Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Təkər bazası
Təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. Təkər bazası sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi sürücünün yüksək rahatlığını təmin edir. Böyük (uzun) ox (ox) məsafəsi nəqliyyat vasitəsinin sərnişin kabinəsinin geniş olmasına görə oxlara düşən yükün təsirini minimallaşdırır. Kiçik (qısa) təkər bazası (ox) məsafəsi, nəqliyyat vasitəsinin sallanma meylini azaldır və yumşaq nəmləndirmə ilə asqı quraşdırmağı daha asanlaşdırır. Kiçik dönmə diametrləri olan nəqliyyat vasitələrinin təkərləri daha asan dönə bilir. 1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri. (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.) 2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi.
Təkər üstündə qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Baş barmaq təkərciyi
Baş barmaq təkərciyi (ing. thumbwheel) — korpusa bərkidilmiş elə təkərcikdir ki, onun yalnız bayırda qalan çənbəri açıq olur və təkərciyin fırladılması nəticəsində ekranda göstəricinin, yaxud kursorun hərəkəti idarə olunur. "Baş barmaq təkərciyi"ndən coystiklərdə, trekbollarda göstəricini dərinlik boyunca idarə etmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Təkərləmələr
Təkərləmələr — türk folklor janrı. Bizim nağıllarımızın başlanğıcında söylənilən «pişrov» və ya «müqəddimə» adlanan məzəli ifadələrə, yanıllmaclara və uşaq folklorundakı sanamalara, düzgülərə Türkiyənin xalq ədəbiyyatında «təkərləmə» deyilir. Təkərləmələr təkcə lirik şifahi xalq ədəbiyyatının deyil, eyni zamanda, epik növün də bir şəklidir. Nağıllarda, xalq teatrlarının tamaşalarında çox işlənir. Saz şairləri-aşıqların da çoxlu təkərləmələri vardır. Aşıqlar bəzən bir-birləri ilə təkərləmələrlə deyişirlər. İpə-sapa yatmayan, mənalı-mənasız söz yığınından ibarət olan təkərləmələr dinləyiciləri əyləndirmək, onların diqqətini cəlb etmək məqsədi daşıyır. Təkərləmələri söyləyənlər yerinə görə əl-qol hərəkətləri, mimikaları ilə danışdıqlarını daha təsirli çatdırmağa çalışırlar.Təkərləmələrə Güney Anadoluda «sayıştırma», Şərqi Anadoluda «döşeme» deyənler də vardır. Xalqın şifahi biçimdə meydana gətirib yaşatdığı bu folklor örnəkləri uşaqların tərbiyə olunmasında da, şübhəsiz, əhəmiyyətli rol oynamışdır. Uşaqların nitq inkişafı, söz ehtiyatının artırılması üçün bu folklor janrının mühüm önəmi onların belə söz və ifadələri layiqincə tələffüz etməyi bacarmaları, qüsursuz danışmaq vərdişlərinə yiyələnmələri ilə bağlıdır.
Təkərlər üzərində qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Üç təkərli eniş dəsti
Üç təkərli eniş dəsti sistemi, üç təkərli velosiped formasında yaradılmış bir təyyarə eniş dəsti sistemidir. Üç təkərli eniş dəsti sistemi tənzimləməsində ön tərəfdə bir burun təkəri və ağırlıq mərkəzindən bir qədər arxada iki və ya daha çox əsas təkər mövcud olur. Üç təkərli eniş dəsti enmə, qalxma və taksi üçün ən asan bir konfiqurasiya sayılır, buna görə təyyarələrdə ən çox görülən tənzimləmədir. Bir neçə erkən dövr təyyarələrində üç təkərli velosiped avadanlığı mövcud olmuşdur.
