Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. |
Bərəkəveyh Zəncani — X əsr Azərbaycan şairi.
Ərəb dilində yazmışdır. Həyat və yaradıcılığı haqqında məlumat azdır. “Sülul” təxəllüsü ilə tanınmışdır.
Əbu Mənsur Səalibi Bərəkəveyh Zəncaninin görkəmli ərəb alimi Bədi əz-Zaman əl-Həmədanidən eşitdiyi bəzi şeirlərini tərtib etdiyi topluya daxil etmişdir. Şeirlərində məhəbbət duyğuları ilə yanaşı didaktik motivlər, incə yumor da əksini tapmışdır. İnsanları həyatdan, gözəllikdən zövq almağa, xeyirxahlığa səsləyən şeirlərində folklora bağlılıq hiss olunur.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 579. ISBN 978-9952-441-07-9.