Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərcani məscidi
Mərcani məscidi — Rusiyanın daxilində muxtar dövlət olan Tatarıstanın paytaxtı Kazanda yerləşən məscid. həmçinin əl-Mərcani, Marcani və Mərdcan deyə tələffüz edilir. Məscid 1766-1770-ci ildə Rusiya imperiyası imperatriçası Katerinanın və yerli şəhər əhalisinin ianələri hesanbına tikilmişdir. Məscid hal-hazırda Mərcani adlandırılır. Məscidə Mərcani adı burada 1850-ci ildən imam kimi işləyən Şəhabətdin Mərcaninin adından götürmüşdür. == Haqqında == Əvvəllər kafedral məscid idi. 1766-1770-ci illərdə rus çariçası II Yekaterina tərəfindən şəhərin müsəlman əhalisinə ərmağan edilmişdir. Rusiya imperiyasının müsəlman əhaliyə qarşı etdiyi zülümlərdən sonra tikilməsinə icazə verilən ilk məsciddir. Kazandakı ən qədim məscid olan Mərcani məscidi Sovet hakimiyyəti dövündən də salamat çıxmağı bacarmışdır. Ənənəvi tatar orta əsrlər memeari üslubu ilə barokka stilində inşa edilmişdir.
Şəhabəddin Mərcani
Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, tatar. Шиһабаддин Мәрҗани, Şihabaddin Mərcani; 16 yanvar 1818, Yabınçı müasir Atnin rayonu Tatarıstan — 18 aprel 1889, Kazan) — tatar alimi,Nəqşibəndiyyə təriqətinin şeyxi, filosofu, tarixçisi, etnoqrafı, maarifçisi. == Həyatı == == Fəaliyyəti == "Tərcüman" fikirlərinin təsiri altında 1885-ci illərə doğru Kazan türklüyünün mərkəzi olan Kazan şəhərində milliyyət fikrinin tarix və etnoqrafiya sahəsində göründüyünə şahid oluruq. O zamana qədər özlərini sırf müsəlman sayan və şüursuz bir şəkildə dillərinə "türk dili" deyən kazanlılar içində yenilikçi elm adamlarından Şəhabəddin Mərcani, tarixi əsərlərindən birisini, "Kitabu-Müstəfadil-əxbar fi Ahval-i Kazan" adlı Kazan tarixini Kazan türkcəsi ilə yazır və o əsərində ilk dəfə kazanlı müsəlmanlara dindən başqa bir də milliyyətin varlığını acı bir dillə, sərt və açıq ifadələrlə xatırladır və elan edir. "Mustafadül-əxbar"ın bu barədəki məşhur cümlələri bunlardır: "Bəziləri tatar olmağı əskiklik sayıb o ismdən nifrət edib "biz tatar deyil, müsəlmanıq!" deyə qovğa və mücadilə edirlər... Ey miskin! Deyək ki, sənin müsəlmandan başqa bir adını dinin və millətin düşmənləri bilməsəydi, əlbəttə, səni "müsəlman" deyə ayırd edərdi. Tatar olmasan, ərəb və tacik və noğay deyil, hatay və rus və fransız, prussiyalı və alman daha deyil, indi kim olursan?" Şəhabəddin həzrətin millətinə bu hiddətli xitabı, kazanlıların öz tarixlərinə, öz soy və köklərinə dəyər və önəm vermədiklərini tənqid etmək üçündür: "...Tarix elminin böyüklüyü və insanların yaşayışına ilgilərinin azlığından qismətsiz və verimsiz olub, heç bir zaman olayların baş verməsini, macəralarını bəyan və zəbt edilməyərək cahan alimləri, hökmdarlar və böyük hakimlər kimi babalarımız, atalarımız və xalqımız tərəfindən bilinməyərək büsbütün bilinməzlik örtüyü altında qalmış, hətta qövmümüzün əksəriyyəti, əzəldən bəri bu yolda Rusiya hökumətinin idarəsi altında yaşayırıq -zənnindədir və Bolqar və Kazan əhvalından "Şəhri-Bolqar övliyaları" və ya "Əzizlər qəbri" və "Xan məscidi" və bir şeyi köhnəlikdə mübaliğə məqamında "Hao Xan zamanındakı iş" deməkdən başqa heç bir şey bilmirlər və bu sözün anlamını belə sağlam təsəvvür və dərk edə bilmirlər. Öz qəbilələrindən nə qədər şöhrətli hökmdarların gəlib keçdiyi haqqında bilgiləri yox "İstər yuxarıdakı xitab, istərsə də bu müşahidə yazarın milli şüur sahibi olduğunu açıq göstərməkdədir. Tuna bolqarlarının ilk milliyyətçi tarixçilərindən Paisi də 1762-ci ildə yazdığı "Slav bolqar tarixi" adlı əsərində bolqarları kəndi milliyyətlərinin adını tələffüz etməkdən çəkindikləri üçün çox acı sözlərlə qınayır və onlara "Ey ağılsızlar!
