HAVAYI

[ ər. ]
1. zərf İşləmədən, zəhmət çəkmədən, zəhmətsiz.
Düşündüm, ən nəhayət şair qəlbimə damdı; Süfrəsində havayı çörək yeyənləri vardı. S.Rüstəm.

2. zərf Boş yerə, əbəs, nahaq, hədər.
Havayı axmasın nə su, nə külək; Tarlada bir qoza qalmasın gərək! S.Vurğun.
Qoy hər bir əsgərimiz çox böyük və müqəddəs iş üçün vuruşduğunu bilsin, bir gülləni belə havayı atmasın. Mir Cəlal.

3. sif. Boş, faydasız, dəyərsiz, mənasız, əsassız. Havayı söhbət.
[Şamama Cadu:] Başına dönüm, elə bilirsən, mən sənə havayı söz deyirəm. Ə.Haqverdiyev.
[Qulu:] Qulu heç vaxt havayı söz danışmamışdır. İ.Əfəndiyev.

4. zərf Pulsuz, məccani, qarşılıqsız.
Havayı keçirmədi bir saatı, bir anı; Nizami Gəncəvinin “Leyli-Məcnun” dastanı; Onu vəcdə gətirdi… B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAVAYI havayı bax 1. əbəs; 2. müftə; 3. faydasız 1
  • HAVAYI faydasız — əsassız — lüzumsuz
  • HAVAYI boş — nahaq — əbəs — hədər — bica — bihudə
  • HAVAYI pulsuz — müftə — müsəlləm — məccani

Etimologiya

  • HAVAYI Hava sözü ilə bağlıdır, isimdən düzəlmiş sifətdir. “Bəxşiş” (havayı vermək) və “boş” (havayı söhbətdir), “pulsuz” mənasında işlənir
HAVATƏMİZLƏYİCİ
HAVAYIYEYƏN

Digər lüğətlərdə

ги́бельно отвива́ть по возмо́жности прида́вленность прия́тненький Ура́ния це́нтнер Часы́ черепа́ховый бомба́рда борзя́тник влета́ние профко́мовский разруша́ться мылица Семь через data handling heartbreaking hermeticism pecunious poovey slow reactor transversion вернуть