Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mustafa Qafalı
Mustafa Qafalı (1 yanvar 1934, Konya – 28 avqust 2019, Ankara) — türk tarixçi alim, professor və türk millətçiliyinin tanınmış şəxslərindən biri. == Həyatı == Mustafa Qafalı 1934-cü ildə Konyada anadan olmuşdur. Hüseyn Nihal Atsızın tələbələrindən olan Mustafa Qafalı Türkiyədə türk millətçiliyinin tanınmış simalarından olmuşdur. Həmçinin, Türkiyə tarixşünaslığının Orta Asiya və türk-monqol tarixi üzrə ən məşhur tarixçilərindən olmuşdur. 2019-cu ilin avqust ayının 29-da vəfat etmiş, 30 avqustda isə Ankarada dəfn edilmişdir. Ölümündən sonra Maral Akşənər, Ümid Özdağ, Mansur Yavaş və s. kimi tanınmış millətçi siyasi xadimlər tərəfindən başsağlığı verilmişdir. === Təhsili === Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Tarix bölümündə bitirmişdir. 1965-ci ildə doktorantura təhsilini tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölməsində asistant olaraq çalışmağa başlamışdır.
Qafarlı
Qafarlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Qaracalı
Qaracalı (Əhər)
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. == Toponimi == Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Qraflıq
Qraflıq (alm. Grafschaft‎; lat. comitatus; ing. shire və county) — Frank dövlətində və İngiltərədə tarixi inzibati vahiddir. == Tarixi == === Frank dövləti === Dövlətlərin inzibati strukturunu təşkil edən Merovinqlər kralları artıq mövcud olmuş regional bölmələri (məsələn, Roma şəhərində — şəhər rayonlarında civitates) istifadə etmişlər. Alman torpaqlarında ya oxşar şəhər rayonlarında yaradılıb və ya daha əvvəl fərdi kiçik qəbilələr tərəfindən işğal olunmuş ərazilər bölmələrə əsaslanırdı. Bütün bu rayonlar tədricən dövlətin monoton inzibati, məhkəmə, maliyyə və hərbi bölmələrinin xarakterini tədriclə qəbul etdilər və onların hər birinə bir sayma, komitet adı verildi. Feodal əlaqələrin inkişafı ilə qitədə olan dövlətlərin inzibati bölgüsünün əhəmiyyətini itirmişlər və bu adı altında bir qraflıq adını daşıyaraq şəxsin sahib olduğu torpaqların bütünliyini anlaya bilmişlər. Beləliklə, feodalizmin azalması və millət dövlətlərinin inkişafı ilə, qitənin feodal orta əsr vilayətləri sonradan formalaşmışdı, təbii olaraq onların əhəmiyyətini tamamilə itirmişdi. === İngiltərə === İngilis qraflığın mənşəyi (shire, county) çox qədimdir.
Qraftal
Qraftal (ing. graftal, ru. графталь) – həndəsi fiqurlar ailəsinin fraktallara oxşayan, ancaq onlara nisbətən daha asan hesablanan nümayəndəsi. Qraftallardan çox zaman xüsusi effektlərin yaradılmasında, məsələn, mürəkkəb ağac və ya bitki görüntülərinin qurulmasında istifadə olunur.
Qaralı
Yaşayış məntəqələri Azərbaycanda Qaralı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Birinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd. İranda Qaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — == Həmçinin bax == Qaralılar — Beyləqan rayonunda kənd.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Ayrşir qaramalı
Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi. == Xüsusiyyətləri == Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. == Tarixi == XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, Finlandiya və Avstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, Kalininqrad və Kursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Elçin Qafarlı
Elçin Hacıağa oğlu Qafarlı (d. 5 oktyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi (2008-ci ildən).
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Qafarlı (Qəmərli)
Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd. Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Toponimi == Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır. == Əhalisi == Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır.
Qafarlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində — blóðörn) — Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. == Mənbə == Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qaracalı (Bicar)
Qaracalı (fars. قراجلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Ramazan Qafarlı
Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor. == Həyatı == Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü. Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəherində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur.
Qaracalı (Nazlı)
Qaracalı (fars. قره جلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (29 ailə).
Qaracalı (Poldəşt)
Qaracalı (fars. قره جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (89 ailə).
Qaracalı (Urmiya)
Qaracalı (fars. قراجلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (17 ailə).
Qaracalı (Xoy)
Qaracalı (fars. قراجلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Bar Rafaeli
Bar Rafaeli (ivr. ‏בר רפאלי‏‎; 4 iyun 1985) — israilli model, aktrisa və aparıcı. 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır. == Həyatı == Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı.
Funksiyanın qrafiki
Riyaziyyatda bir f funksiyanın qrafiki, bütün ( x, f ( x)) sıralı cütlərinin meydana gətirdiyi bir qrafikdir. Elm, mühəndislik, texnologiya, maliyyə və digər sahələrdə qrafiklər bir çox məqsəd üçün istifadə edilir. == Nümunələr == === Bir dəyişənli funksiyalar === Bir dəyişənli funksiyanın qrafiki belədir: f ( x ) = { a , x = 1 i c i n d , x = 2 i c i n c , x = 3 i c i n . {\displaystyle f(x)=\left\{{\begin{matrix}a,&{\mbox{ }}x=1{\mbox{ }}icin\\d,&{\mbox{ }}x=2{\mbox{ }}icin\\c,&{\mbox{ }}x=3{\mbox{ }}icin.\end{matrix}}\right.} Buradakı sıralı cütlər belə ifadə edilir: {(1, a), (2, d), (3, c)} Həqiqi ədələr olan üçüncü dərəcədən bir çoxhədliin qrafiki belədir: f ( x ) = x 3 − 9 x {\displaystyle f(x)={{x^{3}}-9x}\!\ } Bunun sıralı cütləri belə ifadə edilir: {( X, x 3 -9 x): x, bir həqiqi ədəddir}. Bu çoxluq əgər karteziyan koordinant sistemində çəkilərsə, yandakı şəkildəki kimi bir əyri olar. === İki dəyişənli funksiyalar === Bütün həqiqi ədədlər triqonometrik funksiyanın qrafiki belədir: F ( x, y) = sin ( x 2 ) · cos ( y 2 ) Bunun verilənlər: {( X, y, sin ( x 2 ) · cos (' 'y 2 )): x və y, həqiqi ədədlərdir. Bu çoxluq əgər karteziyan koordinant sistemi ndə çəkilərsə, yandakı şəkildəki kimi bir səth olar. İki ölçülü (X, Y) karteziyan koordinat sistemindəki bu çoxluqda, üçüncü koordinat (Z) ilə birlikdə görmək üçün rəng istifadə edilər. === Normalın qrafiki === x = x 1 , … , x n {\displaystyle x=x_{1},\dotsc ,x_{n}} formasında n dəyişənli bir f funksiyasının normalinin qrafiki belədir: ( ∇ f , − 1 ) {\displaystyle (\nabla f,-1)} (Bir sabit ilə hasili). Bunu görmək üçün, g ( x , z ) = f ( x ) − z {\displaystyle g(x,z)=f(x)-z} funksiyasının bir kümedeki qrafikini göz qarşısında saxlamaq və çoxluqda ∇ g {\displaystyle \nabla g} normalından istifadə etmək lazımdır.
Gyrinomimus grahami
Gyrinomimus grahami (lat. Gyrinomimus grahami) — gyrinomimus cinsinə aid heyvan növü.