İnsanlar, atlar, təkərlər (film, 1979)
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. Əhalisi 206 nəfərdir. Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Təkə
Təkə (personaj) — Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi. Təkə (oyun) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Məhəmməd Təpər
Məhəmməd Təpər ibn Məlikşah (21 yanvar 1082 - 18 aprel 1118) — Böyük Səlcuqlu hökmdarı (1105-1118). Məhəmməd Təpər 18 şaban 474-cü (21 yanvar 1082) ildə Tacəddin Səfəriyyə xatun adlı bir cariyədən doğuldu. Atası Sultan Məlikşah Bağdadda vəfat etdiyində (485/1092) yanında olurdu. Bir müddət sonra beş yaşındakı oğlu Mahmudu Böyük Səlcuqlu taxtına çıxarmağa çalışan ögey anası Tərkən xatunla paytaxt İsfahana getdi. Böyük qardaşı Börkiyaruq, İsfahanda Tərkən xatun ilə Mahmudu mühasirə edərkən bir fürsət tapıb, Börkiyaruqun ordusundakı anasının yanına qaçdı. Osmanlı səyyahı Övliya Çələbi onun haqqında "Bağdadı kaviyyi bünyad Azərbaycan şahlarından Qiyasəddin şah..." deyə bəhs etmişdir. Hicri 486-cı (1093-cü) ildə Bağdada gedərkən Məhəmməd Təpəri də yanında götürən Sultan Börkiyaruq onu Gəncəyə məlik olaraq göndərdi; Əmir Qutluğ Təgini də ona atabəy təyin etdi. Məhəmməd Təpər, Gəncədə olduğu sırada çevrəsindəki əmirlərin və Börkiyaruqun işdən çıxardığı vəzir Müəyyidülmülkün yönləndirməsiylə səltənət mübarizəsinə girişməyə qərar verdi. Ancaq Atabəy Qutluğ Təgini buna əngəl gördüğü üçün bir müddət gözlədi. Özünü yətəri qədər güclü hiss edincə Qutluğ Təgini öldürdüb, səltənət mübarizəsini başladı.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. New Scientist. I'm Sweet Enough 21 January 2006.
Təmər (Salmas)
Tamar (fars. تمر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,064 nəfər yaşayır (243 ailə).
Şəkər (Göyçay)
Şəkər — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Şəkər. oyk. Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır. Xocavənd rayonunun Qırmızı Bazar inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir.
Şəkər (Xocavənd)
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şəkər (dəqiqləşdirmə)
Şəkər — qida məhsulu. Şəkər (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Şəkər (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şəkər Aslan
Şəkər Aslan (10 oktyabr 1937, Lənkəran – 12 iyun 1995, Lənkəran) — şair, dramaturq, jurnalist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatının laureatı (1978). Şəkər Aslan 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964–1968-ci illərdə "Leninçi", Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1995-ci il iyunun 12-də vəfat etmişdir.
Şəkər Məmmədova
Məmmədova Şəkər İdayət qızı (10 yanvar 1964, Saral, Hamamlı rayonu) — Coğrafiya elmləri namizədi, dosent, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı 1964-cü il 10 yanvar Ermənistan Respublikası Hamamlı rayonunun Saral kəndində anadan olub. 1972–1982-ci illərdə orta məktəbdə oxuyub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində təhsil alıb. 1996-cı ildən BDU-da çalışır. 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyir. 2000-ci ildən Coğrafiya fakültəsinin magistratura üzrə dekan müavini. 2017-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib. 1990-cı ildən Azərbaycan Dövlət Hidrometeorologiya komitəsində aparıcı mühəndis, 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. Biocoğrafiya, Ekologiya və ətraf mühiti mühafizə, Şəhərlərin ekologiyası, Ətraf mühitə nəzarət sistemi, Suların və Xəzərin ekologiyası fənlərini tədris edir. 1998-ci ildə coğrafiya elmləri namizəfi, 2003-cü ildə dosent elmi dərəcəsi alıb.
Şəkər bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkər pendir
Şəkər-pendir — şəkər tozu, patka və vanilindən hazırlanan, Azərbaycanda geniş istifadə olunan şirniyyat. Bİr porsiya üçün 830 qram şəkər tozu, 250 q patka, 0,25 q vanilin istifadə olunur. Bir qazana şəkər tozu və su tökülüb 8–10 dəqiqə ərzində 105–110 °C temperaturda qaynadılır. Patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3–3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70–80 °C temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.
