var. Böyük anlaşmazlıqlar Çin və Pakistanla, kiçik anlaşmazlıqlar isə Banqladeş, Nepal və Şri-Lanka ilə yaşanır.
Metodlar mübahisəsi
Metodlar mübahisəsi (alm. Methodenstreit‎) — XIX əsrin 80-90-cı illərində iki iqtisadi məktəb — Avstriya və tarixi arasında baş verən müzakirə. Metodlar mübahisəsi iqtisadiyyatın inkişafında mühüm bir mərhələ oldu. == İlkin şərtlər == XIX əsrin 70-ci illərində Avstriya-Macarıstan və Alman imperatorluqlarında tarixə "Avstriya" və "gənc tarixi" adı ilə daxil olan iki iqtisadi elmi məktəb formalaşmağa başladı. Hər birinin istifadə etdiyi müxtəlif metodlar qarşılıqlı ittihamlarla dolu elmi mübahisələrlə nəticələndi və daha sonra "metod mübahisəsi" adlandırıldı (alm. Methodenstreit‎). == Münaqişənin mahiyyəti == "Gənc" tarixi iqtisadi məktəbin qurucusu Qustav fon Şmoller, klassik məktəb nümayəndələrinin fərdiyyətçiliyinə qarşı çıxış etdi. İqtisadiyyatın tarixi, empirik və induktiv tədqiqatlara (yəni özəl nəticələrdən ümumi qənaətə keçməyə əsaslanan məntiqi nəticələrə) əsaslanan, etik və praktiki yönümlü, fənlərarası yanaşmaya və institusional (insanların müxtəlif assosiasiyalarının tədqiqatlar kompleksi) dinamikasını öyrənməyə yönəldiyini iddia etdi. İqtisadi qanunların ümumbəşəri olması və siyasi iqtisadiyyatın müəyyən bir toplum üçün xarakterik olan iqtisadi nəzəriyyələri təsvir edə və işıqlandıra bilməməsi barədə ilk qərar Avstriya məktəbinin nümayəndələrini Alman tarixi qanunları ilə qarşıdurmaya gətirib çıxardı . "Tarixçilər" Mengeri qurucusu olaraq "atomizm" və "kosmopolitizm" ittiham etdilər.
Mosul mübahisəsi
Mosul mübahisəsi və yaxud Mosul münaqişəsi, Mosul problemi (1918-1926) - Böyük Britaniya və Türkiyə arasında Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasının tərkibinə daxil Mosul vilayətinin Kərkük, Ərbil və Süleymaniyyə bölgələri ilə birlikdə Mosulun neft bölgəsinin mülkiyyəti ilə bağlı ərazi məsələsi. Mosul vilayəti I Dünya müharibəsinin sonuna qədər, İngiltərə tərəfindən işğal edilənədək Osmanlı imperiyasının tərkibində olub. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yeni Türkiyə Cümhuriyyəti Mosulu Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini"ndə müəyyən edilmiş mühüm məsələlərdən biri hesab edirdi. İngiltərə daimi müqavimət göstərməsinə baxmayaraq, məsələni beynəlxalq arenaya çıxara bildi və onu Türkiyə ilə İraq arasında sərhəd probleminə çevirə bildi. 1924-cü il mayın 19-da Türkiyə ilə İngiltərə arasında İstanbul konfransı keçirildi. Konfransda Türkiyə tərəfi Mosulun tarixən həmişə Osmanlı ərazisi olaraq qaldığını və Birinci Dünya müharibəsinin sonunda bu vəziyyətin dəyişmədiyini, əyalət əhalisinin üçdə ikisinin müsəlmanlardan ibarət olduğunu, milliyətcə türk və kürdlərin üstünlük təşkil etməsini bildirərək buna görə Mosulun tarixi, hərbi və etnik səbəblərə görə Türkiyə sərhədləri daxilində qalmağını əsaslandırdı. Böyük Britaniya tərəfi Türkiyə dövlətinin tələbini tamamilə rədd etdikdən sonra İstanbul konfransı buraxıldı. Mübahisə Millətlər Liqası səviyyəsinə qaldırıldı. Burada Türkiyə tərəfi İstanbul konfransında öz tezislərini təkrar edərək referendum (ümumi referendum) keçirilməsini tələb etdi. İngiltərə də bölgə əhalisinin siyasi mövqeyi olmadığını bildirərək plebissit tələbinin rədd edilməsinə nail oldu.