Mərcanı
Oxycoccus (lat. Oxycoccus) - erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Oxycoccus intermedius ((A. Gray) Rydb.) == İstinadlar == Mərcanı:The Plant List saytında takson barədə məlumat.
Bataqlıq mərcanı
Dördləçək mərcanı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.
Xırdameyvə mərcanı
Vaccinium microcarpum (lat. Vaccinium microcarpum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü.
Babək Zəncani
Babək Zəncani (fars. بابک زنجانی‎; tam adı: Babək Murtuza Zəncani; d. 21 mart 1974, Tehran, İran) — İranlı milyarder, işadamı, "Sorinet Qrup"un idarə heyətinin rəhbəri. == Həyatı və fəaliyyəti == Babək Murtuza Zəncani 1974-cü ilin mart ayının 21-də Tehranda anadan olub.Ailəsi haqqında və uşaqlığına dair məbbələrdə heç bir məlumat yoxdur. Ümumiyyətlə, fantastik zənginliyinə baxmayaraq, ölkəsində belə tanınmır. Bəzilərinin fikrincə, o, İran dərin dövlətinin yetişdirdiyi fədaidir.Ərəb mənbələrinə görə, İranda konservatoriyanın tələbəsi olan gələcəyin iş adamının karyerası hərbi xidmətdən sonra başlayıb. İran ordusunun baş qərargahında xidmət edən Zəncani sonradan Mərkəzi Bankda işləyib. Belə ki, 1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Mohsen Nourbakhshın xidməti sürücüsü olub.Babək Zəncaninin zənginliyə gedən yolu haqqında irəli sürülən birinci versiya onun qoyun dərisi biznesi ilə məşğul olmasıdır. Yəni, Zəncani pulunu bundan çıxarıb. Lakin özü 13-14 yaşlarında ticarətə atıldığını, zərgərlik və valyuta dəyişmə məntəqəsi işlətdiyini iddia edir: "Ailəm varlıqlı olub.
Bərəkəveyh Zəncani
Bərəkəveyh Zəncani — X əsr Azərbaycan şairi. Ərəb dilində yazmışdır. Həyat və yaradıcılığı haqqında məlumat azdır. “Sülul” təxəllüsü ilə tanınmışdır. Əbu Mənsur Səalibi Bərəkəveyh Zəncaninin görkəmli ərəb alimi Bədi əz-Zaman əl-Həmədanidən eşitdiyi bəzi şeirlərini tərtib etdiyi topluya daxil etmişdir. Şeirlərində məhəbbət duyğuları ilə yanaşı didaktik motivlər, incə yumor da əksini tapmışdır. İnsanları həyatdan, gözəllikdən zövq almağa, xeyirxahlığa səsləyən şeirlərində folklora bağlılıq hiss olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Mahmud Zəncani
Mahmud Zəncani -mənşəcə Azərbaycan türklərindən olan dilçi və ilahiyyat alimi. Gorkəmli alim Əz-Zəncani Mahmud bin Əhməd bin Mahmud Əbu əl-Mənaqib Şihabəddin 1177 (8)-ci ildə orta əsrlər Azərbaycanının elm mərkəzlərindən birində-Zəncan şəhərində anadan olmuşdur. Yaxşı təhsil almış və uzun müddət Bağdadda yaşamışdır. Burada o zaman bütün Şərqdə tanınan "Nizamiyyə" və "Müstənsiriyyə" mədrəsələrində dərs demişdir. Bir müddət hətta Bağdadın qazisi də olmuşudr. Mahmud Zəncani 81 yaşında 1258-ci ildə vəfat etmişdir. Mahmud Zəncani Bağdadın və bütün ölkənin alimləri arasında böyük nüfuz sahibi idi. Məşhur ərəb tarixçisi Məhəmməd Zəhəbi onun haqqında yazırdı: "Mahmud bilik dəryası idi." O, şafii məzhəbi üzrə görkəmli ilahiyyatcı kimi "Quran"a şərh yazsa da tarixə ərəb dilinin qısa izahlı lüğətini tərtib etməsi ilə düşmüşdür."Tərvih əl-ərvah fi Təhzib əs Sihah" ("Ruhların təmizlənməsi və Sihahın düzəlməsi") adlanan bu əsər İsmayıl əl-Covhəri Farabinin məşhur lüğətinə şərh kimi yaranmışdı. Orta əsrlərdə Şərqdə məşhur alimlərin geniş yayılmış əsərlərinə şərhlər yazmaq ənənə halını almışdı. Adətən, bu cür şərhlər müxtəlif məqsədlər daşıyırdı.