Şəkər portağalı
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır. Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir. Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb. Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir. 2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.
Şəkər qamışı
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Şəkər xəstəliyi
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkər çuğunduru
Şəkər çuğunduru (lat. Beta vulgaris) – Tərəçiçəkkimilər fəsiləsindən bitki yarımnövü. Şəkərli bitki olan şəkər çuğundurunun vətəni Aralıq dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. 1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və Kəngərli rayonlarındakı suvarılan torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir. Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış məhsullar qonşu İran və Türkiyə dövlətlərinə göndərilir. Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və tənəffüs yolları iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı aşxana növündən təbii boyaq kimi istifadə olunur Müаsir şəkər çuğunduru sоrtlаrının kökümеyvələri kоnusvаri, uzunsоv – kоnusvаri fоrmаdа, lət hissəsi və qаbığı аğ rəngdədir. Аdətən kökümеyvələri bütövlükdə tоrpаğа bаtır.
Muzaffər Şəkər
Muzaffər Şəkər (1961, İzmir) — türk akademik. Türkiyə Elmlər Akademiyasının prezidenti. 1961-ci ildə İzmirdə anadan olub. Konyada qeydiyyatda olan Muzaffər Şəkər 1986-cı ildə Bursa Uludağ Universitetində baytarlıq fakültəsini bitirib.1995-ci ildə İngiltərənin Leicester Tibb Universitetində İnsan Anatomiyası üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Ailəlidir, üç övladı var. Səlcuq Universiteti Məram Tibb Fakültəsinin Anatomiya kafedrasının müdiri idi. Eksperimental Təbabət Tədqiqat və Tətbiq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2000-ci il Səlcuq Universitetində dosent oldu. Həmin universitetdə 2006-cı ildə professor elmi adını almışdır. Türkiyə Anatomiya və Klinik Anatomiya Dərnəyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Şəkər podrası
Şəkər podrası, şəkərin ovxalanaraq müəyyən bir miqdarda qarğıdalı nişastası ilə toz halına salınmış formasıdır. Azərbaycan həmçinin də türk mətbəxində desert və xəmir xörəklərində geniş bir formada istifadə olunan qida əlavəsidir.
Şəkər tozu
Şəkər tozu (həmçinin kristalik şəkər, təmizlənmiş saxaroza ağ şəkər adlanır) nəzərdə tutulan ölçüləri 0,2-2,5 mm olan kristal şəklində şəkər olan geniş istifadə olunan qida məhsuludur. Şəkər tozunun istehsalı üçün xammal əsasən şəkər çuğunduru və şəkər qamışıdır. Kristal ölçüsü - 0,2-2,5 mm Kristal rəngi: ağ, sarımtıl rəngli ağ Saxaroza kütlə payı - 99,55-99,75% (quru maddə baxımından) Nəmin kütlə payı - 0,14-0,15% Əhali tərəfindən birbaşa qida kimi istifadə olunmaqla yanaşı, şəkər tozu qida sənayesində süd konservlərinin, uşaq qidalarının istehsalı, biofarmaseftika sənayesində və s. istifadə olunur. Təxminən eramızdan əvvəl 320-ci ildə Hindistanda beş müxtəlif şəkər növü rəsmi qeydiyyata alınmışdır ki, bunlar arasında bizim üçün vacib olan üç ad var: quda, kanda (müasir ingiliscə konfet sözü ing. candy buradan gəlir) və sarkara. e.ə. 200-cü ilə qədər şəkər qamışı Çində yaxşı tanınırdı, lakin bu bitki yalnız olduğu şəkildə çeynənib istifadə olunurdu. Müasir elmi məlumatlara görə, şəkər tozunu hazırlamaq üçün qamışın vətəni Yeni Qvineyadır. Sonradan tədricən Hindistan və Çinə doğru adalar boyunca şəkər qamışı yayılmağa başlayıb.