Egey mübahisəsi
Egey mübahisəsi, Egey məsələsi və ya Egey nifaqı (yun. Γκρίζες Ζώνες, türk. Ege sorunu) — Yunanıstan və Türkiyə arasında Egey dənizinin akvatoriyasında və onun üzərindəki hava məkanında suverenlik və əlaqəli hüquqlarla bağlı bir-biri ilə əlaqəli mübahisəli məsələlər kompleksi. 1970-ci illərin həll olunmamış Kipr böhranından yaranan çoxsaylı münaqişələr Türkiyə–Yunanıstan münasibətlərinə əhəmiyyətli təsir göstərmişdir. 1987-ci ildə və 1996-cı ilin əvvəlində Egey mübahisəsi iki dövlət arasında hərbi əməliyyatların başlanmasına yaxın böhran vəziyyətlərinə gətirib çıxarmışdır. 1998-ci ildə hər iki ölkə bir sıra diplomatik tədbirlər həyata keçirməklə gərginliyi aradan qaldırmağa yaxın idi. Növbəti addım, xüsusən də Yunanıstanın Türkiyənin Avropa İttifaqına daxil olmasını asanlaşdırmağa yönəlmiş hərəkətləri olmuşdu. == Dəniz və hava təsir zonaları == Egey mübahisəs hər iki ölkənin əraziləri ətrafında dəniz və hava təsir zonalarının delimitasiyası ilə bağlıdır. Bu məsələlər Egey dənizinin özünün coğrafi və tarixi xüsusiyyətləri, onun hövzəsindəki ölkələrin yerləşməsi ilə əlaqəlidir. Egey dənizinin suları ilə yuyulan Yunanıstan və Türkiyənin materik sahil xəttinin uzunluğu təxminən bərabər olsa da, Gökçeada və Bozcaada istisna olmaqla, bütün Egey adaları Yunanıstana aiddir.
Sutorina mübahisəsi
Sutorina mübahisəsi — Monteneqro ilə Bosniya və Herseqovina arasında Sutorina ərazisi üzərində suverenliklə bağlı sərhəd mübahisəsi. 1878-ci il Berlin konqresindən bəri Sutorina ərazisi Avstriya-Macarıstan və daha sonra Yuqoslaviya krallığının tərkibində Bosniya və Herseqovinanın bir hissəsi idi, lakin 1947-ci ildə İkinci Dünya müharibəsindən sonra Yuqoslaviya SFR tərkibində Monteneqro SR-yə birləşdirilmişdir. Yuqoslaviyanın parçalanmasından sonra əraziyə nəzarət Monteneqro tərəfindən saxlanılmışdır, lakin bəzi bosniyalı rəsmilər ərazinin ötürülməsinin qeyri-qanuni olduğunu iddia edərək, Monteneqronun ərazi üzərindəki suverenliyini mübahisə mövzusuna çevirmişdir. 2015-ci ildə iki ölkə ərazi üzərində suverenliyin Monteneqroya verilməsi barədə razılığa gəlmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Blake, Gerald Henry; Topalović, Duško. Clive H. Schofield; Mladen Klemenčić (redaktorlar). The maritime boundaries of the Adriatic Sea. IBRU. 1996. 42–43. ISBN 9781897643228.
Ərazi mübahisəsi
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. == Ümumi == Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Ermənistan–Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331 — 428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331 — 428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi — 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya və Sloveniyanın 668 km birgə sərhədi vardır. Sloveniya Respublikasının Statistika İdarəsinin məlumatına görə, Xorvatiya-Sloveniya sərhədinin uzunluğu 670 km-dir. Sərhədin ən mübahisəli hissəsi Piran körfəzinin sularıdır. Əvvəlcə sərhəd mübahisələri Sloveniya-Xorvatiya münasibətlərinə ciddi təsir göstərmir. 2000-ci illərin ikinci yarısında Sloveniya ərazi mübahisələrinin mövcudluğundan bəhanə gətirərək, iki dəfə (2008-ci ilin dekabrında və 2009-cu ilin sentyabr-oktyabr aylarında) Xorvatiyanın NATO-ya üzv olmaq üçün müraciətini əngəllədiyi zaman vəziyyət daha da pisləşməyə başlayır. Bu şəraitdə hər iki ölkə ərazi mübahisəsinin həllində kömək üçün dünya birliyinə müraciət etmək qərarına gəlir və beynəlxalq arbitrajla razılaşırlar. Arbitraj Sazişi 4 noyabr 2009-cu ildə Stokholmda imzalanır: Sloveniyanın Baş Naziri Borut Pahor, onun Xorvatiyalı həmkarı Yadranka Kosor və Avropa Şurasının Prezidenti Herman Van Rompöy imzalayır. 28 iyul 2015-ci ildə Xorvatiya Sloveniyanın arbitraj qaydalarını pozduğunu iddia edərək arbitrajdan çıxır. 29 iyun 2017-ci ildə Daimi Arbitraj Məhkəməsi mübahisənin hər iki tərəfi üçün məcburi olan sərhəd qərarını verir.
Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. == Tarixi == Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular. Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir.
Müqayisəli hüquq
Müqayisəli hüquq, hüquqi müqayisəli təhlil, hüquqi müqayisəli araşdırmalar — eyni adlı dövlət və hüquq institutlarını, onların əsas prinsiplərini və kateqoriyalarını müqayisə edərək müxtəlif dövlətlərin hüquq sistemlərini araşdıran fiqur (bölmə). == Müqayisəli qanunun məqsədləri == Müqayisəli qanun, yüksək teorisiyaya baxmayaraq, qanunvericilik fəaliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti sahəsində ən populyar elmlərdən biridir. Müqayisəli qanunun əsas məqsədləri arasında ayırd etmək adətlidir: epistemoloji məqsəd; praktik məqsədlər.Müqayisəli qanunun epistemoloji məqsədi hüquqi fenomen və təsisatların inkişafının ümumi nümunələrini müəyyənləşdirməkdir, çünki yalnız fərqli hüquq sistemlərinin müqayisəsi qanunda ümumi və xüsusi, təsadüfi və nizamlılığı ayırd etməyə imkan verir. Beləliklə, hər hansı bir hüquqi araşdırmada nisbətən hüquqi metod vacibdir. Başqa sözlə, xarici hüquq bilikləri öz qanunlarınızı daha yaxşı başa düşməyə, üstünlüklərini və mənfi cəhətlərini görməyə imkan verir. Bu baxımdan, müqayisəli hüququn əsaslarının öyrənilməsi gələcək hüquqşünasların hüquqi təfəkkürünün formalaşmasında mühüm tərkib hissəsidir, onu daha "həcmli" və çevik etmək olar. Müqayisəli qanun sırf epistemoloji ilə yanaşı, aşağıdakı praktik məqsədləri də daşıyır: açıq-aydın zərurət yarandığı ərazilərdə (ilk növbədə mülki, ticarət, humanitar hüquq) müxtəlif dövlətlərin qanunvericiliyinin yaxınlaşmasına və birləşdirilməsinə kömək etmək; xarici ölkələrin hüquq təcrübəsinin öyrənilməsi əsasında öz milli hüquq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması.Bu sırf praktik məqsədlərə çatmaq hazırda Avropa Birliyindəki genişmiqyaslı inteqrasiya prosesləri və Avropa Vətəndaş Məcəlləsi, ümumən Avropa Konstitusiyası kimi Avropa aktlarının qəbul edilməsi layihələri səbəbindən xüsusilə aktualdır. == Müqayisəli qanunun yaranması və inkişafı == Müqayisəli hüquqi tədqiqat metodu qədim dövrlərdə tətbiq olunmağa başladı. Məsələn, Platon müxtəlif Yunan siyasətinin qanunlarını müqayisə etdi. Aristotel, siyasi təşkilatın qanunları haqqında nəticə çıxarmaq üçün 153 Yunan və Barbar şəhərlərinin "konstitusiyasını" toplayıb müqayisə etdi.
