Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qardan adam
Qardan adam — sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl. Ümumiyyətlə, uşaqlar tərəfindən, əylənmək məqsədiylə düzəldilir. Gövdəsi və başı müxtəlif həcmli üç böyük qar topundan, qollar budaqdan düzəldilir. Burnunu adətən kök, gözünü isə kömür əvəz edir. Boynuna şal bağlanılır. Başına papaq əvəzinə adətən vedrə qoyulur və əlinə süpürgə verilir. Gövdəsinin önünə düyməəvəzi kiçik daşlar düzülür. == Tarixi == İlk Qardan adamın nə vaxt edildiyi naməlumdur. Ancaq Araşdırmaçı Bob Eckstein, Avropa muzeyləri, sənət qalereyaları və kitabxanalarda bədii təsvirləri araşdıraraq orta əsrlərdə bəri qardan adam etmə ənənəsinin olduğunu isbat etmişdir. == Mədəniyyət və sənətdə yeri == Qardan adam uşaqların əyləncəsi olduğu qədər, Milad və qış bəzəmələri üçün də istifadə edilən məşhur bir temadır.
Kubadan qayıdan əsgərlər
Kubadan qayıdan əsgərlər (Katalanca: Desembarcament de soldats procedents de Cuba) — Kağız üzərində işlənən, ölçüləri 38.4 sm × 55.4 sm olan, kataloniyalı rəssam Lluis Qranerin hazırladığı rəsm əsəridir. Hal-hazırda rəsm əsəri Barselonada yerləşən Kataloniya Milli İncəsənət Muzeyində sərgilənir. İnvster nömrəsi 026775-D-dir və 1911-ci ildən Kasellas kolleksiyasına daxil edilmişdir. == Tarixi == Rəsm əsəri 1898-ci ildə baş verən İspan-Amerikan müharibəsində iştirak edən ispan əsgərlərini və onların hücumlarını, onların cavab həmlələrini özündə əks etdirir. Kuba müharibəsi kimi tarixə düşən müharibə 10 dekabr 1898-ci ildə baş vermişdir və Paris sazişləri vasitəsilə nəticələnmişdir. Sazişlərə əsasən, Amerika Birləşmiş Ştatları Kubanı, Filippini, Puerto-Rikonu və Quamı özündən asılı vəziyyətə salmışdır. == İstinadlar == == Biblioqrafiya == Palomero Caro, Rafael; Pérez Rodríguez, Josep Maria. Histocard 2. Contemporary history of Catalonia and of Spain. Collection Minimanual, núm.
Qayıdan qırtlaq siniri
Qayıdan Qırtlaq Siniri — ing. Recurrent Laryngeal Nerveen boyunun sol tərəfindəki Vagus sinirindən çıxan qarışıq sinirdir. Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər. Sinir nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır.
Marsipan
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Parsiyan
Parsiyan və ya Qavbəndi — İranın Hörmüzgan ostanının şəhərlərindən və Parsiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,549 nəfər və 2,377 ailədən ibarət idi.
