Qraflıq (ABŞ)
ABŞ-də dairə müəyyən sərhədləri olan coğrafi bölgədən və adətən müəyyən bir idarəetmə səviyyəsindən ibarət ştatın inzibati və ya siyasi bölməsidir. "Dairə" termini ABŞ-nin 48 ştatında istifadə olunur, Luiziana və Alyaskada isə müvafiq olaraq prixod və boro adlanan funksionalca ekvivalent əhəmiyyət daşıyan bölmələr var.
Dairələrin konkret hökumət səlahiyyətləri ştatdan ştata çox fərqlənir. Dairələr Rod-Aylend və Konnektikutdan başqa bütün ştatlarda önəmli funksiyalar yerinə yetirir, həmin istisna 2 ştatda dairə höküməti ləğv edilmişdir, lakin qurumlar inzibati və ya statistik məqsədlər üçün saxlanılmışdır. 14 dairəsi olan Massaçusets ştatı səkkiz dairəsində hökumət funksiyalarının əksəriyyətini ləğv etdiyi halda, Alyaskanın 837,700 km2 sahəli qeyri-mütəşəkkil borosu heç vaxt boro səviyyəsində hökumət funksiyalarına malik olmamışdır. Dairələrin bir çoxlarında taunşip, bələdiyyə və təsis edilməmiş ərazilərdən ibarət altbölmələr var. Digərlərində əlavə bölmələr mövcud deyil və ya onlar birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərilər, orada şəhər və dairə vahid yurisdiksiya sayılır. Bəzi bələdiyyələr müxtəlif dairələr aid olunurlar; unikal hal kimi Nyu-York şəhəri 5 dairəyə bölünüb, hansı ki şəhər höküməti səviyyəsində boro adlanır. Virciniya, Merilend, Missuri və Nevada ştatlarında isə vəziyyət əksinədir, orada müstəqil şəhərlər (bələdiyyələr) qanunla heç bir dairəyə aid edilmir. lakin yenə birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərə bilər.