Təkə (Urmiya)
Təkə (fars. تكه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (30 ailə).
Təkə (Xocavənd)
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Peker
Pekər, Peker — ad, soyad.
Pekər
Pekər, Peker — ad, soyad.
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
Erigeron tener
Erigeron tener (lat. Erigeron tener) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Kris Taker
Kris Taker (ing. Christopher Tucker, 31 avqust 1971, Atlanta) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib. Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
Marsela Temer
Marsela Temer (port. Marcela Tedeschi Araújo Temer; d. 16 may 1983, Pauliniya, San-Paulu, Braziliya) — Braziliyanın vitse-prezidenti Mişel Temerin həyat yoldaşı. 12 may 2016-cı ildə Braziliya Senatının prezident Dilma Rousseffin vəzifəsindən 180 gün müddətinə uzaqlaşdırılmasından sonra onun əri Mişel Temer prezident səlahiyyətlərini icra etməyə başlamışdır ki, bundan sonra Marsela Temer də ölkənin birinci xanımı olmuşdur. 16 may 1983-cü ildə San-Paulu ştatının Pauliniya şəhərində anadan olmuşdur. Marsela Temer əvvəllər fotomodel işləyib. O, ərindən 42 yaş balacadır. Marsela ölkədə daim qalmaqallarla gündəmə gəlir. Onun çılpaq bacısını və şəxsi məqsədləri üçün şəkillərini çəkən minlərlə insan tənqidi dərəcədə bəyənildi.. Əri Mişel Temer dövlət büdcəsindən milyonlar xərcləyərək xanımına eksklüziv geyimlər, aksessuarlar, ev və avtomobillər alıb.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Mişel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. Dağıstandan Anadoluya köçmüş bir Ləzgi olan Mustafa bəyin oğludur.1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.1 aprel 1950 tarixində İstanbulda vəfat etdi. Məzarı Ədirnəqapı Şəhidliyidir.Milliyəti ləzgidir..
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Tekor kilsəsi
Tekor kilsəsi (həmçinin Müqəddəs Sarkis kilsəsi, Müqəddəs Təslis kilsəsi) - Türkiyə Cümhuriyyəti, Qars ilinin Ani şəhər xarabalığı yaxınlığında yerləşən Digor kəndi ərazisində V əsrdə aid edilən qədim bazilika. Kilsə, 1912-ci ilə kimi ilkin görünüşünü qoruya bilsə də, həmin il baş verən zəlzələ nəticəsində böyük bir hissəsi dağılaraq məhv olmuşdur. O dövrdə kilsənin qübbəsi, damı və Cənub divarı çökmüşdür. 1936 - cı ildə baş verən başqa bir zəlzələ isə binanın yrdə qalan hissəsinin dağılması ilə nəticələnmişdir. Dövrümüzə isə abidədən yalınız bəzi divar qalıntıları çatmışdır. Kilsənin Şimal girişi üzərindəki kitabədə binadan "Müqəddəs Sarkisin bu şəhidliyi" deyə bəhs edilməsi və şahzadə Sahak Kamsarakan tərəfindən inşa etdrilməsi məlumdur. Bu şahzadənin adnın çəilməsi binanın inşa tarixini 480-ci ilə qədər aparıb çıxarır. Kilsənin kitabəsi tarixdə məlum olan ən qədim erməni dilində olan yazı olub və anlaşılmaz bir şəkildə aşağıdan yuxarı yazılmışdır. Bina həmçinin bilinən ən qədim qübbəli erməni kilsəsidir. İlk öncə tədqiqatçılar binanın xristianlıqdan əvvəlki paqan dinlərə aid bir məbəd olduğunu, sonra isə apsis və qübbə əlavə edilərə kilsəyə çevrildiyini iddia edirdilər.
Tekən (Baltas)
Tekən (başq. Текән, rus. Тыканово) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Şauyazı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 29 km., kənd sovetliyindən (Şauyazı): 9 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 69 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (72 %), tatarlar (28 %) üstünlük təşkil edir.
Tezer Daşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.
Tezer Taşkıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.