Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaranlıqdan qorxma (film, 2010)
"Qaranlıqdan qorxma" (ing. Don't Be Afraid of the Dark) — 2010-cu ildə Gilyermo del Toro və Metyu Robbins tərəfindən ssenarisi yazılmış və komiks rəssamı Troy Nikslinin bədii debütündə rejissorluq etdiyi fövqəltəbii qorxu filmidir . Bu, 1973-cü ildə ABC-nin eyniadlı televiziya üçün çəkilmiş filminin remeykidir. Filmdə baş rollarda Keyt Holms, Qay Pirs və Beyli Medison çəkilmişdir, ailə XIX əsrdə Rod-Aylenddəki malikanəyə köçür, burada onların balaca qızı (Salli) evin zirzəmisində möhürlənmiş kül çuxurundan çıxan bədxah varlıqların şahidi olmağa başlayır. İkinci planda baş rollarda Cek Tompson, Alan Deyl, Qarri Makdonald və Culiya Bleyk çəkilib. Amerika Birləşmiş Ştatları, Avstraliya və Meksika arasında beynəlxalq birgə istehsal, Makedon dağında və Melburnda (hər ikisi Viktoriya, Avstraliyada ) Drusilla malikanəsində lentə alınıb. Qaranlıqdan qorxma filmi 26 avqust 2011-ci ildə FilmDistrict tərəfindən ABŞ-da kinoteatrlarda nümayiş olundu. Film Holms, Pearce və Madison-un ifalarını, rejissorluğunu, atmosferini və musiqi partiturasını tərifləyən tənqidçilərdən qarışıq rəylər aldı, lakin orijinallığın olmaması və sıçrayış qorxusunu tənqid etdi. Film 25 milyon dollarlıq büdcəyə qarşı 38,3 milyon dollar gəlir əldə edib. == Məzmunu == XIX əsrdə Rod-Aylend qraflığının Providens qraflığındakl Blekvud malikanəsində məşhur təbiət rəssamı Lord Emerson öz qulluqçusunu zirzəmiyə çağırır və o, könülsüz şəkildə onu öldürür.
Qorxma, mən səninləyəm (film, 1981)
Qorxma, mən səninləyəm! — Rejissor Yuli Qusmanın filmi. == Məzmun == Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır. Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır. == Film haqqında == Film aktyor Nizami Musayevin kinoda ilk işidir. Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir.
Tək olanda qorxma... (teleserial, 2013)
"Tək olanda qorxma..." — Azərbaycan teleserialı. == Məzmun == Film valideynləri avtomobil qəzasında həlak olan iki qardaş haqqındadır. Tale onların birini küçələrə, o birini isə uşaq evinə salır. == Film haqqında == Bu teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Əyyub Qiyas, Vüsal Nuru Quruluşçu rejissor : Nadir Diridağlı Quruluşçu operator : Elçin Əliyev Quruluşçu rəssam : Rəfael Əsədov Bəstəkar : Nazim Əzimov Rejissor : Asif Rəhimov Operator : Faiq Əliyev Səs rejissoru : Fərhad Əkbərov(1-2 seriya) Emin Euro Geyim üzrə rəssam : Səbinə Abbasova Montaj rejissoru : Lətif Cavadlı Montaj : Nicat Qayıbov Rejissor assistentləri : Kənan Həsənov, Emin Seyfulla, Fuad Kərimli Operator assistenti : İsmayıl Səfərli Qrim rəssamı : Vüsalə Bağırova Fon səsləri : Zilli Namazov, Atəş Davudov, Vidadi Samanduyev İşıqçılar : Elxan Şahalıyev, Samir Məmmədli Rekvizit : Yəhya Məmmədov Dekorçu : Namiq Səfərli İnzibatçı : Arif Kərimov İcraçı prodüser : Arzu Qulamov Baş prodüser : Kamil Şahverdiyev Bədii rəhbər : Vaqif Mustafayev === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
Qorxma, mən səninləyəm! 1919 — 1981-ci ildə çəkilmiş "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsi. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. == Məzmun == Film Azərbaycan xalqının necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərir.Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapmışdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.Ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır. == Film haqqında == Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. operatoru Vadim Alisov quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkilmişlər. == Təqdimatı == 15 noyabr 2013-cü ildə filmin Heydər Əliyev Sarayında təqdimat mərasimi olmuşdur. Birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak etmişdir.