Qaraiman
Qaraiman — Ermənistanın indiki Geğarkunik mərzində kənd. Çarlıq dövründə keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sovet dövründə isə Basarkeçər (Vardenis) rayonuna aid idi. == Ərazisi == Kəndin eni 3 km, uzunluğu isə 2,5 km-dir. Kənd Basarkeçər şəhərindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən 3 km Kəsəmən kəndi ilə, cənub qərb tərəfdən 6 km Bala Məzrə (Kiçik Məzrə) kəndi ilə, cənub tərəfdən 6 km Böyük Məzrə kəndi ilə, şərq tərəfdən isə 4 km Canəhməd kəndi ilə həmsərhəddir. Kəndin 1800 hektardan çox torpağı olmuşdur. Ondan 1200–1300 hektarı əkənək, 500 hektarı isə otaraq və biçənək sahələridir. Kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin yaxında tarixi III–V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələr, Gödək Vəli sərnəsindəki "Ocaq təpəsi" adlanan müqəddəs pirə qonşu kəndlərin də əhalisi niyyət edər nəzir verərdilər. Kəndin ərazisindəki, qədim yurd yerləri aşağıdakılardır: Gödək Vəlinin sərnəsi və həmin sərnədəki Gödək Vəlinin çayı, Gödək Vəlinin otaraq yerləri, Gödək Vəlinin komları, Böyük Güney, Qıvla Güney, Ayılı dərə, Köç bulağı, Çölmək bulağı, Qarasu bulağı, İlanlı bulağı, Şırnöyux bulağı, Südlü bulağı, Camışölən suyu, Məşədi İsa bulağı, və yaxud Sədaqət bulağı, Qaragözlü bulağı, Noyçalı bulağı, Çoban bulağı, Sarılığın bulağı, Bollu yurd, Göy taxta, Şimşək dərə, Ayı düşən yurdu, Çənli yurd, Lalalı yurd, Zilfər ölən yurd, Ayvas vurulan yurd, Şəmilin ağılı, Cəbrayılın əkənəyi, Rzanın dəmgəsi, Balamolğunun dəmgəsi, Qamışlı əkənəyi, Hortunoy əkənəyi, Selaparan sərnə, Cərgələn əkənəyi, Höyuxlu sərnəsi, Qırmızı qayanın döşü, Bala və Böyük məzrələr sərnəsi, Taxtanın ayağı əkənəyi, Arxacın dalı, Kərbəlayı Sadığın dəmiyəsi, Dardərə sərnəsi, Yanıq komu, Kilsəli komu, Böyük dəhnələr komu, və Sarılıq komu.
Gecə evinə tək qayıdan bir qız
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. == Məzmun == İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.
Parsiyan şəhristanı
Parsiyan şəhristanı və Qavbəndi şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Parsiyan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,369 nəfər və 7,972 ailədən ibarət idi.
Qaraşiran (Nir)
Qaraşiran (fars. قره شيران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 720 nəfər yaşayır (176 ailə).
Adam Qarsiya
Adam Garcia (ing. Adam Garcia; Wahroonga, New South Wales) — ABŞ aktyoru.
Alfred Qarsiya
Alfred Qarsiya Kastiyo (isp. Alfred García Castillo; d. 14 mart 1997, El-Prat-de-Yobreqat, Kataloniya, İspaniya) — İspaniya müğənnisi. O, Amaya Romero ilə duet şəklində ifa etdiyi "Tu canción" mahnısı ilə İspaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Alfred Qarsiya 14 mart 1997-ci ildə İspaniyanın Kataloniya muxtar vilayətində yerləşən El-Prat-de-Yobreqat şəhərində anadan olmuşdur. O, yeddi yaşından vokal və trombon dərsləri almağa başlamışdır. Qarsiya eyni zamanda gitara, təbil və sintezorda da ifa edə bilir. O, Unió Filharmònica del Prat musiqi filarmoniyasında musiqi təhsili almışdır. Qarsiya audiovizual kommunikasiya ixtisası üzrə təhsil alır. O, eyni zamanda Barselonada yerləşən Taller de Músics musiqi məktəbində caz və müasir musiqi ixtisasları üzrə təhsilinin üçüncü ilindədir.
Anisley Qarsiya
Anisley Navarro Qarsiya (19 yanvar 2002) — Kubalı suya tullanan. Anisley Qarsiya Kubanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Anisley Qarsiya birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 213.25 xal toplayaraq 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Baltazar Qrasian
Baltazar Qrasian (isp. Baltasar Gracián y Morales; 8 yanvar 1601[…] – 6 dekabr 1658[…]) — İspaniya yazıçısı, filosofu. == Həyatı == İspaniyada barokkonun ən böyük nasirlərindən və nəzəriyyəçilərindən biri Baltasar Qrasian olmuşdur. O, 1601-ci ildə Belmontda həkim ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir. Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və qrammatikanı öyrənmiş, Saraqossa universitetində isə ilahiyyat elmləri ilə tanış olmuşdur. 1627-ci ildə Kallatude şəhər kollecinə qayıdıb orada qrammatika və ritorika üzrə müəllim işləyir. 1636-cı ildə Ueska şəhərinə dəyişilən Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə düşür, yazıçı kimi formalaşır. Zadəgan don Vinsensio Xuan da Lastanossanın ədəbi məclisləri, zəngin kitabxanası onun dünyəvi meyllərini gücləndirir. Yezuit ordeninin rəhbərliyi onun dünyəvi meyllərini, ədəbi fəaliyyətini xoşlamırlar.
