Gav farsca “inək” deməkdir (gavmış isə “camış”dır). İlk baxışda güman etmək olar ki, bu meyvə “inək yemi” (meyvəsi) deməkdir. Amma mənbələrdə onun qara alı forması da var. Görünür, qara sözü təhrif olunub və gav şəklinə düşüb (qərb dialektlərində buna göyəli də deyilir). Görünür, rənginin göy olması, göyəmə bənzəməsi ilə bağlıdır. Gavalı sözünün qədim forması qara ərik kimi olub (ərik çəyirdəkli meyvələrin ümumi adını əks etdirib). Alı fars dilində çəyirdəkli meyvələrin ümumi adıdır. Слива sözü də latınca “синоватый” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)