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Qırxlar
‎Qırxlar (Bicar)
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} == Mənbə == Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Alp Qorxmaz
Alp Qorxmaz (d. 2 Mart 1981, Ankara), Türk kinoteatr və serial aktyorudur. İlk təhsilini İstanbulda tamamlamışdır, orta təhsilini isə Çanaqqalada Tamamlamışdır. Amerikada Universitet həyatına başladı. University of South Florida Radio Televiziya bölməsindən məzun olduqdan sonra Nyu-Yorka aktyorluq təhsili almağa getdi. Nyu-Yorkun ən lazımlı Broadvay muzikal məktəblərindən Neighborhood Playhouse School of Theatre də təhsilini tamamladıqdan sonra 2006-cı ildə Türkiyəyə qayıtdı. Gəldiyi hələ 1 ay olmamış Türkər İnanoğlu tərəfindən kəşf edilən Qorxmaz, Erler Filmin istehsalı olan Arxa Küçələr adlı serialda "Ali" obrazını canlandırmaqdadır. 2010-cu il Aprel ayının 2-ci həftəsində əsgərlik səbəbi ilə serialdan bir müddətliyinə ayrılmışdır. Vətənə olan borcunu qaytarıb, qısa dönəm olaraq Aprel 2010-cu ildə başlayıb Sentyabr 2010-cu ildə Bingöldə tamamlamışfır. İndi də Erler Filmin istehsalıı olan Arxa Küçələr serialında "Ali" roluna davam etməkdedir.
Furkan Qorxmaz
Furkan Qorxmaz peşəkar türk basketbolçu. Hazırda NBA-də Filadelfiya 76ers komndasında çıxış edir. == İlk vaxtlar == QKoxkmaz Bakırköy, İstanbulda 1997-ci ildə anadan olub. O, 9 yaşında olarkən oxuduğu məktəbin basketbol komandasına daxil olub. 2012-ci ildə 15 yaşında ikən Efes Uşaq komandasından Anadolu Efesə 250 000 $ qarşılığında transfer edildi. == Peşəkar karyera == === Anadolu Efes === Buradakı birinci ilində Qorxmaz Efesin gənclər komandasında oynayır. 2013-2014 sezonunda isə o, Türkiyə Basketbol 2-ci Liqasında Efesin pilot komandası Pertevniyala keçdi və burada liqa çempionu olur.. 2014-cü ilin yayında Qorxmaz Anadolu Efesin əsas komandasına daxil olur. 14 dekabr 2014-cü ildə Əskişəhir Basket ilə oynanılan oyunda 17 xal qazanaraq sezonun ən yüksək nəticəsini topladı. === NBA draft === 13 iyun, 2016-cı ildə Qorxmaz NBA seçməsində iştirak edən 13 xarici vətəndaşdan biri idi.