Cared Qarsiya
Cared Qarsiya (6 dekabr 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Cared Qarsiya ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Cared Qarsiya 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.875 saniyəlik nəticəsi ilə 9-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 31.644 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu.
Danna Qarsiya
Danna María García Osuna (4 fevral 1978, Medellin) — Kolumbiya'lı aktrisa və müğənni.
Karina Qarsiya
Karina Qarsiya (3 yanvar 1984) — Boliviyalı atıcı. Karina Qarsiya Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 405.6 xal toplayaraq 44-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Manuel Qarsiya
Manuel Qarsiya Valinas (d. 20 aprel 1955) — İspaniyalı biatlonçu. Manuel Qarsiya İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Manuel Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Qarsiya 40:16.6 saniyəlik nəticəsi ilə 64 atlet arasında 56-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Marsian Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937)—"Mikroprosessor"un yaradıcısı. == Həyatı == Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
Melani Qarsiya
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Çuy Qarsiya
Jesús G. "Chuy" García (ing. Chuy García; 12 aprel 1956) — ABŞ siyasətçisi və ABŞ Nümayəndələr Palatasının üzvü.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Endi Qarsia
Andres Arturo Qarsia Menendez (12 aprel 1956[…], Havana) — Kubalı aktyor. Ailəsi 1961-ci ildə ABŞ-yə köçdü. Dünyaya əkiz qardaşı ilə bitişik gəlmişdir. Ayrıldıqdan sonra həmin çiynində yara əmələ gəlmişdir. ABŞ-yə ilk gəldiklərində pis işlərdə işləməyə məcbur olmuşdur.
Qarsın mühasirəsi
Qars Mühasirəsi - Krım müharibəsinin son böyük miqyaslı hərbi hərəkatıdır. 1855-ci ilin iyun ayında Sivastopoldakı qüvvələrin üzərindəki təzyiqi yüngülləşdirmək üçün İmperator II Aleksandr və General Muravyovun rəhbərliyindəki Rus qoşunları Anadoluya üz tutmağa qərar verdilər. 25,000 əsgərdən ibarət güclü bir korpusla Şərqi Anadolunun ən mühüm qalalarından Qarsa doğru ani bir hücuma keçdi. İlk təcavüz İngilis general Uilyam Fenvick Villiams komandanlığı altındakı Osmanlı qarnizonu tərəfindən geri oturduldu. Ruslar noyabr ayına qədər şəhəri mühasirədə saxladılar. Hücum xəbərinin duyulması ilə Osmanlı Komandanlarından olan Ömər Paşa Sivastapoldakı Osmanlı qoşunlarını geri çəkməklə Qarsdakı Rus qoşunlarının mühasirəni aradan qaldırmaq təklifini irəli sürdü. 6 sentyabrda Ömər Paşa 45,000 əsgəriylə birlikdə Suxumiyə çəkildi. Ancaq Muravyov bunun üzərinə Qarsa üçüncü dəfə hücum təşkil etdi və Osmanlı qüvvələri rusları geri oturdular. Osmanlılar 700-800 itki verərkən Rus ordusu 3000-6000 arası ölü, yaralı və əsir verdi.
Vsevolod Qarşin
Qarşin Vsevolod Mixayloviç (2 fevral 1855-1888) — rus yazıçısı. == Həyatı == Vsevolod Qarşin 1855-ci il fevralın 2-də dünyaya gəlib. Bu zaman Krım müharibəsi gedirdi və sonralar onun eşitdiyi nağıllar bu müharibənin iştirakçısı olmuş atasının zabit dostları ilə bölüşdükləri xatirələri idi. Müharibənin dəhşətli və eyni dərəcədə maraqlı olan epizodlarını gələcək yazıçı həyəcanla dinləyir, yenicə bitmiş müharibənin təlatümlü xatirələri onun qəlbini sarırdı. Uşaqlıqdan sərbəst, daha doğrusu, özbaşına böyüyən kiçik Qarşinin kitablarla tanışlığı 5-6 yaşlarından başlayır. Nəzarətsiz bu balaca oxucunun mütaliəsi uşaq kitabları yox, Hüqo, Jukovski, Qoqol, Puşkin, Çernışevski, evdə illərlə yığılıb qalmış abunə olduqları jurnallar idi. Yazıçı körpə çağlarındakı bu kimsəsiz, lakin mənalı, azad günləri xatırlayıb yazırdı: Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərini oxuyurdum, bir şey anlamasam da, "Bela" hekayətini dərk edir, ağlayırdım. Dərk etdiyi isə ürək sıxan şeylər idi: anası böyük uşaqlarının müəllimi P.Zavadski ilə qaçmışdı. Bu əxlaq faciəsi ilə uşaq elə uşaqlıqdan bir tərəfdən odlu məhəbbət (ehtiras deyə bilərik), digər tərəfdən isə öldürücü bir ailə nifrətinin şahidi olmuşdu. Bunlar onun psixologiyasına dərin təsir göstərdi.