Müqayisəli siyasət
Müqayisəli siyasət həm ölkələr daxilində, həm də ölkələr arasında siyasəti araşdırmaq üçün müqayisəli metod və ya digər empirik metodların istifadəsi ilə xarakterizə olunan siyasət elminin bir sahəsidir. Əsasən bura siyasi institutlar, siyasi davranış, münaqişələr, iqtisadi inkişafın səbəbləri və nəticələri ilə bağlı suallar daxil ola bilər. Xüsusi tədqiqat sahələrinə tətbiq edildikdə, müqayisəli siyasət müqayisəli hökumət (hökumət formalarının müqayisəli tədqiqi) kimi digər adlarla da adlandırıla bilər. == Tərif == Müqayisəli siyasət dünyadakı müxtəlif siyasi sistemlərin sistemli öyrənilməsi və müqayisəsidir. Fərqli siyasi sistemlərin niyə oxşarlıq və ya fərqliliklərə malik olduğunu və onlar arasında inkişaf dəyişikliklərinin necə baş verdiyini izah etmək üçün axtarış müqayisəli xarakter daşıyır. Tədqiqat sahəsi demokratikləşmə , qloballaşma və inteqrasiya kimi mövzulara diqqət yetirərək, bütün dünyada siyasi sistemləri nəzərə alır. Müqayisəli siyasət sayəsində son 40 ildə siyasət elmində yeni nəzəriyyə və yanaşmalardan istifadə edilmişdir. Bunlardan bəziləri siyasi mədəniyyətə, asılılıq nəzəriyyəsi , inkişafçılıq, korporatizm , yerli dəyişiklik nəzəriyyələri, müqayisəli siyasi iqtisadiyyat, dövlət-cəmiyyət münasibətləri və yeni institusionalizm olmuşdur. Müqayisəli siyasətin bəzi nümunələri prezident və parlament sistemləri , demokratiyalar və diktaturalar , müxtəlif ölkələrdəki parlament sistemləri, Kanada kimi çoxpartiyalı sistemlər və ABŞ kimi iki partiyalı sistemlər arasındakı fərqləri öyrənməkdir.Tarixən intizam ölkələr arasında müqayisələr vasitəsilə siyasət elmində geniş sualları araşdırsa da, müasir müqayisəli siyasət elmi ilk növbədə submilli müqayisələrdən istifadə edir. Son zamanlarda submilli müqayisələrə maraq və onun müqayisəli siyasətdə faydası nəzərəçarpacaq dərəcədə artmışdır.
Müqayisəli üstünlük
Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.
Xristoloji mübahisələr
Xristoloji mübahisələr — xristianlıqda İsanın mahiyyəti haqqında gedən mübahisələr. IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, İsanın Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət rəsmi Kilsəni yeni problemlərlə üzləşdirdi. Məsələ bundadır ki, əgər İsa Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan kimi gəlmişdirsə, onda deməli İsa hər iki təbiətə malikdir. Ancaq dünyaya gələn İsada İlahi təbiətin insan təbiəti ilə hansı şəkildə, hansı münasibətdə birləşməsi sualı yaranmışdır. Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır. İsanın təbiəti haqqında IV əsrin sonunda müxtəlif fikirlər mövcud idi. Bəziləri onu insan, digərləri isə, Tanrı kimi qəbul edirdilər. Tertullianus «De Carne Christi» əsərində, onu insan bədəninə girmiş Loqos kimi təsəvvür edirdi.
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. == Ümumi == Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Müqayisəli anatomiya
Müqayisəli anatomiya — müxtəlif növlərin anatomiyasındakı oxşar və fərqli cəhətləri öyrənir. O, təkamül biologiyası və filogenetika (növlərin təkamülü) ilə sıx bağlıdır. Müqayisəli anatomiya elm kimi klassik dövrdə başlamış və quşların və insanların skeletləri arasındakı oxşarlıqları qeyd edən Pierr Belonun işi ilə erkən müasir dövrə qədər davam edir. Müqayisəli anatomiya ümumi yaranışı sübut etmişdir və heyvanların təsnifatına kömək etdi. == Tarixi == Cərrahi və ya tibbi prosedurdan ayrı olan ilk xüsusi anatomik tədqiqat Alkmeon (Krotonalı) ilə əlaqələndirilir. Leonardo da Vinci, ayı da daxil olmaqla müxtəlif heyvanların əllərini müqayisə etmək üçün anatomik traktat üçün qeydlər etmişdir. 1517-ci ildə doğulmuş fransız təbiətşünası Pierr Belon delfin embrionlarını araşdırıb və quş skeletlərini insan skeletləri ilə müqayisə edib. Onun tədqiqatları müasir müqayisəli anatomiyaya gətirib çıxardı. Təxminən eyni vaxtda Andreas də özünəməxsus addımlar atırdı. Flamand əsilli gənc anatomist, yunan həkimi Qalenin anatomik biliklərini sistematik şəkildə araşdırır və düzəldirdi.
Müqayisəli endokrinologiya
Müqayisəli endokrinologiya — submolekulyar, molekulyar, hüceyrə və orqanizm səviyyələrində onurğalıların və onurğasızların endokrin sistemlərinin çoxsaylı mürəkkəblikləri ilə məşğul olur. Bu, orqanizmlərin inkişafının morfoloji və funksional aspektləri ilə əlaqəli biologiya və tibb sahələrində fənlərarası sahədir.Yeni hormonların kəşfi çox vaxt ilk dəfə məməlilərdə ortoloqlar (müxtəlif orqanizmlərin homoloji zülalları) tapılmadan əvvəl model orqanizmlərdə baş verir.