Qorxmaz Abdurəşidov
== Həyatı == Abdurəşidov Qorxmaz Tələt oğlu 22 sentyabr 1997-ci ildə Qobustan rayonunun Cəmcəmli kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbində təhsil almışdır. Təhsil aldığı müddətdə məktəb komandası ilə birgə Gənclər və idman Nazirliyi tərəfindən keçirilən "Şahin", "Cəsur" və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən keçirilən "Gənc xilasedici və yanğınsöndürən" hərbi-idman oyunlarında iştirak etmiş, zona və respublika mərhələlərinə yüksəlmişdir. 2015-ci ildə imtahanlarda iştirak etmiş və ADNSU Nəzdində Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Hazırda təhsilini davam etdirir. == Hərbi Xidməti == 2015-ci ilin oktyabr ayında SHXÇDX-nin Qobustan Rayon bölməsindən müddətli həqiqi hərbi xidmətə yola salınmışdır.Gəncə şəhərində yerləşən hərbi hissədə "kəşfiyyat" kursu keçmiş və daha sonra Tərtər rayonunda "N" saylı "kəşfiyyat" bölüyündə xidmətinə davam etmişdir. Aprel döyüşləri baş verəndə Qorxmaz həqiqi hərbi xidmətdə olur və döyüşlərdə bir sıra əməliyyatlarda iştirak edir. 2020-ci ildə Vətən Müharibəsində iştirak etmək üçün könüllü olaraq döyüşlərdə iştirak etmək üçün 5 oktyabrda cəbhəyə yola düşür. "N" saylı hərbi hissənin "kəşfiyyat" bölüyündə vəzifəsi üzrə könüllü xidmətə başlayır. Talış kənd, Suqovuşan istiqamətində keçirilən döyüş əməliyyatlarında iştirak edir.
Qorxmaz Atakişiyev
Atakişiyev Qorxmaz Ələkbər oğlu — azərbaycanlı pedaqoq. == Həyatı == Qorxmaz Atakişiyev 1940-cı ildə anadan olub. Məşhur Azərbaycan filmi olan "Uşaqlığın son gecəsi" filmində Zaur rolunu oynayıb. Ömrünün son illərini ağır maddi durumda və evsiz keçirən Qorxmaz Atakişiyev metronun "Ulduz" stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə tutduğu otaqda yaşayırmış. Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib. Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə — "Uşaqlığın son gecəsi" filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.
Qorxmaz Eyvazov
Qorxmaz Abış oğlu Eyvazov (1 aprel 1967, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Cocuq Mərcanlı, Cəbrayıl rayonu) — Polis starşinası, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə Laçın rayon Güləbird kənd orta məktəbinə birinci sinfə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçmişdir. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirmişdir. O, xidmət müddətində dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə yanaşı birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə təltif edilmişdir. Qorxmaz 1987-ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür. == Ailəsi == Ailəli idi.
Qorxmaz Hüseynov
Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021). == Həyatı == Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb. 27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.Ailəlidir, iki övladı var.
Qorxmaz Quliyev
Qorxmaz Həsi oğlu Quliyev (d. 9 iyun 1941) — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1993–2001). == Haqqında == Qorxmaz Həsi oğlu Quliyev 1941-ci ildə anadan olmuşdur. O, 1970-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakultəsini bitirmişdir. Keçən əsrin 70-80-ci illərdə Əlcəzairdə fransız-rus dili tərcüməçisi, Strasburq Universitetində mühazirəçi kimi fəaliyyət göstərən, 90-cı illərdə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləyən Qorxmaz Quliyev 1999-cu ildən Azərbaycan Universitetinin professorudur. Q.Quliyevin "Azərbaycan ədəbiyyatının poetikası" (1992) monoqrafiyasında Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Poçt qutusu" əsərləri təhlil olunmuşdur. "Statistikadan dinamikaya" adlı məqaləsində o, Azərbaycan ədəbiyyatında fərdi daxili xarakterin ilk dəfə C.Məmmədquluzadənin yaradıcılığında meydana gəldiyini dəlillər və elmi təhlil yolu ilə sübut edir. "Dəlidən doğru xəbər" (1999) kitabındakı "Absurd teatr. Məmmədquluzadənin "Dəli yığıncağı" faciəvi komediyası Ö.İoneskonun "Kərgədanlar" komik faciəsi işığında" məqaləsində C.Məmmədquluzadənin yaradıcılığı XX əsrin 50-ci illərində təşəkkül tapmış və bu gün Avropa dramaturgiyasında aparıcı meyllərdən biri olan absurd teatr konsepsiyası kontekstində araşdırılır. Professor Qorxmaz Quliyev eyni zamanda XX əsrin əvvəllərində Qərb ədəbiyyatşünaslığında hakim mövqe tutan ədəbi-estetik konsepsiya və cərəyanları ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına təqdim edən alimlərdən biri, Qərb ədəbiyyatının Azərbaycandakı ən məşhur tədqiqatçılarındandır.
