QARŞIDAKI

sif.
1. Bir şeyin lap qabağındakı, önündəki; üzbəüzdəki; qabaq tərəfində olan, irəlidəki. Qarşıdakı bağda oturmaq. Qarşıdakı mağazadan çörək aldım. Yoldaşım qarşıdakı evdə yaşayır.
– Qarşıdakı qonşunun kiçik pəncərəsindən çıxan xəfif bir işıq qaranlığın bir parçasını yırtdığından, burada uçuşan qar parçaları nəzərə çarpırdı. S.Hüseyn.

2. İrəlidəki, gözlənilən.
Buğac isə … cavan bir ovçu ehtirası ilə yalnız qarşıdakı ov barəsində həyəcanla düşünməkdə idi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARŞIDAKI qabaqdakı — öndəki — irəlidəki — üzbəüzdəki
QARŞIDA
QARŞIDAN

Digər lüğətlərdə