Osman Zəncani
Osman Zəncani,(7-ci əsr Hicri qəməri, 15-ci miladi əsr) çilingər və qələmdan ustası == Həyatı == Osman Zəncani, Zəncan şəhərində dünyaya gəlib.Onun dəyərli işlərindən bürüncdən istehsal olunmuş qələmdandır ki, müxtəlif arabesk tərzində olan dizayn və xəttlər ilə zinətlənib.
Ümid Nəccari
Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyinin və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü. == Həyatı == Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib.Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır. İlk əsərləri Təbriz şəhəri dövrü mətbuatında çap olunmuşdur. Üç kitabın müəllifidir.
Nəsrullah Mərdani
Nəsrullah Mərdani (fars. نصرالله مردانی‎) — İranın məşhur şairlərindən biri. 1947-ci ildə Kazirunda anadan olub, 2003-cü ildə Kərbəlada vəfat edib.
Mərcan adaları
Mərcan adaları (ing. Coral island)- Ya zəlzələ, ya suyun səviyyəsinin qalxması, ya da yer qabığının yerdəyişməsi nəticəsində materiklərdən ayrılanlar, vulkan lavalarının və mərcan kaloniyalarının ölmüş qalıqlarinin üst-üstə yığılıb qalmasından yaranan adalar.Mərcan adaları əsasən altışüalı mərcan poliplərinin və qırmızı yosunların qalıqlarının üst-üstə yığılması nəticəsində yaranır. Ekvator və tropik qurşaqlarda, suyun temperaturu il boyu 200 C-dən yuxarı olan sahələrdə geniş yayılmışdır.
Mərcan dənizi
Mərcan dənizi — Sakit okeanda yerləşən dəniz. Dəniz Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahəlləri arasında yerləşir. Dənizin sahəsi — 4 791 000 km²-dir. Maksimal dərinlik 9140 m-dir. Dənizdə çoxsaylı mərcan rifləri və adalar mövcuddur: Uillis adaları, Treqross, Bampton, Çesterfild. Dünyada ən böyük mərcan rifi olan Böyük Sədd rifi burada yerləşir. Əsas limanlar: Kerns, Port-Morsbi, Numea.
Mərcan lili
== Mərcan lili == Mərcan lili-okeanların tropik sahillərində mərcan adalarının, mərcan riflərinin kənar yamaclarında və laqunlarında yayılmış, əsasən mərcan poliplərinin əhəngli skelet qırıntılarından ibarət çöküntülərə deyilir. Mərcan lili əsasən müasir çöküntülərdir.
Mərcan polipləri
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular.Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. == Mərcan rifi tipləri == Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: === Sahil rifləri === Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir. Çay mənsəbləri və manqır cəngəlliklərində onların sahələrinin arası kəsilir.
Rəna Dəcani
Rəna Dəcani (azərb. رنا الدجاني‎) — İordaniyalı molekulyar bioloq və Haşimi Universitetinin professoru. O, 2005-ci ildə Ayova Universitetində molekulyar biologiya üzrə doktorluq müdafiə etmişdir.