Qorxmaz Salamov
Qorxmaz Bayram oğlu Salamov (22 aprel 1996, Baş Göynük, Şəki rayonu – 14 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Qorxmaz Salamov 1996-cı il aprelin 22-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Qorxmaz Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qorxmaz Salamov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı itkin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Qorxmaz Salamova "şəhid" statusu verilmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ​ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qorxmaz Sücəddinov
Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə – 22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı (1982). == Bioqrafiya == Qorxmaz Sücəddinov 16 aprel 1932-ci ildə Azərbaycan SSR Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəylinin ailəsində anadan olmuşdur. 1937-ci ildə Qorxmazın atası yalan donos əsasında repressiyaya uğramış və sonradan Komi MSSR-də düşərgədə həlak olmuşdur. Stalin öldükdən sonra Xruşovun "mülayim hava" dövründə ölümündən sonra ona bəraət verilmişdir. Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır. Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz Lvovdakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan Tbilisi Dövlət Rəssamlıq Akademiyasına köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur. Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "Bəhram Gur" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "Qaynana" Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsidir.
Qorxmaz İmanov
İmanov Qorxmaz Cahangir oğlu (17 aprel 1941, Bakı şəhəri)— AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki. == Həyatı == Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır.
Qorxmaz İsgəndərov
Qorxmaz İsgəndər oğlu İsgəndərov (23 oktyabr 1998; Ağcabədi rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Qorxmaz İsgəndərov 1999-cu il oktyabrın 23-də Ağcabədi rayonunun Taxta-Körpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonundan idi. == Hərbi xidməti == Qorxmaz İsgəndərov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Qorxmaz Əlili
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. == Yaradıcılığı == 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlilicanzadə
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. == Yaradıcılığı == 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlizadə
Qorxmaz Arif oğlu Əlizadə (27 yanvar 1995; Qax rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qorxmaz Əlizadə 1995-ci il yanvarın 27-də Qax rayonunun Cəlayir kəndində anadan olub. 2002-2010-cu illərdə R. İbrahimov adına Cəlayir kənd orta məktəbində, 2010-2013-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyat və Quru Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2017-ci ildən hərbi xidmətə başladı. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Qorxmaz Əlizadə 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini başa vurdu və təyinat əsasında Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinə göndərildi. 2020-ci il iyunun 26-da "baş leytenant" hərbi rütbəsi aldı. Azərbaycan Ordusunun baş leytenantı olan Qorxmaz Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. == Texnika == Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Qırxlar (Bicar)
Qırxlar (fars. قرخلر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 271 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Qırxlar (Mərənd)
Qırxlar (fars. قرخلار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (13 ailə).