Müqayisəli ədəbiyyatşünaslıq (jurnal)
Müqayisəli ədəbiyyatşünaslıq — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı. == Jurnalın nəşri == Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 2004-cü ildən 2018-ci ilə qədər "Ədəbi əlaqələr" adı ilə nəşr olunub. Əvvəl toplu kimi çap olunmuş, 2014-cü ildən isə jurnal kimi qeydiyyatdan keçmişdir. Jurnal 19 fevral 2019-cu ildə "Müqayisəli ədəbiyyatşünaslıq" adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Jurnal ildə iki dəfə həm çap, həm də onlayn versiyada nəşr olunur. == Haqqında == AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalında dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur. Jurnalda Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yayımlanır. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. == Abstraktlaşdırma və indeksləşdirmə == "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalı beynəlxalq indeksləmə sistemlərinə daxildir: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Index Copernicus CiteFactor İdealonline == Redaksiya qrupu == Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Polşa və digər ölkələrin alimləri daxildir === Baş redaktor === İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü === İcraçı redaktor === Mehman Həsənli − filologiya üzrə fəlsəfə doktoru, dosent === Redaksiya heyəti === Almaz Ülvi Binnətova – filologiya elmləri doktoru (Azərbaycan) Bədirxan Əhmədov - professor (Azərbaycan) Bəsirə Əzizəliyeva - filologiya elmləri doktoru (Azərbaycan) Qəzənfər Paşayev – professor (Azərbaycan) Gülər ​​Abdullabəyova - professor (Azərbaycan) Məmməd Əliyev - professor (Azərbaycan) Yaşar Qasımbəyli – filologiya elmləri doktoru (Azərbaycan) === Beynəlxalq məsləhətçilər === Orhan Söyləməz – professor(Türkiyə) Kazbek Sultanov – professor (Rusiya) Huang Zhonghiang – professor (Çin) Şuxrat Surojiddinov – professor (Özbəkistan) Elka Traikova – professor (Bolqarıstan) Abdildazhan Akmataliev – professor (Qırğızıstan) Maria Kennes – dosent (Macarıstan) İvan Meznik – professor (Çexiya) Əlfis Qayazov – professor (Başqırdıstan) Kim Minnullin – professor (Tatarıstan) Oh Eunkyung – professor (Cənubi Koreya) Serik Piraliev – professor (Qazaxıstan) Davut Orazsahadov – dosent (Türkmənistan) Vaskiv Mikola Stepanoviç – professor (Ukrayna) Yaroslav Lavski – professor (Polşa) === Məsul redaktorlar === Maral Poladova (Azərbaycan) Pərvanə Kərimova (Azərbaycan) Aida Tağıyeva (Azərbaycan) == Həmçinin bax == https://science.gov.az/az/news/open/24081 https://www.medeniyyet.az/page/news/49506/Muqayiseli-edebiyyatsunasliq.html https://science.gov.az/az/news/open/15590 == Mənbə == İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər.
İncəsənətin klassifikasiyası haqqında mübahisələr
Sənət tarixçiləri və sənət filosofları arasında uzun müddətdir davam edən və konkret mədəni forma və ya əsərin hissəsinin incəsənət kimi klassifikasiyasına əsaslanan bir mübahisə mövzusu mövcuddur. Nəyin incəsənət kimi qəbul ediləcəyi, nəyin isə qəbul edilə bilməyəcəyi haqqında mübahisələr bu günə kimi davam etməkdədir. == Sənətin tərifi == Sənətin tərifi çətinlik yarada bilər. Estetiklər və sənət filosofları tez-tez nəyin incəsənət kimi təyin edilə biləcəyi haqqında mübahisələrdə iştirak edirlər. Orijinal və geniş yayılmış tərifə görə sənət, (ingiliscədə işlədilərn "art" sözü latın dilində "sənətkarlıq" və "əl işi" anlamında işlədilmiş "ars" sözündən gəlməkdədir) müəyyən bir biliyin effektiv tətbiqi nəticəsində yaranmış, daha çox bacarığa əsaslanan məhsul və ya prosesdir; bu tərif özünü "liberal sənətlər" və "döyüş sənəti" kimi ifadələrdə daha aydın göstərir. Lakin, müasir anlamda söz, 1750-ci illərdən etibarən estetik nəticə üçün bacarığın istifadəsi kimi anlaşılır.Onlayn Britannika Ensiklopediyasına görə, "incəsənət bacarıq və təsəvvürlərin başqaları ilə paylaşılması üçün estetik obyektlər, mühit və ya təcrübənin yaradılmasıdır." Lakin, müasir dövrdə "sənət" ifadəsinin necə istifadəsinin doğru olacağı haqqında çoxsaylı mübahisələr vardır; "sənət" ifadəsi altında nəyin nəzərdə tutulmasından bəhs edən çoxsaylı kitablar və jurnal məqalələri nəşr edilmişdir. 