Abbasəli Əmid Zəncani
Abbasəli Əmid Zəncani (30 mart 1937, Zəncan – 30 oktyabr 2011, Tehran) — Tehran universitetinin rektoru, ayətullah. == Həyatı == Abbasəli Əmid Zəncani 30 mart 1937-ci ildə Zəncan şəhərində anadan olmuşdu. o, fiqh və hüquq sahəsində universitetin mötəbər ustadlarından idi. Hövzənin böyük ustadlarından kəsb etdiyi elm və savad nəticəsində, Cəfəri fiqhinin dəqiq və zərif nöqtələrini universitetlərdə tədris edirdi. O, fiqh və hüquq sahəsində gözəl əsərlər yazmışdır. Abbasəli Əmid Zəncani 2005–ci ildən 2008-ci ilədək Tehran Universitetinin rektoru olmuşdu. Abbasəli Əmid Zəncani 30 oktyabr 2011-ci ildə vəfat edib.
Mirzə Əbutalib Zəncani
Mirzə Əbutalib Zəncani (fars. میرزا ابوطالب زنجانی‎) — hüquqşünas və şiə alimi. == Həyatı == Mirzə Əbutalib Zəncani 10 dekabr 1843-cü ildə Zəncanda dünyaya gəlmişdir. Səfəvilər dövründən onun ata tərəfindən olan əcdadları Zəncan şəhərinin münsif və mərcə alimlərindən idilər. O, Zəncanda təhsilə başlamış, sonra Qəzvin və Nəcəfdə təhsilini Şeyx Mürtəza Ənsari, Şeyx Razi və Seyid Hüseyn Kuhkəməri Təbrizinin yanında davam etdirimişdir. 40 yaşında İrana qayıtmış və Tehranda məskunlaşmışdır. Seyid Hüseyn Kuhkəməri Təbrizinin tanınmış şagirdi olaraq, kargüzarlıq dairələrinin mərkəzində olmuşdur. Vaxtının çoxunu dərs deməyə və dini kitablar yazmağa həsr etmişdir. Əvvəlcə Məşrutə hərəkatının tərəfdarı olsa da, sonra kralpərəstlərə qoşulmuşdur.16 mart 1911-ci ildə Tehranda vəfat etmiş, Məşhəddə dəfn olunmuşdur. Azərbaycan və fars dilləri ilə yanaşı, fransız, ərəb və osmanlı dillərini də bilmişdir.
Mirzə Əbülqasim Zəncani
Mirzə Əbülqasim Musa Mirzə Kazım oğlu Zəncani (1805-1876) — İslam alimi, müctəhid. == Həyatı == Mirzə Əbulqasim Musa Zəncani miladi XIX (hicri 13-cü) əsrdə şiə məzhəbinin böyük alimlərindən olan Mirzə Kazımın oğlu idi. Həmçinin o, Seyid Məhəmməd Baqir, Rəşti və Hacı Məhəmməd İbrahim Qolabbasinin tələbələrindən olub. Bu dəyərli alimlərin yanında öz biliklərini təkmilləşdirən alim Zəncana qayıdaraq, burada dini idarəçiliyi öz öhdəsinə götürür və insanlar arasında böyük nüfuz və etimad qazanır. Mirzə Əbulqasim Zəncani özündən sonra onlarla dəyərli kitabları elmi irs olaraq qoymuşdur. Bu kitablara misal olaraq, "İzahud-Dəlail fi Hisabi- Aqdul-Ənamil", "Təxribil-Əsbab", "Məqalibil-Əbvab" və s. kimi əsərləri göstərmək olar. Bu böyük alim hicri 1293-cü ilin cəmadiul-əvvəl ayının 3-də Zəncan şəhərində vəfat etmişdir. == Şəcərəsi == Seyid Əbülqasim bin Seyid Məhəmmədkazim bin Seyid Əmir Həsən bin Seyid Əmir Möhsün bin Seyid Əmir Səlim Musəvi. == İstinadlar == == Qaynaqlar == تاريخ زنجان: علما و دانشمندان موسوی زنجانی، ابراهیم.ناشر:کتابفروشی مصطفوی.شهر:تهران.سال:۱۳52 اعیان الشیعه .سید محسن امین.ناشر :دارالتعارف للمطبوعات ،شهر:بیروت،سال:1406 (قمری) (الذریعة الی تصانیف الشیعة.