Ramazan Qorxmaz
Ramazan Qorxmaz (tam adı: Ramazan Qorxmaz, türk. Ramazan Korkmaz; 1962, Çıldır, Qars ili) — Ərdəhan Universitetinin rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri. == Həyatı == 1962-ci ildə Ərdahanın Çıldır rayonunun Qayabəyi kəndində anadan olmuşdur. İbtidai təhsilini Ərdahanda, orta təhsilini Ərzurum Yavuz Səlim Müəllim liseyində (1978) alan Ramazan Qorxmaz ali təhsilini Atatürk Universitetinin dil-ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında başa vurmuşdur (1985). Elə həmin il Fırat Universitetində imtahandan keçərək elmi tədqiqatlara başlayır. === Elmi fəaliyyəti === Fırat Universiteti Sosial Elmlər İnstitutunda Keçəcizadə İzzət Molla və Mihnət Keşan haqqında tədqiqatı (VI+ 447 s.) ilə magistr (1988); "Səbahəddin Əli - İnsan və əsər" (XII+403 s.) adlı elmi işi ilə isə doktorantura təhsilini 1991-ci ildə tamamlayan Qorxmaz 1996-cı ildə Yeni türk ədəbiyyatı fundamental elmi sahəsində dosent və 2001-ci ildə professor oldu. 2009-cu ilədək Fırat Universitetinin əməkdaşı olan Ramazan Qorxmaz həm də Şərqi Aralıq Dənizi Universitetində "qonaq müəllim" kimi 4 il (2000-2002 və 2004-2006-cı illərdə) işləmişdir. O, 2001-ci ildə Bişkek Elmlər Akademiyasında Aytmatov ilə əlaqədar tədqiqatlar aparmış və Bilkənd Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə birlikdə müəllifi və redaktoru olduğu "Türk ədəbiyyatının tarixi layihəsi"ni (4 cild) tamamlamışdır. Ramazan Qorxmazın həm ölkə daxilində, həm də ABŞ, Ukrayna, Rusiya, Azərbaycan, Qırğızıstan və ŞKTR kimi ölkələrdə öz sahəsi üzrə 60-dan çox elmi məqaləsi dərc edilmişdir. Dekan müavini, kafedra müdiri və idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmış Ramazan Qorxmaz rəsmi qəzetdə yayımlanan xəbərə görə Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumluq Şurasının üzvü təyin edilmişdi.
Qırxlar (övliya)
Qırxlar cəmi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir.Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Qırxlar dağı
Qırxlar dağı — Zəngəzur silsiləsində dağ. Qırxlar dağı Zəngəzur mahalının Sisian rayonunda Ərəfsə kəndi ilə Naxçıvan MR Culfa rayonunun Ləkətağ kəndinin və Ordubadın torpaqları ilə həmsərhəddir. Qırxlar dağının dəniz səviyyəsindən hündürlüyü 3089,2 metrdir. Zirvəsi ilin bütün aylarında qarla örtülü olur. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir sıra rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi. Mənbəyini Qırxlar dağının ətəklərindən götürən çay Dəliçay adlanır və Ərəfsə kəndində Salvartıçay, Taxtakörpüçay və Xırdaçayla qovuşur, aşağı axarında isə Bazarçayla birləşib, Araza qovuşan Bərgüşad çayına tökülür. Qırxlar dağının zirvəsində əfsanələrlə dolu eyniadlı ziyarətgah - pir vardır. Ətraf kəndlərin müsəlman əhalisi həm Sisian kəndlərindən, həm də Naxçıvan rayonlarının — Culfa və Ordubadın kəndlərindən Qırxlar pirinə ziyarətə gələrdi.
Qırxlar məclisi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir.Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Birema
Birema (qədim yunanca Βιήρης, lat. Birēmis))- finikiyalılar tərəfindən kəşf edildiyi güman edilən qədim döyüş gəmisi. Finikiyalılar biremalardan e.ə. VIII əsrin əvvəli, yunanlar isə e.ə. VIII əsrin sonlarında istifadə etməyə başlamışlar. Hər bir hərbi gəminin sağ və sol tərəflərində iki sıra avar olduğundan, onları birema adlandırırdılar. Birema taranla da təchiz edilirdi. Böyük döyüş qalasına və düşmən gəmisinin gövdəsini dağıtmaq üçün böyük bloka malik ola bilərdi. Biremanın uzunluğu adətən 30–38 m, su tutumu 60–100 ton təşkil edirdi. == Tarixi == Biremalar pentekonterlərin inkişafı nəticəsində yaranmış və daha sonra, triyeralara çevrilmişdilər.
Girampa
Girampa - Körpübasar mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. Kənd 1918 ci ildə dağdılmışdır.
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (I.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan)Bəzilərı isə üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki AZərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Birma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.