1969-cu ildə Teodor Adorno qeyd edirdi ki, "aydındır ki, incəsənət haqqında heç nə aydın deyil." Aydın deyil ki, kimin incəsənəti bölmək hüququ var. Sənətkarlar, filosoflar, antropoloqlar və psixoloqlar hərəsi incəsənəti öz fəaliyyət sahələrinə uyğun olaraq istifadə edir və bir-birinə oxşamayan təriflər verirlər. Sənət sözünün ikinci, daha dar, daha gec formalaşmış anlamı "yaradıcılıq işi" və "incəsənət" sözlərinin abbreviaturası kimi işlədilir. Burada söz sənətkarın yaradıcılıq işini və ya auditoriyanın estetik hisslərini ifadə etmək üçün işlədilir.
Makedoniya adı uğrunda mübahisə
Makedoniya adı uğrunda mübahisə — Yunanıstan və Makedoniya arasında uzun illərdir ki, davam edir. Bunun səbəbi odur ki, Yunanıstanın ən qədim bölgələrindən biri də Makedoniya adlanır. Afina öz qonşusundan ölkəyə elə bir ad verməyi tələb edir ki, bu, gələcəkdə Yunanıstan ərazisinə yarana biləcək iddialara şərait yaratmasın. BMT-nin vasitəçiliyi ilə bu ölkələr arasında aparılan danışıqlar 2008-ci ildə Yunanıstanın Makedoniyanın NATO-ya üzv qəbul olunmasına qarşı çıxdıqdan sonra dayandırılmışdır. 2010-cu ildə rəsmi Afina keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuş Makedoniyanın "Şimali Makedoniya" adlandırılmasına razı olduğunu bəyan etmişdir. Bu fikri Yunanıstanın xarici işlər nazirinin birinci müavini Dimitris Droustas bildirmişdir. Rəsmi Afina əks təqdirdə Yunanıstanın Makedoniyanın Avropa İttifaqına və NATO-ya üzvlüyə qəbul edilməsinin qarşısını bundan sonra da alacağını bəyan etmişdir. Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) (mak. Поранешна Југословенска Република Македонија - ПЈРМ) kimi qəbul edilib. 12 iyun 2018-ci ildə Makedoniya və Yunanıstan hökumətləri 27 illik ad mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəliblər.
Müqəddəs ayinlə bağlı mübahisə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.
Altıgünlük müharibə ilə bağlı mübahisələr
Altı günlük müharibə ilə bağlı mübahisələr – Orta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altı günlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər nəzərdə tutulur. Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır. Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş Krallıq və SSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar. == Önləyici vuruş və ya ədalətsiz hücum == Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır. İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı: 3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misir və İsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər. İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər.SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi. İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi. İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir. Eyni zamanda Misir qırıcıları Sinaydakı hava limanlarından havaya qalxmış və İsrailə tərəf uçmuşdur.
Kiçik Tokioda mübahisə (film, 1991)
Kiçik Tokioda mübahisə (ing. Showdown in Little Tokyo) – 1991-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. Filmin orijinal davam etmə müddəti 79 dəqiqə, qısaldımış variantı isə 76 dəqiqədir. == Məzmun == Filmdəki hadisələr 1980-cı illərdə Los-Anceles şəhərində təsadüf edir. Polis işçisi Kris Kenner Los Ancelesin Yapon rayonu Tokio şəhərciyində işləyir. Krisin valideynləri yapon əsilli olmuşlar. Onlar Yapon Yakudza bandası tərəfindən qətlə yetirilmişlər. Kris həmişə valideynləri öldürən qatilin daxili xüsusiyyətlərini yadında saxlamağa çalışır. Polis xidməti onun yanına Conni Muratu adlı yapon yoldaşı göndərir. Conni də yapon əsilli polisdir, kiçik yaşlarında ABŞ-yə köçüb, buranın mədəniyyəti ilə yaşayır.