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Antonio Qarsiya Konexo
Antonio Qarsiya Konexo (isp. Antonio García Conejo; d. 5 sentyabr 1971, Karasuaro) – Meksika siyasətçisi. Demokratik İnqilab Partiyasının üzvüdür. 2013-cü ildən Meksika konqresində Miçoakanı təmsil edir.11 dekabr 2013-cü ildə parlamentdə enerji islahatı ilə bağlı debat zamanı bütün paltarlarını soyunaraq gündəmə düşmüşdür.
Federiko Qarsiya Lorka
Federiko Qarsiya Lorka (isp. Federico García Lorca; 5 iyun 1898[…], Fuente-Vakeros[d], Əndəlüs[…] – 19 avqust 1936[…]) — İspaniya şairi, rəssamı, pionisti və bəstəkarı. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür. == Həyatı == 1898-ci ildə, İspaniyanın Qranada bölgəsindəki Fuente Vaqueros şəhərində doğulan Lorka, əsrin ən böyük iki ispan şairindən biri olaraq qəbul edilir. Lorkanın müvəffəqiyyətində uşaqlığının böyük payı vardır. Qranada nın Fuentevaqueros qəsəbəsində, varlı bir ailənin uşağı olaraq dünyaya gələn Lorkanın atası şən bir adam; anası isə səssiz və ciddi bir qadın idi. 1928-ci ildə yazdığı "Romancero Gitano" (Qaraçı Balad) ilə şöhrət qazanan Lorka, Salvador Dali ilə birlikdə İspaniyanın çağdaşlaşması üçün çalışan sənət adamlarından biri olmuşdur. Şeirdə, siyasətdə və əxlaq anlayışında müasirliyin müdafiəçisi olan Lorka homoseksual olduğu üçün Katolik kilsəsi ilə münaqişədə idi. 1918-ci ildə, burjuaziya sinfini, yer üzünü şeirlə doldurmuş olan İsanı qətl etməklə günahlandıran Lorka, keçdiyimiz günlərdə gəlmiş keçmiş ən müvəffəqiyyətli ədəbiyyat əsəri seçilən Migel de Servantesin bir İsa fiquru olaraq ələ salanlara qatılır. Lorka İsanın həm qətlini qınayar, həm də qanının axmalı olduğunu ifadə edir.
Maisa Qarsiya Qodoy
Maisa Qarsiya Qodoy (d. 17 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Martin-Qarsiya adası
Martin-Qarsiya adası (isp. Martín García) — Atlantik okeanın La-PLata estuarisində yerləşən ada. İnzibati cəhətdən Argentinanın Buenos Ayres vilayətinə daxildir. Sahəsi 1,84 km² təşkil edir. Lemer boğazı ilə Odlu Torpaqdan ayrılır. == Tarix == ada ilk dəfə 1516-cı ildə Sebastyan Kabot tərəfindən kəşf edilmişdir. XIX əsrin əvvəllərində strateji baxımından əhəmiyyətli olan ada uğrunda Braziliya və Argentina arasında mübarizə getmişdir. Ada yaxınlığında Argerntinanın donanması ilə İngiltərə, Fransa və Braziliya donanmaları marasında döyüşlər baş vermişdir. Adada Martin-Qarsiya türməsi yerləşir. Burada İpolito İriqoyen, Xuan Peron, Arturo Frondisi kimi siyasətçilər saxlanılmışdır == Çağdaş dövr == Adada eyni adlı hava limanı vardır.