Molla Qurbanəli Zəncani
Molla Qurbanəli Zəncani (fars. آخوند ملا قربان‌علی ارقینی‎; 1824, Zəncan – 1911, İraq) — Məşrutə hərəkatının nümayəndəsi, ruhani. == Həyatı == Molla Qurbanəli 1824-cü ildə Zəncan vilayətinin Xudabəndəli mahalının Ərqənin kəndində anadan olmuşdu. Molla Məhəmmədhəsən Nəcəfi və Mürtəza Ənsaridən dərs almışdı. 1899-cu ildə bir cinayətkar onun evinə sığınmış və hakim həmin şəxsin yaxalanmasına əmr etmiş, dövlət adamları Axundun evinə girib və onun tərəfdaları ilə üzbəüz olub döyüşmüşlər. Zəncanlılar bu işə etiraz edib, hakimiyyətə qarşı üsyan edib bəzi dövlət binalarına ziyanlar vurmuşlar. Nəhayət, hakim Axundun evinə gedib bu üsyanı yatırtmışdır. 1907-ci ildə Məhəmmədbağır xan Səidüssəltənənin hakimliyi zamanı Zəncan vilayəti İranın bir çox yerləri kimi qıtlıq vəziyyətində idi. Bu durumda Axund Molla Qurbanəli Zəncani tərəfdarları bir gün şəhərdən eşiyə taxıl aparmağ istəyirlər. Lakin dövlət məmurları bu işə mane olurlar.
Musa Şübari Zəncani
Seyid Musa Şübeyri Zəncani (d. 2.3.1928, Qum, İran) — İranlı ayətullah.
Musa Şübeyri Zəncani
Seyid Musa Şübeyri Zəncani (d. 2.3.1928, Qum, İran) — İranlı ayətullah.
Şeyx İbrahim Zəncani
Şeyx İbrahim Zəncani (1855, Zəncan-1935) — Müctəhid, məşrutə hərəkatının fəal üzvü. == Həyatı == Şeyx İbrahim 1855-ci ildə Zəncan şəhərində anadan olmuşdu. Kiçik mülkədar ailəsində doğulduğuna görə çox çətinliklərlə təhsilini sürdürmüşdü. Amma çətinlikləri keçib mükəmməl mədrəsə təhsili almışdı. Sonra üləmaların yanında təhsilini davam etdirmişdi. Sultaniyyədə çox xeyirxah bir şəxsiyyət kimi ad qazanmışdır. Şeyx İbrahim Zəncani ictihad dərəcəsinə çatmışdı. Məşrutə hərəkatına qoşulmuşdu. Maraqlıdır ki, Məşrutə hərəkatında iştirak etmiş üləmaların və ziyalılarının böyük çoxluğu Məşrutə sonrası həddən artıq peşmanlıq hisi ilə özlərini tənqid etmişlər, amma nə yazıqlar kı, sonrakı peşmanlıq bərə bitirməz demişlər. Bunlardan biri də elə bu prokuror aktiv və atəşin məşrutəçi Zəncanlı alim Mirzə İbrahım Qızılbaşdır.
Mərcanlı
AzərbaycandaBöyük Mərcanlı
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan oteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan oteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azneft meydanı
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. == Tikililəri == === Seyid Mirbabayevin sarayı === Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. === Four Seasons Hotel Baku === Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. === Heydər Əliyev Fondu === === Bakı bulvarı === Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Aşağı Mərcanlı
Aşağı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Babək meydanı
Babək meydanı — Naxçıvan şəhərində dəmiryolu vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsi və Əlincə məhəlləsinin kəsişdiyi ərazidə yerləşir == Haqqında == 1989-cu ildən Babək meydanı adlandırılmışdır. Meydanda Babəkin at üstündə abidəsi ucaldılmışdır (heykəltaraş Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi E.Cəfərovdur). Babək meydanında dəmiryol işçiləri parkı, məişət, iaşə, ticarət və s.xidmət obyektləri var. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 54-55. ISBN 5-8066-1468-9.
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bazar Meydanı
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Bencani Mvaruari
Bencani Mvaruari (ing. Benjani Mwaruwari, 13 avqust 1978, Bulavayo, Rodeziya (h.h Zimbabve)) — Hücumçu mövqeyində oynamış olan keçmiş Zimbabve futbolçusu. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bencani Mvaruari ilə əlaqəli mediafayllar var.
Böyük Mərcanlı
Böyük Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. == Toponimikası == Böyük Mərcanlı oyk., mür. Cəbrayıl r-nunun eyniadlı i.ə.v.-də kənd. Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə r-nu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur.
Cocuq Mərcanlı
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Corc meydanı
Corc meydanı (ing. George Square) — Qlazqonun mərkəzində yerləşən meydan.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Dakar meydanı
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Füzuli meydanı
Füzuli meydanı — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. == Tarixi == 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.